Küləyə təsir edən qüvvələr



Yüklə 20,85 Kb.
səhifə10/10
tarix21.03.2022
ölçüsü20,85 Kb.
#114926
1   2   3   4   5   6   7   8   9   10
Küləyə təsir edən qüvvələr-muhaz.org

Bir və bir neçə

maksimum sürətli

böyük şaquli və üfüqi

külək qradiyentləri

ilə xarakterizə olunan,

yuxarı troposferdə

ya stratosferdə

yerləşən, demək olar ki,

üfüqi oxlu güclü ensiz

hava axını şırnaq axını

adlanır.

Şırnaq axınlarının

uzunluğu minlərlə,

eni – yüzlərlə,

qalınlığı isə – bir neçə

kilometr təşkil edir.

Küləyin sürətinin

şaquli qradiyenti

hər 1 km-ə 10 m/san,

üfüqi qradiyenti isə – hər

100 km-ə 5 m/san təşkil edir.

Şırnaq axınlarının növləri və onların əsas xarakteristikaları


Şırnaq axınlarının növləri


Enlik zolağı, ş.e. dərəcəsi


Hündü rlük, km


Sürət, m/san

orta

max



Troposfer axınları arktik (qışda) mülayim enliklər subtropik

70-80 45-65 25-35 (qışda) 35-45 (yayda)


6-8


8-12

12-16


12-16

40 50 40-50 40-50


>100 >100 >100 <100




Stratosfer axınları stratosfer qərb (qışda) stratosfer şərq (yayda) ekvatorial

50-80


50-80

0-20

20-25

16-20



20-30

40-50


30-40

30-40

>100 >100

»50



Atmosferin yuxarı təbəqələri 145 qərb (qışda) şərq (yayda)

 

50-60

50-60



50-60

40-50

>100 >100



Atmosferdə turbulentlik

Hava olduqca hərəkətli mühit olub, burada hissəciklər nizamsız başqa sözlə turbulent hərəkət edirlər.

Turbulentlik (latın sözü olub “turbo” - burulğan) – atmosferdə müxtəlif ölçülü burulğanların yaranması, küləyin üfüqi və şaquli şiddətinin baş verməsi ilə şərtlənir. Turbulent burulğanların oxları fəzada vəziyyətlərini çox tez dəyişirlər və müxtəlif istiqamətlərə yönəlmiş olurlar.

Fizikada xarakterinə görə maye və qazların hərəkətinin 2 növünü ayırd edirlər: laminar (sakit və hamar) və turbulent.

Laminar hərəkətdən turbulent hərəkətə keçid ancaq böyük sürətlərdə mümkün olur və burada mayenin, və ya qazın keyfiyyət xarakteristikaları – sıxlığı və özlülüyü mühüm rol oynayır. Bu xarakteristikaları ingilis fiziki Osborn Reynolds (1842-19121883-cü ildə “Reynolds ədədi” adlanan ölçüsüz ədəddə birləşdirdi. Reynolds ədədinin kiçik qiymətlərində hərəkət laminar olur. Bu ədəd kritik həddi keçdikdə isə, axın turbulentə çevrilir.

Turbulentlik 2 qüvvənin - ətalət və özlülük qüvvələrinin qarşılıqlı mübarizəsinin nəticəsidir. Ətalət qüvvələri maye zərrəciklərini bir-biri ilə toqquşdurur, özlülük qüvvələri isə zərrəciklərin bir-birinə nəzərən yerdəyişmələrini tormozlamaqla, qeyri-müntəzəm hərəkəti tənzimləməyə çalışır. Ətalət qüvvələri özlülük qüvvələrini üstələyəndə turbulentlik baş verir. Turbulentliyin ən xarakterik əlaməti ondan ibarətdir ki, fəzanın müxtəlif nöqtələrində hərəkət edən mayenin parametrləri – sürətləri, təzyiqləri, sıxlıqları və s. birbirindən fərqli olur.

Hava hərəkətinin sıxlığından və sürətindən asılı olaraq Reynolds ədədini belə hesablamaq olar.

-sıxlıq, C-hərəkət sürəti, L- hərəkətin xarakter miqyası,

-dinamik əmsaldır. Hündürlüyə görə temperaturun, sıxlığın və sürətin dəyişdiyi atmosfer qatında Re ədədi turbulentliyin vəziyyəti dəyişilmir. Yalnız bir kəmiyyət, şaquli istiqamətdə hərəkət daşıyıcısı olan şaquli temperatur qradienti istisnadır. Re ədədi üçün turbulentliyin kritik qiyməti qəbul olunmuşdur. Əgər Re< Rekr-dirsə, onda axın laminar, Re>Rekr olarsa axın turbulent axın kimi qəbul edilir.

Turbulentliyi xarakterizə edən Riçardson ədədinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunur.

Burada =1 olub, temperaturun adiabatik qradienti, T(k) - orta qatın temperaturu, β -külək sürüşməsidir. Atmosfer qatının 500 m hündürlüyündən aşağıda turbulent enerjinin yüksək səviyyəsi xarakterizə olunur. Belə vəziyyət isti və soyuq adveksiya hallarında, nə vaxt ki, Ri<1.0 olur və aşağı buludluğun hesablanması zamanı müəyyən olunub. əksər hallarda 0.4-dən çox olmur.

Turbulentlik zəif, mülayim, güclü və ifrat olmaq klassifikasiya olunur.



 

Zəif turbulentlik zamanı yaranan təkanlarda təyyarənin hündürlüyündə və vəziyyətində heç bir dəyişiklik müşahidə edilmir. Sadəcə olaraq sərnişinlər bel kəmərlərinin azca önə dartılmasını hiss edirlər.

Mülayim turbulentlikdə isə təyyarənin sürətində, vəziyyətində, hündürlüyündə daim dəyişikliklər müşahidə edildiyindən təyyarə pozitiv idarə etmədə olur.

Güclü turbulentlikdə sərnişinlərin bel kəmərləri güclü olaraq önə dartılır. Ən təhlükəsi isə təyarənin ani şəkildə idarəetmədən kənara çıxmasını reallaşdırır.

İfrat turbulentlikdə praktiki olaraq təyyarənin idarə edilməsi qeyri-mümkündür. Bu tip problemlərin uçuş zamanı yaşanması, yaxud qarşısının alınması məqsədilə turbulentlik silkələnməsinin intensivliyinin təyini və proqnozu üçün hesablamalar apararkən ölçüsüz kəmiyyətlər olan Reynolds Riçardson ədələrindən, turbulentlik əmsalından istifadə olunur.

Termik turbulentlik

Relyefə nəzərən turbulentliyin vəziyyəti

Mexaniki Turbulentlik

Oroqrafik turbulentlik

Dinamiki turbulentlik
http://muhaz.org
Yüklə 20,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin