Китабын ады


mən  də  ğulatdan  uzağam.  Allahım!  Onları  daima  zəlil  et  və  heç  birinə  yardım



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə71/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   67   68   69   70   71   72   73   74   ...   314
2 5290018709182616340

mən  də  ğulatdan  uzağam.  Allahım!  Onları  daima  zəlil  et  və  heç  birinə  yardım 
etmə». 
Digər bir xəbərdə də həzrət Əli (ə) belə buyurmuşdur: 
«Mənə  görə  iki  qrup  insanlar  həlak  olacaqdır  (bu  işdə  mənim  heç  bir 
günahım  yoxdur):  Sevgidə  həddini  aşanlar  (yəni  ifrat  və  ğuluv  edənlər)  və 
sevməyib  geri  qalanlar  (yəni  düşmən  olanlar).  Biz,  haqqımızda  həddini  aşacaq 
dərəcədə  ğuluv  (mübaliğə)  edən  kəslərdən,  İsa  ibn  Məryəmin  nəsranilərdən 
bizarlıq etdiyi kimi bizarlıq edir və Allaha sığınırıq». 
Həzrət Əli (ə) buyurmuşdur: 
«Mənə  münasibətdə  ifrata  varan  iki  qrup  insan  həlak  olacaqdır:  Ğuluv 
edərək sevən və nifrət edərək düşmənçilik edən». 
Bax, bu səbəbdən on iki imam (ə) şiələri Əmirəl-möminin Əli (ə) və mütəhhər 
Əli-beyti  (ə)  haqqında  nəzm
1
  və  nəsir
1
  olaraq  ğuluv  edən,  onları  Allah  və 
                                                 
1
 Nəzm – ölçülü və qafiyəli söz və ya yazı. 


 
75 
Rəsulunun (s) müəyyən etdiyi məqamın kənarına çıxaran və bəndəlik məqamından 
Allahlıq məqamına yüksələn kəslərdən bizarlıq edirlər. Belə bir əqidəyə sahib olan 
kəslər bizdən deyillər; onlar ğulat və məlunlardandır.  
Sizlər  şiə  camaatını  onlardan  ayrı  bilməlisiniz.  Çünki,  İmamiyyə  alimləri 
ğulatın  kafi  və  nəcis  olmaları  haqqında  icma  etmişlər.  Əgər  şiə  fəqihlərinin 
«Cəvahirül-kəlam»,  «Məsaliq»  və  digər  kitablarına,  mərhum  Ayətullah  Yəzdinin 
(qüddisə  sirruh)  «Urvətul-vüsqa»  və  Ayətullahul-üzma  İsfahaninin  (müddə 
zilluhul-ali)  «vəsilətun-nicat»  adlı  risalələrinə  (kitablarına)  müraciət  etsəniz, 
«Təharət», «Zəkat», «Nigah» və «İrs» bablarında müctehidlərimizin onların kafir 
və nəcis olduqlarına dair fitvalarını görərsiniz. Bütün müctehidlərimiz, onların qüsl 
və  dəfnində  iştirak  etmənin,  onlarla  evlənmənin,  (bu  evlənmə  əhli-kitabla 
müvəqqəti olaraq caiz olsa da belə) müsəlmanın miras haqşqının və hətta sədəqə 
və zəkatın onlara verilməsinin caiz olmadığına dair fitva vermişlər.  
Qurtuluş əhli olan şiələr kəlam və əqaid kitablarında bu fəsid və kafir firqədən 
bizarlıq  etmənin  hər  müsəlmana,  xüsusilə  əqidələri  xalis  olan  şiələrə  vacib  və 
lazımlı olduğu, geniş bir şəkildə, dəlillərlə açıqlamışlar.  
Ğulatın  inkarına  dair  kifayət  qədər  ayə  və  hədis  mövcuddur;  biz  onlardan 
bəzisini bildiririk.  
Allah-təala Maidə surəsinin 77-ci ayəsində belə buyurur: 
«De  ki:  «Ey  kitab  əhli  haqsız  yerə  dininiz  mövzusunda  [İsanın  nübuvvət 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin