Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə79/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   75   76   77   78   79   80   81   82   ...   314
2 5290018709182616340

(Peyğəmbər)lərdənsən». 
«Ya» nida ədatıdır, «Sin» də Rəsulallahın (s) mübarək adıdır; O Həzrətin (s) 
həqiqətinə, zahiriylə batininin bərabərliyinə işarədir». 
Nəvvab: «Təhəcci hərflərinin arasında «Sin» ədatının O həzrətin (s) mübarək 
ismi olmasının səbəbi nədir?». 
Dəvətçi:  «Bir  az  əvvəl  ərz  etdiyim  kimi,  məna  aləminə  və  Rəsulallahın  (s) 
həqiqəti  mötədilliyinə  işarədir.  Çünki  xatəmiyyət  məqamına  sahib  olacaq  insan 
vücudu-həddi-mötədilə yetişən və zahiri ilə batini bərabər olan kəsdir. Bu mərtəbə 
Peyğəmbərin (s) müqəddəs vücudunda mövcud idi. Bax buna görə, «Sin» ədatıyla 
O həzrət (s) üçün məqam isbat edilir.  
Hər kəsin anlaya biləcəyi bir üslubda bəyan etməli olsaq, təhəcci hərflərinin 
arasında  zahir  və  batini  bərabər  olan  sadəcə  «Sin»  ədatıdır.  Belə  ki,  elmi  ədəd 
(hesab»  alimlərinin  bildiyi  28  təhəcci  hərflərinin  hər  birinin  zubur  və  bəyyinəsi 
vardır; hər hərfin zubur və bəyyinəsi tətbiq edildikdə, kəsinliklə ya zuburu çoxdur 
və ya bəyyinəsi». 
Nəvvab: «Qibləsahib! Cəsarət edib soruşduğuma görə üzr istəyirəm, əfv edin; 
məsələni anlamaqda aciz olduğum üçün bu gecələrdə məsələləri hər kəsin anlaya 
biləcəyi  sadə  və  açıq  bir  şəkildə  bəyan  etmənizi  istəyirəm.  Çünki  zubur  və 
bəyyinənin  nə  olduğunu  anlaya  bilmədik;  aydın  bir  şəkildə  izah  etməyinizi  rica 
edirik». 
Dəvətçi:  «Məmnuniyyətlə. «Zubur» kağızın üzərində yazılan hərfin şəklidir; 
«bəyyinə»  də  oxunarkən  artımı  ortaya  çıxan  şeydir.  Məsələn,  «S»  ədatı  kağızın 


 
81 
üzərində bir hərfdir, amma oxunduğunda üç hərf – «s», «i», «n» olur və beləcə, iki 
hərf artır. Çünki 28 ədəd olan təhəcci hərflərinin arasında tətbiq edildiyində zubur 
və bəyyinəsi bərabər olan sadəcə «Sin» hərfidir. Son 60 ədəddir, bəyyinəsi də «i», 
«n» hərflərindən ibarət olub, 60-dır. «İ» 10, «n» da – 50-dir, ikincisinin cəmi 60 
olur.  
Bax,  bu  səbəbdən  Quranda  Xatəmul-anbiyaya  «Ya  Sin»  olaraq  xitab  edilir. 
Bu, həzrət Peyğəmbərin (s) zahir və batininə işarədir. «Ya Sin», yəni «Ey zahir və 
batin baxımından bərabərliyə sahib olan kəs!». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin