Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri


İndi isə bütün sadaladıqlarımızı dəstəkləyən protokol və və xidmətlərlə tanış olaq



Yüklə 174,82 Kb.
səhifə23/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   ...   19   20   21   22   23   24   25   26   ...   53
İndi isə bütün sadaladıqlarımızı dəstəkləyən protokol və və xidmətlərlə tanış olaq.



WWW(World Wide Web)- Dünya hörümçək toru İnternet şəbəkəsində resursların axtarışı üçün hipermətn texnologiyasıdır. www serveri ilə ötürülmüş informasiya barauzerin köməyilə özündə müxtəlif farmatlı informasiyalar saxlayan səhifə formasında görünür.





 HTTP (Hyper Text Transfer Protocol) yəni hipermətinlərin transfer protokolu. Bu WWW əsas xidməti sayılır ki, onun vasitəsi ilə İnternet məkanında müxtəlif tip faylların saxlanmaq və görüntüləmək mümkündür. Fayllar isə şəkil, video, mətn, audio formatlarında ola bilər.



 FTP (File Transfer Protocol) yəni faylların ötürülməsi protokolu. Bu protokol faylın tipindən asılı olmayaraq bütün faylları şəbəkədə olan kompüterlər arasında ötürməyə və qəbul etməyə imkan verir.





 Telnet- bu protokol kampüterin başqa kompüterlə əlaqə qumasına imkan verir və oradakı fayllardan və proqramlardan istifadə etməyə imkan verir.



Usenet - bu NNTP (Network News Transfer Protocol) yəni şəbəkədə xəbərlərin ötürülməsi protokolu vasitəsi ilə həyata keçən telekonfrans xidmətidir. Yəni bir qrup istifadəçilər onlayn formada hər hansı mövzu və ya xəbəri müzakirə edə bilərlər.



​

 E-mail (Electronic Mail) yəni elektron poçt. Bu xidmət istənilən istifadəçiyə imkan verir ki, digər istifadəçiyə elektron məktub göndərsin və ya qəbul etsin. Bu xidmət SMTP, POP3 və s. protokollar əsasında həyata keçirilir.​

​

 WAIS (Wide Aria Information Server) yəni qlobal informasiya serveri. Bu protokol İnternet serverlərində yerləşən verilənlər bazasına sorğu göndərməklə informasiya axtarışını dəstəkləyir.​



​

 IRC (Internet Relay Chat) yəni İnternet vasitəsi ilə söhbət. Bu xidmət cari vaxt zamanında digər istifadəçilərlə birbaşa söhbət etmək imkanını təmin edir.​

​

Sənədlərin İnternetdə ünvanlaşması üçün xüsusi URL göstəricilər sistemindən istifadə olunur. URL (Uniform Resource Locator) yəni şəbəkədə sənədin ünvanı. URL ünvan iki hissədən ibarətdir. Birinci sol hissə şəbəkə protokolunun növünü göstərir. Digər hissə isə sənədin şəbəkədə marşrutunu yəni hansı ünvanda yerləşdiyini göstərir. məsələn. http://www.informatik.az. Burada http protokolun növünü, WWW-World Wide Web, informatik tabelikdə olan domen adı, az isə yüksək səviyyəli coğrafi domen adını bildirir.



Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin