ABS ədədin mütləq qiymətini (modulunu) hesablayır. Formatı aĢağıdakı kimi olur:
ABS (number);
ABS (число);
burada number- mütləq qiymətini tapacağımız ədəddir.
Məsələn, A3 xanasına tutaq ki, -7 yazılıb. =ABS (A3)= 7 olacaqdır.
FACT (ФAКTP) funksiyası ədədin faktorialını (1-dən verilmiĢ ədədə qədər olan bütün natural ədədlərin hasilini) hesablayır. Bu funksiyanın formatı aĢağıdakı kimidir:
FACT (number);
ФAКTP (число);
burada number - faktorialını tapmaq istədiyiniz mənfi olmayan ədəddir. Məsələn, = FACT (4) =1*2*3*4=24
POWER (СТЕПЕНЬ) funksiyası ədədi verilmiĢ dərəcədən qüvvətə yüksəldir. Bu funksiyanın formatı aĢağıdakı kimidir:
POWER (number, power);
СТЕПЕНЬ (число,стпень);
burada number - qüvvətin əsası, power isə qüvvətin üstüdür. Qüvvətə yüksəltmə əməliyyatı “^” iĢarəsi ilə də iĢarə edilir. Məsələn, riyazi forma olan 42 ifadəsi 4^2 kimi iĢarə edilir.
Bu qayda ilə = POWER (4, 2) =4^2 = 4*4 = 16
4.PRODUCT (ПРОИЗВЕД) funksiyası arqument kimi verilən numberl,[number2],... ədədlərinin hasilini hesablayır. Bu funksiyanın formatı aĢağıdakı kimidir:
PRODUCT(numberl,[number2],...) ПРОИЗВЕД (число) 1, [число 2],...)
Burada numberl,number2 ... hasili hesablanmalı olan ədəd,
məntiqi qiymət və ya mətn Ģəklində verilən ədədlərdir. Bu ədədlərin sayı 1- Şəkil 8.31. dən 255-ə qədər ola bilər.
Məsələn, = PRODUCT (2, 4, 10) = 2*4*10 = 80
Əgər =PRODUCT(A1:B4) kimi verilərsə, onda A1:B4 diapazonundakı xanaların hasili, yəni =A1*A2*A3*A4*B1*B2*B3*B4 hasili hesablanacaqdır (ġəkil 8.31.).
5.SUM (CYMM) funksiyası verilmiĢ xanalar diapazonundakı ədədlərin cəmini tapır. Bu funksiyanın formatı aĢağıdakı kimidir:
SUM(number1;number2;...;number N). CYMM (число 1; число 2;...; число N)
burada number 1, number 2,..., number N - cəmlənən ədədlərdir.
Məsələn, =SUM (C22:C26) düsturu SUM (CYMM) funksiyasını C22:C26 xanalar diapazonundakı qiymətlərin cəmlənməsi üçün istifadə edir, yəni = C22 + C23 + C24 + C25 + C26 düsturu ilə analojidir.
Bir-birinə yaxın xanalar blokundakı verilənləri avtomatik cəmləmək üçün Formulas (Формулы/Düsturlar) tabının Function Library (Библиотека Функций/Funksiyalar Kitabxanası) lent qrupunun AutoSum (Aвтосуммирование/Cəm) düyməsini və eləcə də lentin Home(Главная/Ev) tabının Editing (Peдактирование/Redaktə) lent qrupunun (AutoSum)düyməsini klikləmək lazımdır.