Ədəbiyyat siyahısı:
1.A.Hüseynov Məktəbəqədər pedaqogika. Bakı 2000.
2.Ə.Y.Seyidov, Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən. B., «Maarif»1982.
3.Məktəb Pedaqoqikası (ruscadan tərcümə) B. «Maarif»1982.
4.A.Rzayev, B.Əhmədov, Pedaqoqikadan mühazirə konspektləri,B., «Maarif» 1983.
5.N.Kazımov Ali məktəb pedaqoqikası.,B., «Nijat»1999.
AzərbaycanRespublikasınınTəhsilQanunu. Bakı,1992.
N.M.Kazımov, Ə.Ş.Həşimov. Pedaqoqika. Bakı «Maarif»,1996.
N.M.KazımovMəktəbpedaqoqikası, Bakı «Çaşıoğlu»,2002.
Z.QaralovAzərbaycandatəhsilişplanınınəsasları. «Azərbaycanmüəllimi», 21-31 fevral,2001.
Azərbaycan Respublikasında təhsil sistemi dedikdə, ölkəmizdə insanı həyata hazırlayan təlim-tərbiyə müəssisələrinin qarşılıqlı fəaliyyəti sayəsində meydana çıxan böyük bir qurum nəzərdə tutulur. Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Qanunu əsasında idarə olunur.
Təhsil sisteminin əsas məqsədi dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa, praktik hazırlığa, mütərəqqi dünyagörüşünə malik olan, xalqın milli, mənəvi, mədəni dəyərlərinə və bəşəri dəyərlərə dərindən yiyələnən müstəqil və yaradıcı düşünən şəxsiyyət tərbiyə etməkdən ibarətdir.
Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır: fənyönümlü və şəxsiyyətyönümlü.
Dostları ilə paylaş: |