IInəsil–Bu nəsil EHM-lərin element bazası tranzistorlar (yarımkeçiricilər-diodlar) olmuşdur (Şəkil 2.3.). 1 saniyədə milyon əməliyyat yerinə yetirə biliblər, iş etibarlılığı, yaddaş tutumu, sürəti nisbətən yüksək idi, daha yüksək əməli yaddaşa malik idilər. Ölçüləri hiss ediləcək dərəcədə kiçik idi. 1-ci nəsil kompüterlərdən fərqli olaraq 2-ci nəsil kompüterlər mətn tipli informasiyanı emal edə bilirdi və bu nəsildə artıq ikilik maşın kodlarından simvolik dillərə (alqoritmik dillərə) keçid baş vermişdir. Bu nəsil kompüterlərdə informasiyanın saxlanması üçün
artıq maqnit lentlərindən istifadə olunmuşdur.
III nəsil – Bu nəsil EHM-lərin element bazası inteqral sxemlər və mikroelektrotexnika elementləri olmuşdur (Şəkil 2.4.). 1 saniyədə 10 milyonlarla əməliyyat yerinə yetirirdilər. İnteqral sxemlərin tətbiqi EHM-lərin inkişafında böyük dəyişikliyə səbəb oldu. Bu nəsil EHM- lərin iş etibarlılığı, yaddaş tutumu, sürəti çox yüksək idi, əməli yaddaşın tutumu xeyli artırılmışdı. Bu nəsil EHM-lərdə aparat və proqram təminatı qarşılıqlı əlaqələndirilmişdi. Multiproqram rejimi (eyni zamanda bir neçə proqramla işləməyin mümkünlüyü) tətbiq
edilmişdir. Bu nəsil kompüterlər modul prinsipi əsasında qurulmuşdur. Bu prinsipə görə maşında müxtəlif vəzifəli və müxtəlif
quruluşlu qurğular bir biri ilə universal xarici əlaqələrlə birləşdirilir. Hər bir qurğu ayrı-ayrı bloklardan təşkil olunur, bu blokların tərkibini dəyişməklə maşının texniki xarakteristikalarını da dəyişmək olur.
Əməliyyat sistemlərindən, klaviatura və monitordan istifadə olunması ilk dəfə bu nəsildənbaşlanmışdır. Bu maşınların əməliyyat sistemlərində sual-cavab, vaxtın bölünməsi, paket emalı və
s. kimi müxtəlif rejimlərdən istifadə edilirdi. 3-cü nəsil EHM-lərin əsasında tele-emal sistemləri yaradılmışdı. Asinxron dəyişilə bilən quruluş və maqnit disklərindən bu nəsildə istifadə olunmuşdur.
IV nəsil – 1981-dən hazırkı dövrə qədər olan müddəti əhatə edir. Element bazası böyük və çox böyük inteqral sxemlər (BİS və ÇBİS) və ya mikroprosessorlar olmuşdur (Şəkil 2.5.). Bu nəsil kompüterlər ölçülərinə görə mikrokompüterlər adlanır. Bu kompüterlərin iş etibarlılığı yaddaş tutumu və iş sürəti çox yüksəkdir. Bu nəsil EHM-lərin ölçüləri və çəkiləri hiss olunacaq dərəcədə kiçilmişdi. Bu nəsil üçün xarakteristik cəhət mikrokompüterlərin-fərdi kompüterlərin bu nəslə aid olması idi.Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş əsasən maqnit nüvələrində qurulrdusa bu nəsildə əməli yaddaş inteqral sxemlərdə qurulmuşdur.
nəsil–Daha miniatür elementlər əsasında yaradılmış bu kompüterlər bu günün və gələcəyin kompüterləri adlandırlır. Bu kompüterlər süni intellekt sistemləri əsasında biliklər bazası ilə işləmək, istifadəçi ilə nitq və görmə interfeysinin yaradılması və s. kimi tələblərə cavab verməlidirlər.
nəsil – Neyrokompüterlərin yaradılmasına əsaslanır. Neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkəsi əsasında təşkil olunur. Hal-hazırda bio və ya opto elementlərdən istifadə olunmaqla uyğun olaraq bioloji və ya optik neyrokompüterlərin yaradılması üzərində işlənilir. Və bütün bunlar günümüzdə robototexnikada geniş şəkildə tətbiq olunur.