Elastik maqnit disklərində yaddaş (disket) – Disketlər fərdi kompüterlərdə ilk istifadə olunan sabit yaddaşlardan biri olmuşdur. Ölçülərinə görə bir-birindən fərqlənən (8, 5.25, 3.5 və s.) bu yaddaş qurğuları həm sürət baxımından, həm də yaddaş baxımından aşağı olduğu üçün hal- hazırda demək olar ki, istifadə olunmur. “3.5” ölçülü yüksək sıxlıqlı (HD) disketlərin həcmləri 1.44 MB-a bərabərdir. Bu disketləri oxumaq üçün FDD (Floppy Disc Drive) qurğusundan istifadə
olunur (Şəkil 2.27.).
Optikmaqnit disklərində yaddaş. Hal-hazırda fəal olaraq istifadə olunan bu yaddaş növündə həm əməliyyat sistemləri və proqramları, həm də digər oyunlar və multimedia vasitələri satışa buraxılır. Əgər sərt diskdə məlumatlar oxuma yazma başlığı vasitəsilə oxunursa, burada məlumatı oxumaq üçün lazer başlıqdan istifadə olunur.
CD-R(CompactDisk-Recordable)– yazılabilən CD standartıdır. Boş olaraq satılırlar.
Üzərinə bir dəfə yazmaq olar. Yazılan məlumatlar üzərində dəyişiklik aparıla bilməz.
CD-RW (Compact Disk-ReWritable) – CD-R standartının üzərinə dəfələrlə yazıla bilən formasıdır (Şəkil 2.28.). İçərisindəki məlumatları dəyişdirmək mümkündür.
CD disklərinin həcmləri 650 MB-702 MB aralığında dəyişir. Bu diskləri oxumaq üçün
əvvəllər CD ROM (Compact Disc Read Only Memory) qurğusundan istifadə olunurdu. Bu qurğu diskdəki məlumatları sadəcə oxuya bilirdi. Blue Ray texnologiyası ilə hazırlanmış disklərin (BD-ROM, BD-R, BD-RW) həcmləri isə 25 GB-200Gb aralığında dəyişir.
Bütün bunlardan başqa DVD disklərinin aşağıdakı növləri də vardır:
DVD-Video – filmlərin saxlanılması üçündür;
DVD-Audio – musiqilərin yüksək keyfiyyətdə saxlanması üçündür;
DVD-Data – istənilən veriləni saxlamaq üçün;
DVD-ROM – ijeksiyon tökmə üsulu ilə hazırlanmış disk;
DVD+R/RW – bir dəfə yazıla bilən və təkrar yazıla bilən;
DVD-R/RW – bir dəfə yazıla bilən və bütün yazının silinməsindən sonra təkrar yazıla bilən;