ŞEYTANDAN UZAQLAŞMAQDA GÜNAHA EDİLƏN DİQQƏTİN ROLU
Deyilənlərdən daha yüksəyini Həzrət (s) sonrakı cümlədə buyurur:
«Ey Əbuzər! Elə Allah bəndəsi də var ki, etdiyi günaha görə behiştə gedir». Dedim: «Ey Allahın peyğəmbəri, atam-anam sənə qurban, bu necə olan işdir? Rəsuləllah buyurdu: «O, daim günahını gözləri qarşısına gətirib tövbə edir və Allaha pənah aparır. O vaxta qədər ki, sonda cənnətə daxil olur».
Hərdən bəndə bir günaha batır və onun nəticəsində nigarançılıq və iztirab içərisində olur. Həmin qorxu və nigarançılıq onun tövbə edib, Allaha pənah gətirməsinə səbəb olur; bununla da, yaxasını şeytanın cəngindən qurtarmış olur. Qəflətdən və nəfsani istəklərdən nicat tapıb, bir daha günaha bulaşmır və nəticədə, behiştə daxil olur. Bəlkə də, həmin günah ondan baş verməsəydi, belə bir hal da yaranmayacaqdı.
Həzrətin (s) bu bəyanı insanı özündə Allah qorxusu hissini yaratmağa rəğbətləndirmək üçündür. İnsan günaha batdıqdan sonra onun günahlarının yuyulması və sonda Allaha üz tutub behiştə daxil edən belə bir qorxu hissi elə də dəyərsiz deyildir. Belə olan surətdə, onun ələ gətirilməsi üçün çalışmaq lazımdır.
Dostları ilə paylaş: |