Küləyə təsir edən qüvvələr



Yüklə 20,85 Kb.
səhifə9/10
tarix21.03.2022
ölçüsü20,85 Kb.
#114926
1   2   3   4   5   6   7   8   9   10
Küləyə təsir edən qüvvələr-muhaz.org

Külək sürüşməsi küləyin fəza dəyişkənliyinin xüsusiyyəti olub, fəzanın iki nöqtəsində məsafəyə nisbətən külək sürətlərinin vektor fərqi (və ya qradiyenti) ilə təyin olunur.

yəni, atmosferdə qısa məsafədə küləyin sürət və/və ya istiqamətinin dəyişməsinə külək sürüşməsi deyilir.



Külək sürüşməsinin növləri

Fəzada aralarında külək sürüşməsi təyin olunan iki nöqtənin yerləşməsindən asılı olaraq şaquli və üfüqi külək sürüşmələri fərqləndirilir. Bundan əlavə, eni bir neçə yüz metr olan sahədə şaquli istiqamətdə havanın hərəkəti kimi izah olunan qalxan və enən axınlar da fərqləndirilir.

Güclü külək sürüşmələri müşahidə olunan səciyyəvi şəraitlər aşağıdakılardır:

Güclü topa-yağış buludlarının inkişafı (əsasən şimşək-dolu buludlarının);

Atmosfer cəbhələrinin keçməsi;

Saxlayıcı təbəqələrin yaranması;

Oroqrafiyanın xüsusiyyətləri və ya aerodrom ərazisində tikililər.

Atmosferdə külək sürüşmələrinin yaranma şəraiti

Sürüşmənin nəticəsi və ya mövcudluğunun göstəricisi küləyin şiddətli olmasıdır. Külək sürüşməsi bir qayda olaraq, topa-yağış buludları altında, atmosfer cəbhələri sahəsində, yer səthində inversiya təbəqəsi olduqda, həmçinin dağlıq və sahil ərazilərdə yaranır.

Külək sürüşməsi müsbət və mənfi olur. Hündürlükdə küləyin sürəti yer səthindəkinə nisbətən çox olarsa, küləyin belə paylanması müsbət sürüşmə adlanır. Hündürlükdə küləyin sürəti yər səthinə nisbətən az olarsa, küləyin belə paylanması mənfi sürüşmə adlanır.

Külək sürüşməsinin qiymətləndirilməsinin ədədi kriteriyaları

ICAO şaquli axın əlamətlərinə görə külək sürüşməsinin aşağıdakı kriteriyalarını tövsiyyə edir:



Külək sürüşməsi


Təyyarənin idarə olunmasına təsiri


Hər 30 m məsafədə külək sürüşməsi, m/s ilə


Hər 600 m məsafədə üfüqi külək sürüşməsi,m/s ilə


Qalxan və ya enən axınların sürəti


Zəif

Əhəmiyyətsiz

0…..2,0

0…..2,0

0…..2,0

Mülayim

Əhəmiyyətli


2,1….4,0


2,1….4,0


2,1….4,0


Güclü

Əhəmiyyətli çətinləşir

4,1…..6,0


4,1…..6,0


4,1…..6,0


Çox güclü


Təhlükəli


>6

>6

>6




Yüklə 20,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin