Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə64/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   60   61   62   63   64   65   66   67   ...   113
22.11.2014, saat 21:10

Yuxudan
Yuxum ərşə cəkilib,

Yuxudan tez durmuşam.

Dedim, sabahlar xeyir,

Deyib aradan çıxam.



23.11.2014, saat 08:25

* * *


Təsəvvür nisyə nemətdir.

* * *


Divara qoyulan eybəcər daşı,

Əvəzləyə bilməz min zinət qaşı.



Dünyanın malı
Boş şeydi ki, bu zinət və o daş-qaş,

Dünyanın malı dünyada qalacaq,

İnsanların dünyadan apardığı,

Olubsa da, təmiz vicdan olacaq.



28.11.2014, saat 01:10

* * *


Özünü siləsən ki,

Məni silə biləsən.



06.12.2014, saat 21:40
Gəlmişəmsə
Madəm bu gün doğulub

Gəlmişəmsə dünyaya.

Hələ sabah göz açıb,

Baxım günəşə, aya.



29.11.2014, saat 6:18

* * *


Çox təşəkkür edirəm.

Gördüklərim bu qədər.

Gələcəyə də yetər.

Bundan sonra yaşamaq,

Daha mənimçün hədər.

* * *


Çox arxayın olarsan,

Hələ çox aylar keçər.

Çox illər dolaşaraq.

Hər şey olacaq hədər.

* * *

Hər günün sonunda öz ömrü bitər.



* * *

Dözən ürək hər bir dərdə dözəcək,

Dözəmməsə, məhv olmağı görəcək.

09.12.2014, saat 20:30

Sahibsizlik
Müəlliməm, sinif bərbad günündədir,

Mən kefimdə, şagird öz dəmindədir.


Vicdan nədir?
Qəlb və başın birlikdə istehsal etdiyi his­siyat məhsuluna vicdan deyilir.

11.12.2014, saat 19:10
Üzmə hədər
Keçmiş olsun o kədər.

Ürəyi üzmə hədər.

Yaranıb belə dünya,

Belə də gəlib-gedər.

* * *

Sənətində mükəmməllik insanı şən göstərər.



15 декабр 2014

* * *


Sənətə arxayınlıq, sənətçiyə rahatlıq.

15 декабр 2014
Hər yaranın taleyi zamanın əlindədir.

* * *
Ağlınız nə kəsir?


Deyirəm, bekara coşum,

Sizin ağlınız nə kəsir?

Bu həyata nəğmə qoşum,

Tərs külək ha yandan əsir?

* * *

Qəlbi yağmur islatmaz,



Qəlb suyun içindədir.

Söz də ona yaramaz.

Özü öz dəmindədir.
Sözün izinə gəldim
Bu Novruz, bu Baharın,

Səs-küyünə dikəldim.

Gedib yüz əlli vurub,

Sözün üzünə gəldim.


Duyuram, yüz əllidən,

Söhbət bitməz bəllidən.

Yaş ötübsə əllidən,

Sözün düzünə gəldim.


Söz-söhbətin sözüdür,

Sabir Binnət özüdür.

Söz güzgünün gözüdür,

Sözün izinə gəldim.



23.03.2014, saat 00:40

Dik dura biləsən
Hamı deyir ki,

Başın sag olsun!

Mən isə deyirəm ki,

Ayağın sag olsun!

Başın çox yüklənibdir

Ayağın sag olsun ki,

Bəlkə, dik dura biləsən !

02.08.2014, saat 01:50

Özünüz deyin
Hamı dinnən-imannan danışır.

Hanı bu haqqın allahı?

Niyə artır bu nadanların sayı?

Mən heç, özünüz deyin.



02.05.2014, saat17:55

Bəxtəvər
Bəxtəvər onun dadını görənlərə,

Boş-boş baxmaqdan düşəcəkdir bizə nə?



06.07.2014, saat 23:15
Yedim, dedim
Evə bir az gec gəlib nahar etməyə başladım.

Ev bişmişi ilə 200 qram araq içdim.

Dərhal yeməkdən sonra, allah, sən özün yetir dedim.

Əvəzi yenə olsun dedim.

Tamahından keçənlər, istəyənlərə də yetir dedim.

Qəlbindən keçənlərin qəlbinə yetir dedim.

Nəfsi yanan aclara, onlara yetir dedim.

Sizlərcə səhv demişəm, yoxsa doğrunu dedim?



08.07.2014, saat 16:50

Yaxşı insanlar
O yaxşı insanlar bu gün hələ var,

O gözəl günlərin qalığıdırlar.

Yaxşılıq etdiyi o yaxşıların,

Qədrini bilənlər bu gün azlırlar.







TƏNQİD


OLA
Gədə-güdə əlində,

Gedir sağa, gəlir sola.

Yazıq millət öz qəmində,

Vicdansızın rəhmi ola.


Ölkə batıb, millət yatır,

Kef çəkir ortada qatır.

Ac-yalavac tində batır,

Qeyrət varsa, zəhmi ola.


Sağa-sola çəkib dartma,

Haqqsızlığı sən qabartma.

Sabir Binnət, gəl ağartma,

Bisavadın fəhmi ola.



13.05.2014, saat 21:40
Dünya
Dünya, sənin kələyindən,

Nələr keçir ələyindən.

Heç baş açmaq mümkün deyil,

Nə özündən, fələyindən.



07.02.2014

Nədən belə
Nədən belə, vardır bu gün təbiət,

Yaranmışdır cümlə-cahan, cəmiyyət.

İndi çəkir millətlərin çoxusu,

Həyatından yaşam boyu əziyyət.



23.04.2014, saat 14:45


Dünyada hər şeyi pul həll edir

Dialoq

Qurbani Fərəh:

- Allahımın rizasından son­­ra...

Sabir Binnətoğlu:

- Fərəh xanım, allahını­zın riza­sını da pul həll edir.

Qurbani Fərəh:

-Əstağfurullah ...

Lale Mikayılzadə:

-Bir çox insanların mənəviyyatı korlanıb, hər şeyi pulda görürlər.

Sabir Binnətoğlu:

-Salam, Lalə xanım. Sizə böyük hörmə­timiz var. Nə desəniz qəbul edi­rəm, ancaq biz, o qədər də mənəviyyatımızı və özümüzü korlama­mışıq. Korlananlar korlanıb. Biz belə görürük.

Lale Mikayılzadə:

- Sabir müəllim, mən vur­ğuladım axı: "Bir çox insanın".

Sabir Binnətoğlu:

- Təşəkkür edirəm, Lalə xanım.

Lale Mikayılzadə:

-Buyurun, gözəl insan.

Şamo Zamanov:

-Pulsuz iş düzəltmək xatadı, qandı,

Pul allah olubdu, allah, amandı.

Sabir Binnətoğlu:

-Heç nəyə etibar qalma­yıb bu an,

Ay Şamo qardaşım, səfeh zaman­dı.

Tale yazısı
Hər insan həyatı bir qoşa zərdir,

Kiminin ömrünə qoşa sələrdir.

Cüt sənin hər biri tək olduğundan,

Deyirlər tək nəhsdi, ömür hədərdir.


Tək nəhsdir, deyəndə tənha anırıq,

Tək əldən səs cıxmaz, onu qanırıq.

Dunyanı həyata vəsf edən xaliq,

Allahı tək bilib, tək tanıyırıq.


Bəs nə cür olur ki, təkcə Allahın,

Dinilməz səsini ulu tanrının

Yer kürə üzündə canlı eşidir,

Eşidilmir yazığın, tək zər atanın?


Tək zərli yazıqlar tək deyildirlər,

Onun tək minləri bədbəxt, fəqirlər.

Deməli, Allah da tək deyil kimi,

Millətin başını tutub əzirlər.


("Varlı və qudurmuşlar,

Allahı tanımazlar.")


Ömrünə şeş qoşa düşən adamlar,

Dünyada ən varlı adam olublar.

Müəyyən səbəblə, bəzi məqamla,

Ömürdən bir cürə bədbəxt olublar.

Sabir Binnət dogru sözü danmayır,

Vicdansızı adam belə sanmayır.

Boyun əyməz nə quldura, nadana,

Millətinə kəm baxanı saymayır.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin