-perennializm fəlsəfəsidir. Bu fəlsəfəni Təhsilin klassik tərifindən əldə etmək çətindir. Perennializm tərəfdarları belə hesab edirlər ki, təhsil də insan təbiəti kimi dəyişilməzdir. İnsanların ən fərqləndirici xüsusiyyətləri insanların səbəblərdən nəticə çıxarmaq qabiliyyətləri kimi, təhsildə də inkişaf edən rasionallıq üzərində fikirlərini cəmləşdirirlər. Perennialistlərə görə, təhsil həyat üçün hazırlıq deməkdir və şagirdlərə strukturlu təhsil vasitəsilə dünyanın quruluşu öyrədilməlidir.
Perennialistlərə görə, real aləm səbəblər dünyasıdır. Bu cür inam və baxış bizə təhsil vəbəzən də dini qanunlar vasitəsilə məlum olur.Xeyirxahlıq (İlahi) anlayışına rasionallığın özündə də rast gəlmək olar.Perennialistlər daha çox yüksək nizamlı təlim və davranışa nəzarət vasitəsilə öyrənilən fənn və nəzəriyyələrə meyl göstərirlər.Perrenialistlər üçün məktəb əsasən əbədi inamları tədris etməklə səbəbləri axtarıb tapmaq üçün mövcuddur.Müəlim izah edir və deyir.Şagird isə passiv resipientdir (qəbul edəndir). Buna görə də həqiqət əbədidir. Məktəb mühitində baş verən bütün dəyişikliklər səthidir.
Perrenialistlərə hesab edir ki, təhsilin məqsədi şagirdləri sivilizasiyanın böyük ideyaları haqqında məlumatla təmin etməkdən ibarətdir. Onlar hesab edilər ki, bu ideyalar istənilən dövrdə problemlərin həlli üçün böyük potensiala malikdir. Əsas diqqət daimi ideyaları, sabit, əbədi olan həqiqətləri axtarmaq, daima müəyyən və mühüm səviyyədə olan təbii və bəşəri dünyalar kimi tədris etməyə istiqamətlənməlidir. Bu dəyişilməz prinsipləri tədris etmək tənqidi xarakter daşıyır. Insanlar düşüncəli varlıqlar olduğundan, onların şüurları inkişaf etdirilməlidir. Beləliklə, intelektin tərbiyələndirilməsi təhsildə ən yüksək prioritetlərdəndir.Tələbyönümlü kurikulum uzunmüddətli nizam-intizam daxilində şagirdin inkişafını məhdudlaşdırmaqla mədəni savadlılığa üstünlük verir. Bəşəriyyətin əldə etdiyi ən yüksək nəaliyyətlər-ədəbiyyat və incəsənət işləri, təbiət elmlərinin prinsipləri və ya qanunları vurğulanır. Bu təhsil fəlsəfəsinin tərəfdarları 1963-cü ildə “Böyük Kitablar” proqramını işləyib hazırlayan Robert Maynard Huçin və sonradan qərb mədəniyyətinə dair 100 böyük kitaba əsaslanan və kurikulumu hazırlayan Mortimer Adler idi.