Müəllim və uşaq bağçası tərbiyəçisinə verilən tələblər
Müəllim və uşaq bağçası tərbiyəçilərinə əsas pedaqoji qabiliyyətlərin tətbiq edilməsi
Müəllim və tərbiyəçi xalqımızın müstəqil dövlət quruculuğunda sədaqətlə çalışan ziyalılarımızın ən böyük və ən qabaqcıl dəstəsini təşkil edir. Azərbaycan müəlliminə və tərbiyəçisinə Vətənimizin gələcəyi olan gənc nəslə tərbiyə vermək kimi şərəfli və strateji əhəmiyyətə malik bir iş tapşırılmışdır. Müəllim və tərbiyəçinin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətandaşlar hazırlayır. Öz üzərində işləyən müəllim və tərbiyəçi pedaqoji işdə, eləcə də ictimai həyatda çox fəal rol oynayır. Böyük çex pedaqoqu Y.A.Komenski sinifdə dərs deyən müəllimi şüa saçan günəşə bənzətmişdir. Günəş öz şüası ilə çanlı aləmə həyat verdiyi kimi, müəllim də öz saçdığı bilik şüası ilə gənc nəsli həyata hazırlayır.
Məktəbdə, eləcə də uşaq bağçasında tərbiyə və təlim işinin bütün müvəffəqiyyət və nöqsanları müəllim-tərbiyəçi işinin nəticəsi kimi qiymətləndirilir. Buna görə də müəllim-tərbiyəçi tərbiyə və təlim işində başlıca simadır.
Bəs əsl müəllim və tərbiyəçi necə olmalıdır? Bu suala cavab vermək üçün müəllimlik və tərbiyəçilik işinin professioqramını nəzərdən keçirək.
Professioqram- mütəxəssisin bütövlükdə keyfiyyətlərini təsvir edən modeldir.
Müəllimlik və uşaq bağçası tərbiyəçilik peşəsi məzmununa görə aşağıdakıları əhatə edir.
Həyatda fəal mövqe tutmaq və s.Sosial- psixoloji, şəxsi və etik- pedaqoji işə maraq göstərmək, tərbiyənin cəmiyyətdəki rolunu düzgün dərk etmək və qiymətləndirmək;
Böyüməkdə olan nəslə qayğı ilə yanaşmaq;
Özünə və başqasına qarşı tələbkar, prinsipial və ədalətli, mədəni olmaq, etik normaları gözləmək və s. cəmiyyətimizdə tərbiyə ümumi iş olduğundan bu tələblər müəllimlər və uşaq bağçası tərbiyəçiləri ilə yanaşı, hamıya şamil olunur.
Müəllim və uşaq bağçası tərbiyəçilərinə bəzən elə tələblər tətbiq edilir ki, bunlar aparıcı tələblərdir. Bu tələblərə konstruktiv, kommunikativ. Qnostik və təşkilatçılıq bacarığı daxildir.
Konstruktivtələb aşağıdakıları əhatə edir:
Təlim – tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək, məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə biləcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını əvvəlcədən görə bilmək bacarığı;