Bir və bir neçə
maksimum sürətli
böyük şaquli və üfüqi
külək qradiyentləri
ilə xarakterizə olunan,
yuxarı troposferdə
ya stratosferdə
yerləşən, demək olar ki,
üfüqi oxlu güclü ensiz
hava axını şırnaq axını
adlanır.
Şırnaq axınlarının
uzunluğu minlərlə,
eni – yüzlərlə,
qalınlığı isə – bir neçə
kilometr təşkil edir.
Küləyin sürətinin
şaquli qradiyenti
hər 1 km-ə 10 m/san,
üfüqi qradiyenti isə – hər
100 km-ə 5 m/san təşkil edir.
Şırnaq axınlarının növləri və onların əsas xarakteristikaları
Şırnaq axınlarının növləri
|
Enlik zolağı, ş.e. dərəcəsi
|
Hündü rlük, km
|
Sürət, m/san
| | | | |
orta
|
max
|
Troposfer axınları arktik (qışda) mülayim enliklər subtropik
|
70-80 45-65 25-35 (qışda) 35-45 (yayda)
|
6-8
8-12
12-16
12-16
|
40 50 40-50 40-50
|
>100 >100 >100 <100
|
Stratosfer axınları stratosfer qərb (qışda) stratosfer şərq (yayda) ekvatorial
|
50-80
50-80
0-20
|
20-25
16-20
20-30
|
40-50
30-40
30-40
|
>100 >100
»50
|
Atmosferin yuxarı təbəqələri 145 qərb (qışda) şərq (yayda)
|
|
50-60
50-60
|
50-60
40-50
|
>100 >100
|
Atmosferdə turbulentlik
Hava olduqca hərəkətli mühit olub, burada hissəciklər nizamsız başqa sözlə turbulent hərəkət edirlər.
Turbulentlik (latın sözü olub “turbo” - burulğan) – atmosferdə müxtəlif ölçülü burulğanların yaranması, küləyin üfüqi və şaquli şiddətinin baş verməsi ilə şərtlənir. Turbulent burulğanların oxları fəzada vəziyyətlərini çox tez dəyişirlər və müxtəlif istiqamətlərə yönəlmiş olurlar.
Fizikada xarakterinə görə maye və qazların hərəkətinin 2 növünü ayırd edirlər: laminar (sakit və hamar) və turbulent.
Laminar hərəkətdən turbulent hərəkətə keçid ancaq böyük sürətlərdə mümkün olur və burada mayenin, və ya qazın keyfiyyət xarakteristikaları – sıxlığı və özlülüyü mühüm rol oynayır. Bu xarakteristikaları ingilis fiziki Osborn Reynolds (1842-1912) 1883-cü ildə “Reynolds ədədi” adlanan ölçüsüz ədəddə birləşdirdi. Reynolds ədədinin kiçik qiymətlərində hərəkət laminar olur. Bu ədəd kritik həddi keçdikdə isə, axın turbulentə çevrilir.
Turbulentlik 2 qüvvənin - ətalət və özlülük qüvvələrinin qarşılıqlı mübarizəsinin nəticəsidir. Ətalət qüvvələri maye zərrəciklərini bir-biri ilə toqquşdurur, özlülük qüvvələri isə zərrəciklərin bir-birinə nəzərən yerdəyişmələrini tormozlamaqla, qeyri-müntəzəm hərəkəti tənzimləməyə çalışır. Ətalət qüvvələri özlülük qüvvələrini üstələyəndə turbulentlik baş verir. Turbulentliyin ən xarakterik əlaməti ondan ibarətdir ki, fəzanın müxtəlif nöqtələrində hərəkət edən mayenin parametrləri – sürətləri, təzyiqləri, sıxlıqları və s. birbirindən fərqli olur.
Hava hərəkətinin sıxlığından və sürətindən asılı olaraq Reynolds ədədini belə hesablamaq olar.
-sıxlıq, C-hərəkət sürəti, L- hərəkətin xarakter miqyası,
-dinamik əmsaldır. Hündürlüyə görə temperaturun, sıxlığın və sürətin dəyişdiyi atmosfer qatında Re ədədi turbulentliyin vəziyyəti dəyişilmir. Yalnız bir kəmiyyət, şaquli istiqamətdə hərəkət daşıyıcısı olan şaquli temperatur qradienti istisnadır. Re ədədi üçün turbulentliyin kritik qiyməti qəbul olunmuşdur. Əgər Re< Rekr-dirsə, onda axın laminar, Re>Rekr olarsa axın turbulent axın kimi qəbul edilir.
Turbulentliyi xarakterizə edən Riçardson ədədinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunur.
Burada =1 olub, temperaturun adiabatik qradienti, T(k) - orta qatın temperaturu, β -külək sürüşməsidir. Atmosfer qatının 500 m hündürlüyündən aşağıda turbulent enerjinin yüksək səviyyəsi xarakterizə olunur. Belə vəziyyət isti və soyuq adveksiya hallarında, nə vaxt ki, Ri<1.0 olur və aşağı buludluğun hesablanması zamanı müəyyən olunub. əksər hallarda 0.4-dən çox olmur.
Turbulentlik zəif, mülayim, güclü və ifrat olmaq klassifikasiya olunur.
Zəif turbulentlik zamanı yaranan təkanlarda təyyarənin hündürlüyündə və vəziyyətində heç bir dəyişiklik müşahidə edilmir. Sadəcə olaraq sərnişinlər bel kəmərlərinin azca önə dartılmasını hiss edirlər.
Mülayim turbulentlikdə isə təyyarənin sürətində, vəziyyətində, hündürlüyündə daim dəyişikliklər müşahidə edildiyindən təyyarə pozitiv idarə etmədə olur.
Güclü turbulentlikdə sərnişinlərin bel kəmərləri güclü olaraq önə dartılır. Ən təhlükəsi isə təyarənin ani şəkildə idarəetmədən kənara çıxmasını reallaşdırır.
İfrat turbulentlikdə praktiki olaraq təyyarənin idarə edilməsi qeyri-mümkündür. Bu tip problemlərin uçuş zamanı yaşanması, yaxud qarşısının alınması məqsədilə turbulentlik silkələnməsinin intensivliyinin təyini və proqnozu üçün hesablamalar apararkən ölçüsüz kəmiyyətlər olan Reynolds və Riçardson ədələrindən, turbulentlik əmsalından istifadə olunur.
Termik turbulentlik
Relyefə nəzərən turbulentliyin vəziyyəti
Mexaniki Turbulentlik
Oroqrafik turbulentlik
Dinamiki turbulentlik
http://muhaz.org100>
Dostları ilə paylaş: |