Qrafikredaktorlar – müxtəlif ölçülü qrafik təsvirlər yaratmaq, qrafik sənədlərin, yəni diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçündür. Ən çox istifadə olunan qrafiki redaktorlara Paint, Coreldraw,AdobePhotoshop,AdobeIllustrator,MacromediaFreehandvə s. aiddir. Daha geniş şəkildə irəliləyən mövzularda baxılacaq.
Nəşriyyat sistemləri – mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını, yəni çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə misal olaraq Adobe firmasının Page Maker,Corel firmasının VenturaPublishervə QuarkXpress-i misal göstərmək olar.
Lüğətvətərcüməproqramları daha çox xarici dili öyrənmək istəyənlərin və ya digər məqsədlərlə tərcüməyə ehtiyac duyan insanlar üçün nəzərdə tutulmuşdur. Lüğət proqramlarına Oxford, Cambridge,Style,ABBYYLingvo,Polyglotvə s., tərcümə proqramlarına isə Dilmanc,Promt,Socrat, Babylon,Intelsoft, Translatevə s. kimi proqramları misal göstərmək olar.
Mühasibatproqramları idarə və müəssisələrdə maliyyə işlərinin həllində istifadə olunan
proqramlardır: 1C,Smart,Uyum.