Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə8/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
Kompüter Texnologiyaları

5.Yaddaş qurğuları

Kompüterin yaddaşı daxili və xarici olmaqla 2 yerə ayrılır. Daxili yaddaş dedikdə əməli yaddaş (RAM), daimi yaddaş (ROM) və keş yaddaş, xarici yaddaş dedikdə isə elastik maqnit disklərində yaddaş (Disket), optik maqnit disklərində yaddaş (CD,


DVD), sərt maqnit disklərində yaddaş (HDD, SSD), maqnit lentlərində yaddaş (Strimer), fləş kartlar, mikrokartlar və s. aiddir.
Əməli yaddaş – mikroprosessorda emal olunan verilənləri müvəqqəti saxlamaq üçündür (operativ yaddaş, müvəqqəti yaddaş, fəal yaddaş, RAM (Random Access Memory). Kompüter cərəyandan ayrılan kimi oradakı informasiya silinir. Kompüterdə hər hansı
proqramı icra etmək üçün çağırdıqda o əvvəlcə quraşdırıldığı yerdən (əsasən sərt diskdən) RAM-a köçürülür, emal olunmuş informasiya
müvəqqəti olaraq burada qalır

Prosessorun əməli yaddaşa müraciəti sürətləndirməsi üçün Keş (Cache) yaddaşdan istifadə olunur. Müasir kompüterlərdə çox səviyyəli keş yaddaşdan istifadə olunsa da, biz bunlardan ikisini öyrənəcəyik. Belə ki, bunlardan birinci səviyyəli keş yaddaş (Level 1) prosessorun daxilində, ikinci səviyyəli keş yaddaş (Level 2) prosessorla əməli yaddaş arasında yerləşir, yaddaş tutumu az, sürəti isə çox olan bir yaddaşdır.
Daimi yaddaş-ROM (Read Only Memory) – elektrik enerjisindən asılı olmayan yaddaşdır. Kompüter istehsal olunduqda buraya məlumatlar yazılır, sonradan dəyişdirilə, silinə bilməz. Üzərində BIOS (Basic Input Output System – Giriş-çıxışın baza sistemi) proqramlar toplusu yazılır. Adından da göründüyü kimi giriş çıxış qurğularının işinə nəzarət edir, kompüter açılarkən qurğuların işində problem olub olmadığını yoxlayır. Əgər hər hansı bir qurğuda problem varsa, bunu siqnallar vasitəsilə qarşıdakı istifadəçiyə bildirir (hər qurğunun özünəməxsus səhv siqnalları olur), problem yoxdursa əməliyyat sisteminin sərt diskdən əməlin yaddaşa yüklənməsini həyata keçirir. Hal-hazırda bəzi əməliyyat sistemləri BIOS-un bəzi funksiyalarını özündə saxlasa da, tamamilə BIOS-u əvəz edə bilməmişlər. BIOS hələ də kompüter üçün vacib olan bir sistem olaraq qalır. BIOS-da olan dəyişiklikləri, vaxtı, tarixi, konfiqurasiyanı yadda saxlamaq üçün CMOS (Complementary Metal Oxide Semiconductor) adlı çipdən istifadə olunur. Bu yaddaş çipindəki məlumatlar ROM-dan fərqli olaraq silinməz deyildir, CMOS batareyasını çıxarsaq buradakı bütün məlumatlar itir.
Son zamanlarda daimi yaddaşın dəyişdirilə bilən-yenidən proqramlana bilən növündən də istifadə olunur. Texniki ədəbiyyatlarda bu yaddaş növü fləş yaddaş (flash memory-Erasable Programmable Read Only Memory - EPROM) adlanır.
Videoyaddaş monitorun ekranındakı video görüntülərin yadda saxlanması üçün lazım olan daxili yaddaşın bir növüdür. Enerjidən asılıdır.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin