Qadınla kişinin güclü iradəsinin olması demək olar ki, işləri 95% asanlaşdırır. Bu barədə müəllifin kifayət qədər təcrübəsi vardır. Qadınlar həmişə ağır və acı hadisələrlə qarşılaşırlar. Bə`zən də kişi (yə`ni əri) müxtəlif bəlalara düçar olur. Əgər qadın hər cür hadisələrlə mübarizə aparmaq üçün ciddiyyətlə qəti qərara gəlsə, ərini özündən yaxşıca razı salar və onun üçün elə möhkəm arxa olar ki, bunun dəyərini Allahdan başqa heç kəs bilməz. Bu barədə aşağıdakı mətləblərə diqqət yetirin:
a) İmam Əli (ə) öz şe`rlərindən birində buyurur:
“İnsan iki halda olur. Çətinlik və asanlıq halında, ya da ne`mət və bəla halında”.
“Qəhrəman oğlan o kəsdir ki, əgər ruzigar ondan üz çevirsə, acı hadisələr onu üzməsin”.
“Əgər çətinliklər mənə üz versə, mən onun müqabilində möhkəm dağ kimi dayanaram və dözərəm”.
“Bu bəlaların və xoşagəlməzliklərin müvəqqəti olduğunu bildiyim üçün onların müqabilində səbir edərəm”.
Öndə ya ne`mət var, ya da ki bəla.
O kəs zirəkdir ki, sınmamış qala.
Çətinliklər başa ələnən zaman,
Ötəridir bilib, bərk dayanıram.
b) Deyirlər tanınmış şahlardan biri, Kəsra (Ənuşirəvan), öz zəmanəsinin həkim və alimi Büzürgmehrə qəzəbləndi. Əmr verdi, onu zindana atdılar. Zəncir və kündə ilə şairə işgəncə verirdilər. Bir müddətdən sonra, bir neçə nəfəri məxfi şəkildə Büzürgmehrin yanına göndərdi. Gizlin mə`murlar gördülər ki, o oturub və üzündə heç qəm-qüssə əlaməti yoxdur. Ondan soruşdular: “Necə olur ki, bu çətin və ağır vəziyyətində səni şad görürük?”
O cavabında dedi: “Mən bir neçə dərmanı bir-birinə qarışdırıb ondan mə`cun (yə`ni bir neçə tərkibdən qarışıq şəkildə düzəlmiş dərman) hazırlayıb içirəm. Buna görə də şadam”.
Dedilər: “O mə`cun dərmanı nədir?”
Dedi: “Bu mə`cun dərman altı şeydən təşkil olunubdur”.
Allaha arxayın olmaq.
İnsan üçün Allah nə tə`yin etmişsə, o da olacaq.
İmtahanlarda səbir və dözümlü olmaq daha yaxşıdır.
Əgər səbir etməsəm, dözümsüzlüklə dərdi və əzab-əziyyəti qova bilmərəm.
Vəziyyətləri məndən də pis olanlar vardır.
Bu saatdan sonrakı saata qədər (bu sütundan digər sütuna kimi) fərəc (yə`ni çətinliklərin həlli) ehtimalı vardır”.
Mə`murlar şahın yanına qayıtdılar. Əhvalatı şaha danışdılar. Şah əmr etdi, Büzürgmehri azad etdilər.214
Belə bir vəziyyəti və ruhiyyəni ələ gətirmək üçün insan gərək təvəkkülünü (ümidini), imanını, hazırlığını, yaxşı və müsbət işlərlə məşğul olmağı artırsın və soyuqqanlı deyil, istiqanlı olsun. Mə`lum olduğu kimi hərarət (istilik) soyuqluqdan (əhəmiyyət verməməkdən və pis rəftardan) daha yaxşıdır. Çünki hərarət, (yə`ni dirilik) canlının təbiətidir və həmçinin soyuqluq da ölülük təbiətidir. Həzrət Peyğəmbər (s) buyurub: “İstiqanlı adamlara uzun ömürlük müjdəsini ver”.
Həmçinin buyurub: “Hər bir dərdin kökü, soyuqqanlılıqdır”.215
Dostları ilə paylaş: |