Şeyx Səfi kimpleksi
Ərdəbil Bazarı da özəl memarlıq tərzində tikilmişdir. Ərdəbilin başqa tarixi abidələrinə gəldikdə, Cəbrayıl Məzarlığını da xwsusi qeyd etmək lazımdır. Əminik ki, şəhərdə arxeoloji tədqiqatlar aparıldıqdan sonra bu abidələrin sayı qat-qat artacaqdır.
Ərdəbilin təbiəti də turizm baxımından yüksək potensiala sahibdir. Bu baxımdan şəhərdən 48 km məsafədə yerləşən Neor gölünü, Şorabel və Balıqlı Çay sahillərini, Savalan dağını və ətraf meşələri, Gür-Gür şələləsini, Sərein isi bulağını və sairəni misal çəkmək olar.
Ərdəbilin tarixi bir çox saxtakar tarix yazarları tərəfindən Sasanilər dövrünə aid edilməyə çalışılır. Lakin Ərdəbilin minilliklərə dayanan, Sasanilərdən çox-çox əsrlər, hətta minilliklər daha əskiyə uzanan, ən qədim türklərlə bağlı olan çox zəngin tarixi vardır. Deyilənlərə ən gözəl sübut Meşkinşəhr ətrafında aşkarlanmış qədim türk kurqanları və onları əhatələyən daş babalar və ya balballardır ki, onların kuman-qıpçaqlara aid olduğu bildirilir. Sumerolog Muazzez ilmiyye Çığın yazdığına görə, Orta Asyada tapılmış sumer tabletləri üzərində Ərdəbilin adı “Dağ belində yaşayan insanlar” kimi və türkcə qeyd edilmişdir.
Fikrimizcə, “Ərdəbil” adı üç onomastik vahiddən təşkil olunub: "ər // ar" (kişi, insan, igid), "ta // tav // tau" (dağ) və "bel" (bel, kəmər). Bu vahidlər türkcədir və yuxarıda deyilənlərlə üst-üstə düşür. Odur ki, şəhərin adının "dağ belində və ya ətəyində yaşayan insanlar və ya igidlər" anlamına gəldiyi düşüncəsindəyik. Lakin başqa variantlar da ola bilər. Məsələ bundadır ki, “Qədim Türk Lüğıti”nin (Древнетюркский словарь) 55-сi səhifəsində yazılanlardan belə aydın olur ki, əski türkcədə “art” kəlməsi “bel” və “dağ döşü” anlamlarında işlənmişdir. Həmin lüğətin 93-cü səhifəsində isə “bel” kəlməsinin əski türkcədəki mənasının iki anlamda; bu gün işlətdiyimiz anlamda və “təpə” // “təpəcik” mənalarında olduğu qeyd edilib. Belə olan halda, “Ərdəbil” toponimini “Dağ döşündəki təpə” kimi şərh etmək lazım gələcəkdir.
Dostları ilə paylaş: |