HEÇ KİM SƏHABƏLƏRİN FƏZİLƏTLƏRİNİ İNKAR ETMİR, LAKİN ƏN FƏZİLƏTLİSİ SEÇİLMƏLİDİR
Əgər hər iki tərəfin (şiə və sünni) qəbul etdiyi hədisləri bəyan etsəniz,
məmnuniyyətlə qəbul edərəm. Mən pak səhabələrin fəzilətlərini heç vaxt inkar
etmərəm. Mütləq hər birinin öz yerində fəzilətləri vardır. Amma hər iki məzhəbin
qəbul edib, qərar verdiyi, ümmətin ən fəzilətlisini (üstününü) tanıyıb bilmək
lazımdır. Biz fazil (fəzilətli) üzərində danışmırıq. Çünki fəzilətlilər çoxdur. Rəsuli-
əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisinin kim olduğunu tapmalıyıq ki, ağlın və
nəqlin (ayə və hədislərin) hökmünə görə onu öndə bilib, arxasınca gedək».
Şeyx: «məqsədiniz əks tərəfi çaşdırmaqdır. Çünki sizin kitablarınızda
xəlifələrin fəziləti haqqında istidlal ediləcək bir hədis yoxdur. Vəziyyət belə
olduğu halda hər iki tərəfin qəbul etdiyi hədisləri dəlil gətirə bilərik?».
Dəvətçi: «Bu sizin probleminizdir. Nə üçün birinci gecə kitabları yaxşı
oxumadan danışmağa başladınız? Yadınızdadırsa, bu təklifi birinci gecə cənab
Hafiz (səlləməhullah) təqdim etdi və «İstidlallarımız, söhbətimiz ancaq Quran
ayələri və hər iki tərəfin qəbul etdiyi hədislərdən olsun» buyurdu. Mən də mötəbər
kitablarınızı yaxşı oxuduğum üçün təklifi qəbul etdim. Özünüzün və məclisdə
iştirak edənlərin şəhadətiylə söhbətlərimizin əvvəlindən indiyə qədər bu
şərtləşmədən kənara çıxmadım. İndiyə qədər sizin alimlərinizin mötəbər
kitablarında nəql edilən səhih hədisləri və Quran ayələrini dəlil gətirdi. Bu
söhbətlər davam etdiyi müddət ərzində, inşallah, bu vədimə əməl edəcəyəm.
Bu cür şərtləşdiyimiz zaman belə bir problemlə qarşılaşacağınızı
düşünürdünüz sanki. Amma mən, şərtləşdiyimizi bəhanə edib, sizləri çətin
vəziyyətdə qoymaq istəmirəm. Sizin üçün bir tərəfli səhih hədislərinizi, saxta və
uydurma olmasa, əqli və nəqli dəlillərə (ayə və hədislərlə) uyğun olması şərtiylə
221
dinləməyə hazıram. Sonra oturub insafla, ədalətlə hökm verək. Əgər
deyəcəkləriniz həzrət Əlinin (ə) fəzilətlərinin çoxluğu qarşısında dura bilərsə,
qəbul edərəm».