URL, Resursun unifikasiyalı göstəricisi
Internetin fiziki serverlərində saxlanılan milyardlarla sənədlər arasında Hipermətnli əlaqə WWW-nin mövcudluğunun əsasıdır. Belə əlaqənin mövcud ola bilməsi üçün WWW-da hər bir sənəd özünün unikal ünvanına malik olmalıdır. Məlumdur ki, bir lokal kompüterin hər bir faylı öz unikal adına malikdir. Beynəlxalq şəbəkədə də hər bir faylın unikal adı olmalıdır. Beynəlxalq miqyasda istənilən faylın ünvanı, həmin resursun vahid şəbəkəyə salınmış göstəricisi-URL(Uniform Rescurse Locator) ilə müəyyən edilir.
URL ünvan üç hissədən ibarət olur: 1) Verilmiş resursa daxil olmaq üçün nəzərdə tutulan xidmətin göstərilməsindən; 2) Verilmiş resursun saxlandığı kompüterin Domen adının göstərilməsindən; 3) Göstərilən kompüterdə fayla daxil olmanın tam yolunun göstərilməsindən;
Verilmiş resursa daxil olmaq üçün həyata keçirilən xidmət – tətbiqi protokolun adı ilə ardınca iki nöqtə və iki əyri xətlə işarə olunur.Məsələn, WWW xidməti üçün tətbiqi protokol HTTP (Hyper text transfer protokol- Hiper mətni ötürmə protokolu) protokoludur. Ona görə də WWW xidməti üçün URL ünvanın birinci hissəsi belə yazılır: HTTP://...
Verilmiş ehtiyatın saxlandığı kompüterin (Serverin) domen adı yazılır. Məsələn, HTTP:// WWW.abcdecom. ..
Verilmiş kompüterdə fayla daxil omanın tam yolunu0
yazmaq lazımdır.Burada ayırıcı kimi “/”(əyri xətt) istifadə olunur. Məsələn,
HTTP:// WWW.abcde.com/Files/New/abcdefg.zip
Fayla daxil olmanın tam yolunun yazılışı bir neçə xarakterik xüsusiyyətə malikdir. Birincisi, qovluqlar arasında ayırıcı kimi “/” (əyri xətt) istifadə olunur. İkincisi, fayla daxil olma yolunu yazanda simvolların registrinə ciddi riayət etmək lazımdır. Ümumi halda böyük və kiçik simvollar fərqli simvollar kimi qəbul olunurlar.
Dostları ilə paylaş: |