Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi



Yüklə 1,68 Mb.
səhifə65/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   117

FAYDALI ELM


«Ey Əbuzər! Bir adama verilən elm əgər onu ağlatmırsa, deməli, ona səmərəsiz elm verilmişdir. Çünki Allah Quranda alimləri belə tanıtdırır: «İslam peyğəmbərindən qabaq elm verilmiş kəslər, Quran oxunduğu zaman üzü üstə səcdəyə düşüb deyərlər: «Bizim Pərvərdigarımız pakdır və Onun vədələri yerinə yetəcəkdir. Onlar üzüqoylu səcdəyə gedib ağlayarlar və ibadətə rəğbətləri daha da artar».

İslam dini kamil və yığcam bir məktəb olub, insanı kamilliyə səsləyir, onun ictimai, əxlaqi və s. sahələrdə tə`lim-tərbiyəsi ilə məşğul olur.

İnsanın kamilliyə çatması, onun bütün tərəqqisi ilə mümkün olur. İslam elmə, şər`i hökmlərə, ictihada dəyər verdiyi qədər, əxlaqi və mənəvi məsələlərə də dəyər verir; kamil insan elmi və fiqhi sahələrlə yanaşı, əxlaqi zəminlərdə də inkişaf edir.

Təəssüflər olsun ki, hərdən elmi məsələlərlə məşğuliyyət, diqqətimizi dəyəri elmi məsələlərdən heç də az olmayan əxlaqi məsələlərdən yayındırır. Bəzən ictimai məsələlərlə məşğul olmaq, insanı əxlaqi və mənəvi məsələlərdən qafil edir. İnsan ictimai və siyasi məsələlərə elə qərq olur ki, özü və mənəvi ehtiyaclarının axtarışı ilə məşğul olmağa fürsət tapa bilmir. Məğrur olmamağımız və qəflətdə qalmamağımız üçün hərdən mənəvi və əxlaqi məsələlərə də diqqət yetirməyimiz lazımdır.

Hədisin bu bölümündə vurğulanan əsas nöqtə budur ki, Allah-təala bizə elm inayət etməklə yanaşı, əxlaqi məsələlərə də riayət etməyimizi istəyir. Çünki təkcə elmi zəmində tərəqqi ilə kifayətlənsək, özümüzdən qafil olub, qəflət və qürur kimi əxlaqi xəstəliklərə mübtəla ola bilərik.

Qurani-kərimdə bir sıra insani dəyərlər göstərilmişdir. Lakin təəssüflər olsun ki, həmin məsələlər bizim cəmiyyətimizdə unudulmuşdur. Düzdür ki, bəzi şəxslər həmin məsələlərin bir qisminə diqqət yetirirlər, lakin bu o demək deyil ki, artıq həmin məsələlər ictimai səhnəyə çıxarılmışdır. Halbuki, Quran həmin xüsusiyyət və dəyərləri ləyaqətli bəndə və alimlərin sifəti olaraq tanıyır. Həmin sifətlərdən biri də, Allahdan qorxu və hüzn halıdır.

Bəlkə də, hüzn və qorxu xüsusiyyətlərinin üzərində dayanmaq möminin, xüsusilə də alimin şəxsiyyətinin tarazlaşdırılmasına xatirdir. Çünki elmin çox yüksək dərəcəsi vardır və təqvadan sonra ən ali insani dəyərdir. Elmi dərəcəyə nail olmuş insan təbii olaraq, ictimai izzət və ehtirama sahib olur və bunun özü insanda qürur və təkəbbür yaradır. Təbii olaraq alim, onun şəxsiyyətinə xələl gətirə biləcək çirkinliklərlə üzləşir.

Müqəddəs İslam şəriəti alimin qürur xəstəliyinə mübtəla olmasının qarşısını almaq və şəxsiyyətini tarazlaşdırmaq üçün ona Allah dərgahında xalis göz yaşı axıdıb, hər cür şərtdən, bağlılıqdan azad bəndəçiliyini izhar etməsini məsləhət görür və bununla da ‒ alimin ictimai mövqeyi hər nə qədər artsa belə ‒ daxilində onun özünü kiçik və aciz hiss etməsinə kömək edir. Bu həmin o şeydir ki, imam Səccad (ə) Allahdan istəyirdi: «Pərvərdigara! Məhəmmədə (s) və onun Əhli-beytinə salam göndər və xalq arasında məni hər an başıuca və izzətli edən bəxşişlərinə yeni dərəcələr artırdıqca, həmin qədər də məni Öz yanında zəlil qərar ver və mənə zahirdə əta etdiyin hər izzət və şərafətin müqabilində, həmin qədər də daxilimdə zillət və həqarət qərar ver»1.

Deyilənləri nəzərdə tutmaqla, Peyğəmbər (s) Əbuzərə buyurur: «Əgər sənə verilmiş elm səndə xalis ibadət halı, pak qəlbdən doğan göz yaşları yaratmırsa, bil ki, o elmin sənə faydası olmayacaqdır. Faydalı ola biləcək elm odur ki, insanın Allah qarşısında bəndəçiliyini paklayıb, xalisləşdirsin. Quranın alimləri vəsf etdiyi kimi, onlara ilahi ayələr oxunduğu zaman, dayanmadan üzü üstə səcdəyə gedib, ağlayıb-sızlayırlar. Bu insanın Allah qarşısındakı xalis ibadətinin nişanəsidir. Ağlamağın zahiri rəftar hesab olunmasına baxmayaraq, daxildən və qəlbi çevrilişdən doğan bir haldır. Qəlb məhzun olmayınca və insan Allah qarşısında tam səmimiyyətlə durmayınca, onda ağlamaq halı da yaranmır.

Hədisin davamında Rəsuli-əkrəm (s) buyurur:

«Ey Əbuzər! Hər kəs (qüdrətli Allahın qorxusundan) ağlaya bilsə, qoy ağlasın və kim ağlaya bilməsə, heç olmasa özünü qəmgin edib, ağlamağa vadar etsin (zahirdə ağlasın). Çünki qəsavətlə dolu ürək, Allahdan uzaqdır; lakin onlar bu mənanı dərk etmirlər».

Öncə söylədiyimiz kimi rəvayətlərdə, xüsusi olaraq da bu rəvayətdə tövsiyə edilən ağlamaq, axirət səadətindən məhrum qalmaq və günaha aludə olmaq qorxusundan olan ağlamaqdır və ya mənəvi məhrumiyyətlər və imam Zamanın (ə) görüşündən məhrum olmaq üçün və bundan da üstün, Allahla görüşdən məhrum olmaq qorxusu ilə olan ağlamaqdır.

Allaha məhəbbəti olanlar və ilahi vilayəti dərk edənlər, Onun görüşündən məhrum qalmaq qorxusundan ağlayarlar. Necə ki, Əli (ə) Kumeyl duasında buyurur: «Ey Allahım və ağam, fərz edək ki, cəhənnəminin atəşinə səbr etdim, bəs Sənin fərağına necə dözəcəyəm?».

Ağlamağı gəlməyən adamlar heç olmasa hüzn yarada biləcək mövzuları özünə təlqin etmək və ya mənəvi məhrumiyyət və günahları barədə düşüncəyə dalmaqla, öz qəlblərini məhzun edə bilərlər. Əgər qəlb də məhzun olmazsa, ən azı qəmgin ifadə tərzi almağa çalışmaq lazımdır. Əgər insan özündə hüzn haləti yarada bilmirsə və həmişə məst və məğrur olursa, Allahın rəhmətindən uzaqda qalacaqdır. Əlbəttə, bu o demək deyil ki, hər ağlayıb göz yaşı tökən adam Allaha yaxındır; çünki yalandan riya edib göz yaşı axıdan münafiqlər də vardır. Bunun müqabilində də demək olmaz ki, məhzun olub ağlamayan şəxs, daşürəklidir və Allahdan uzaqdır.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin