Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə63/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   57   58   59   60   61   62   63   64   65
Kompüter Texnologiyaları

Sənəd dövriyyəsi dedikdə sənədin daxil olduğu və ya tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründə hərəkəti başa düşülür. Kargüzarlıq üzrə bütün işlərin dəqiqliyi və təsirliyi sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi keyfiyyət parametrləri ilə xarakterizə olunur.
Sənədlərin idarə olunmasının əsas prinsipləri ISO 15489 standartında göstərilmişdir. ISO- nun işləyib təsdiq etdiyi beynəlxalq standarta görə informasiya müxtəlif üsullarla hər hansı maddi daşıyıcıya (kağız, mikrofilm, disk və s.) yalnız hərf və rəqəmlərlə deyil, təsvir, səs, elektromaqnit dalğası və s. formada yazıla bilər. Belə bir təyinat cəmiyyətdə informasiyanın ötürülməsi üçün istifadə edilən bütün maddi obyektləri (muzey, memarlıq obyektləri, suxur nümunələri və s. daxil olmaqla) sənəd anlayışına daxil edilir. Belə olan halda sənəd anlayışı bir qədər geniş mənada qəbul olunur. Yazılı sənədlərdən başqa audio, video və s. multimedia fayllar da sənəd hesab olunur. Bu baxımından sənəd dövriyyəsi təkcə yazılı sənədləri deyil, müəssisənin bütün informasiya resurslarını əhatə edir.

§13.7. Elektron imza. Elektron hökumət




Elektron imza – Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.

E-imza sertifikatını haradan ala bilərəm?


Elektron imza sertifikatlarını Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Məntəqələrindən və ya online şəkildə əldə etmək mümkündür.

Elektron imza kartını əldə etmək üçün hansı sənədlər tələb olunur?


Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş Qeydiyyat Mərkəzlərinə müraciət edən zaman mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir (sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilmir).

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin