Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə11/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   7   8   9   10   11   12   13   14   ...   65
Kompüter Texnologiyaları

Determiniklik(müəyyənlik)

Aydındır ki, hər hansı bir məsələ həll olunarkən müəyyən mərhələlərə ayrılır. Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Başqa sözlə desək, alqoritmin hər bir addımı qəti və birmənalı olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir.

  1. Kütləvilik

Bu xassədə əsasən iki tələb nəzərə alınır:

  1. müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır;

  2. alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.

    1. Nəticəvilik

Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.

    1. Diskretlik

Hər bir alqoritm ayrı-ayrı aydın addımlardan təşkil olunmalıdır.
Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır.

Alqoritmin təsvir üsulları

Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır:

  • Sözlə təsvir (təbii dillə);

  • Alqoritmik dillə təsvir (proqram);

  • Qrafik təsvir (blok-sxem).

Sözlə təsvir. Sözlə təsvir olunan alqoritmin icrası insan tərəfindən aparılır. Bu üsul alqoritmin kütləvilik xassəsini ödəmədiyindən, az hallarda istifadə olunur. Belə ki, alqoritmin bu təsvir üsulu

müəyyən bir məsələnin hamı tərəfindən başa düşülməsini çətinləşdirir, bəzi hallarda mümkünsüz edir.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin