Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə2/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   2   3   4   5   6   7   8   9   ...   65
Kompüter Texnologiyaları

2.İnformatikanın tərkib hissələri

İnformatika elminin aşağıdakı tərkib hissələri mövcuddur:
Hardware (aparat təminatı) – Elektron hesablama maşınları (EHM) və onların quruluşu, tərkib hissələri, onlardan istifadə qaydalarını öyrənən bölmədir.
Software (proqram təminatı) – EHM-lərdə istifadə olunan bütün proqramları, onların təsnifatını və istifadə qaydalarını öyrənən bir bölmədir.
Brainware – Məsələnin kompüterdə həlli üçün lazım olan alqoritmlərin qurulması, onlardan istifadə qaydalarını öyrənən bir bölmədir.


İnformasiya prosesləri


İnformasiya prosesləri dedikdə, informasiyanın axtarılması (toplanılması), saxlanılması, emalı, ötürülməsi nəzərdə tutulur.


İnformasiyanın toplanılması – öyrəniləcək obyekt haqqında insana lazım olan məlumatların alınmasıdır. Məsələn, kitabxanada hər hansı kitab haqqındakı məlumatı ənənəvi kataloqlardan, kitabxana işçilərindən soruşmaqla və ya elektron kataloqlara müraciət etməklə almaq olar. Hal-hazırda daha çox avtomatlaşdırılmış (qurğuların köməyilə) axtarış üsulları geniş yayılmışdır.
İnformasiyanın saxlanılması – toplanmış informasiyanın yaddaş daşıyıcılarında saxlanılması nəzərdə tutulur. Qədim dövrdə informasiya daş-qaya üzərində, heyvan dərilərində, papiruslarda və s. saxlanılırdı. Hal-hazırda isə kağızda, kompakt disk, fləş yaddaş və s. kimi elektron yaddaş qurğularında, həmçinin bulud texnologiyası (Cloud technology) vasitəsilə saxlanılır.
İnformasiyanın emalı – informasiya üzərində müəyyən dəyişikliklərin aparılmasıdır. Məsələn, musiqilərə əlavə səs tonlarının artırılması, şəkillərin formasının, rənginin dəyişdirilməsi, mətnlərin redaktəsi və formatlaşdırılması və s.
İnformasiyanın ötürülməsi – toplanmış informasiyanın emal olunması üçün və ya emal olunmuş informasiyanın istifadəçilərə çatdırılmasıdır. Qısa məsafəli ötürmələrdə kabellər və digər simsiz ötürmə vasitələrindən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından istifadə olunur.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin