15.05.2015, saat 19:55
***
Üzündən ayı göstər,
Günəşdən hayı göstər.
Gələcək bir zamanla,
Olacaq vayı göstər.
03.06.2014, saat 21:25
Yazışma
Fikrət Məmmədli:
Yanir nə zamandır Qarabağ odda,
Mən şeir yazıram Sabirabadda!
9 may 2014, saat 19:27
Sabir Binnətoğlu:
Yazıq şeir, Qarabağ hara, Sabir hara?
Nə vəzn var, aid deyil söz kökləri hara?
10.05.2014, saat 02:15
Axşamınız xeyir!
Hörmətli dostlar, hamı o qədər bayramlaşıb-təbrikləşdi ki, bir ANA həsrətindən mənə ehtiyac qalmadı. Əslində mən də çox istəyərdim, amma heç kəsi təbrik edə bilmədim.
20.03.2014
***
Qəlbi bizlə döyünən dostlara, GÜN AYDIN !
Bu gecəmi nasıl yatdım,
Röyamda uykumu katdım.
9.03.2014
***
Bir məclisdə
Axşamınız xeyir, dostlar,
Bir məclisdə oturmuşdum.
Təng eylədi məni tostlar,
Az qala pərt olmuşdum.
Bir az əziyyət çəkərək,
Zor-bəla ilə sovuşdum.
21.04.2014, saat 20:30
Gedirəm
Mən gedirəm bu dəm sizlərdən,
İnciməyin hərgah bizlərdən.
Bir dostum məktəb müdirinin
Ad gününə dəvət etdilər.
Üzürlü hesab edin məni
Sizlər, axşam görüşə qədər.
Dostları ilə paylaş: |