Motivlərin öyrənilməsi alqoritmi (göstərişlər sistemi)
səhifə 71/242 tarix 10.01.2022 ölçüsü 298,36 Kb. #107538 növü Mühazirə
Motivlərin öyrənilməsi alqoritmi (göstərişlər sistemi):
təlim məqsədlərinin müəyyən edilməsi , dəqiqləşdirilməsi və müvafiq motivlərin təhlili;
motivləşdirmənin yaşlara görə imkanlarının aşkar edilməsi. Bu zaman iki suala dəqiq cavab tapılmalıdır:
məktəblilərdə motivləşdirmənin hansı göstəriciləri inkişaf etdirilməlidir?
şagirdlərin motivləşmə səviyyəsi yaş dövrlərinə , qarşıda qoyulan məqsəd və vəzifələrə nə dərəcədə uyğundur?
motivləşmənin başlanğıc səviyyəsinin aydınlaşdırılması;
hər bir qrupda, yaxud şagirddə üstün motivlərin dəqiqləşdirilməsi ;
motivləşdirmənin fərdi xüsusiyyətlərinin öyrənilməsi;
motivləşmənin dəyişilmə səbəblərinin təhlili ;
zəruri motivlərin formalaşdırılması. Fəaliyyət zamanı məzmunu, tapşırıqları dəyişdirmək, optimal çətinlik dərəcəsinə malik tapşırıqlardan istifadə , yarış və s.;
nailiyyətlərin qiymətləndirilməsi və gələcək fəaliyyətin planlaşdırılması.
Motivləşdirmənin formalaşdırılması üzrə işin gedişini və nəticələrini xüsusi kartda qeyd etmək lazımdır. Kartda aşağıdakı göstəricilərin ilkin səviyyəsi və sonrakı dəyişiklikləri qeyd olunur:
təlimə münasibət;
şagird hansı məqsədi qoyur və necə həll edir ;
motivlər (nə üçün öyrənir);
emosiyalar (öyrənmə həyəcanları);
öyrənmə bacarığı;
təlim səviyyəsi (nəticələri);
öyrənmənin xarakteristikası (potensial imkanları).
Məktəblilərdə öyrənmənin mükəmməl motivləşdirilməsini formalaşdırmaq üçün aşağıdakı şərtlər təmin olunmalıdır:
öyrəniləcək məzmunu şəxsiyyət yönümlü maraqlı materialla zənginləşdirmək;
bütün şagirdlərə - (qabiliyyətli, geridə qalan , bivec) – humanist münasibət yaratmaq.
şagirdlərin idraki maraqlarını təmin etmək;
uşaqların öz aralarında maraqlı ünsiyyətini təşkil etmək ;
təfəkkürü hisslərlə zənginləşdirmək;
hər şeylə maraqlanmaq keyfiyyətini inkişaf etdirmək ;
öz imkanlarını qiymətləndirməyə alışdırmaq;
özünüinkişafa və özünütəkmilləşdirməyə səy göstərməyi formalaşdırmaq;
uşaqların təşəbbüskarlığını hər vasitə ilə dəstəkləmək;
təlimə məsuliyyətli münasibət tərbiyə etmək ;
Dostları ilə paylaş: