yetirdikdə Allah-Təala ona buyurdu: «Mən səni insanlara imam etdim». İbrahim soruşdu: «Mənim nəslimdən necə?» Allah buyurdu: «Mənim əhdim zülmkarlara şamil olmaz».
Bu ayeyi-şərifdən bir qrup nəticələr ortaya çıxır; onlardan biri də imamət
məqamının isbatıdır. Bu məqam nübuvvət məqamından daha üstündür. Çünki
Allah-Təala imamət məqamını həzrət İbrahimə (ə) nübuvvət məqamından sonra
verdi. Bu da imamət məqamının nübuvvət məqamından üstün olmasıdır».
Hafiz: «Sözlərinizə görə, imam olaraq qəbul etdiyiniz Əlinin (k.v) məqamı
sonuncu Peyğəmbərdən (s) daha üstündür. Bunun isə ğulatın əqidəsi olduğunu
özünüz söyləmişdiniz».
Dəvətçi: «Nübuvvətdən qəsdimiz sizin təbir etdiyiniz qisim deyildir.
Özünüzdə də bilirsiniz ki, «nübuvvəti-ammə» (ümumi nübuvvət) ilə «nübuvvəti-
xassə» məqamı nübuvvəti-ammədən üstündür. Amma nübuvvəti-xasdan aşağıdır.
Peyğəmbərimizin uca məqamı da nübuvvəti-xas məqamıydı».
Nəvvab: «Söhbətə müdaxilə etdiyimi üçün məni bağışlayın. Amma nə edim
unutqan yaddaşım var. Buna görə cəsarət edirəm. Deyə bilərsinizmi, bütün
peyğəmbərlər Allah tərəfindən göndərilmiş və eyni məqama sahib insanlar
deyilmi? Çünki Quran bu mövzuda belə buyurur:
«Biz onun peyğəmbərləri arasında fərq qoymuruq»