WWW İnternet xidməti və yaranma tarixi
Məlumdur ki, İnternet iri dünya kompüter şəbəkəsidir və onun istifadəçilərinin sayı gündən-günə artır. WWW -yə giriş əsasən İnternet üzərindən mümkündür.
WWW -nin yaranma tarixi 1989-cu ilə təsadüf edir. O zaman İngilis alimi Tim Berners Li və onun işlədiyi tədqiqatçı-fiziklər kollektivi təşkilatlar arasında informasiya mübadiləsinin yeni üsulunu təklif etdilər. Bu informasiya təşkilatların apardıbı tədqiqatların nəticələri və yeni ideyalar idi. Belə mübadilənin aparılması vacib idi. Çünki bu təşkilatın üzvləri müxtəlif ölkələrdə işləyirdilər. Sənədlərin ötürülməsi üçün Hipertekst sistemindən istifadə etmək nəzərdə tutulurdu. O zaman hələ səs vəya videodan istifadə etmək və şəkillərin ötürülməsi nəzərdə tutulmurdu.
Bütün dünyada 100-lə alim bu proektin üzərində işləyirdi. Bəzi insanlar WWW üçün proqramlar və sənədlər hazırlayır, digərləri isə sadəcə olaraq WWW haqqında başqalarına məlumat verirdilər.
Serverləri İnternetdə mətn və qrafik informasiyanı göstərmək funksiyasını yerinə yetirir. WWW xidmətinin ən əsas elementi Web-səhifə adlanan sənədlərdir. Bu sənədə təkcə mətn deyil, şəkil, səs, video tipli verilənləri də yerləşdirmək olar. Web-səhifələri yaratmaq üçün müxtəlif vasitələr vardır, onların ən əsaslarından biri də HTML dilidir.
İnternetdə bu səhifələrə baxmaq üçün müxtəlif proqramlardan istifadə olunur. Belə proqramlara İnternet brauzerləri deyilir. Web-səhifələrdə həmçinin şəkillər də yerləşdirmək olar. Bu sənədlərdə digər sənədlərə istinadlar da saxlanılır. Burada istinadlar mavi rəngdə qeyd olunmuş adi mətn sətrində və ya sözlərdə, hətta səhifədə yerləşən şəkillərdə də ola bilərlər. Bu istinada Maus-la sıxdıqda avtomatik yeni başqa səhifə açılır. Prinsipcə Web-səhifədən Web-səhifəyə keçid sonsuz sayda ola bilər və bir səhifədən digər səhifəyə ixtiyai keçid Serfinq adlanır. Web-səhifələr arasında məqsədyönlü keçid (lazım olan informasiyanı axtarmaq məqsədi ilə yerinə yetirilən) isə Web-naviqasiya adlanır.
Web-səhifələrin quruluşu birpəncərəli və çoxpəncərəli prinsiplə ola bilər. Bir pəncərəli quruluşda Veb-səhifə brauzerin bütün pəncərəsini tutur və burada istinada sıxdıqda isə ekrana növbəti səhifə açılır. Çoxpəncərəli prinsiplə qurulmaya Freymlər prinsipi ilə qurulma da deyilir. Bu halda brauzerin pəncərəsi bir neçə hissəyə bölünür: Ekranda həmişə qalan hissədə bütün əsas istinadlar yerləşir. Həcmcə böyük olan digərində isə seçilmiş istinad göstərilir. Əsasən səhifələrin freymli strukturu bir saytın daxilində fəaliyyət göstərir.
Sayt – eyni bir firmaya, təşkilata və ya fərdi şəxsə aid olan və öz aralarında məzmunca əlaqəli olan Veb səhifələr qrupudur. Bunu kitaba da bənzətmək olar. Yəni, Veb səhifələri kitabın vərəqlərinə, saytı isə kitabın özünə bənzətmək olar. Bir sayt özündə 2-3 səhifədən tutmuş yüzlərlə qarşılıqlı əlaqəli Veb səhifələri saxlayır.
Sayt və səhifə anlayışlarına yaxın olan daha bir anlayış Serverdir. SERVER saytlar və Veb səhifələr saxlanılan və şəbəkəyə qoşulmuş kompyuterə deyilir. Bir WWW serverində bir və ya bir neçə sayt ola bilər.
WWW xidmətində digər bir termin PORTAL adlanır. Portal İnternet şəbəkəsinin informasiya ehtiyatını ifadə edir. İnternet-portal istifadəçilərə laxım olan xidmətlərdən ibarət olan saytlar qrupudur. Portala daxil olduqda əsasən aşağıdakı imkanları əldə edirik:
Axtarış sisteminə giriş;
Portal xüsusiyyətinə uyğun kateqoriyalara bölünmüş xəbərlər lentası;
Elektron mağazaya və ya auksiona daxil olma;
İnternet səhifələrinin kataloquna daxil olma;
Dostları ilə paylaş: |