Konstruksiya materiallarinin texnologiyasi fənnindən MÜhaziRƏLƏR



Yüklə 283,22 Kb.
səhifə11/14
tarix01.01.2022
ölçüsü283,22 Kb.
#103147
1   ...   6   7   8   9   10   11   12   13   14
Ventillər. Oksigen balonunun ventili bürüncdən hazırlanır və bürünc oksigenlə yanmır. Polad nəm və sıxılmış oksigenin təsiri ilə şiddətli korroziyaya uğradığından və yana bildiyindən oksigen ventilini poladdan hazırlamaq olmaz. Asetilen ventili əksinə olaraq poladdan hazırlanır. Onu mis ərintisindən hazırlamaq olmaz, belə ki, ərintidə 70%-dən çox mis olduqda asetilen onunla partlayıcı birləşmə yarada bilər.

Reduktorlar. Balonlardakı qazın yüksək təzyiqini işçi təzyiqinə qədər endirmək və onu qaynaq ərzində sabit saxlamaq üçün reduktordan istifadə edilir. Qaynaq reduktorları adətən iki nanometrə malik olurlar ki, bunlardan biri balondakı ümumi yüksək təzyiqi, ikincisi isə reduktorun çıxışında qazın işçi təzyiqini ölçür.

Asetilen generatorları. Asetilen generatorları kalsium karbidinə su ilə təsir edərək asetilen qazı istehsal etmək üçündür. Karbid və suyun qarşılıqlı sisteminə görə asetilen generatorları üç növə ayrılır:

1) Su üzərində karbid generatorları;

2) Karbid üzərinə su sistemli generatorlar;

3) Toxunma (kontaktlı) sistemli generatorlar.




Yüklə 283,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin