Kurs: II fənn: Məktəbəqədər pedaqogika


Mövzu: VI İctimai məktəbəqədər tərbiyənin inkişaf tarixi. Müxtəlif ölkələrdə məktəbəqədər tərbiyənin inkişafı



Yüklə 76,12 Kb.
səhifə21/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Mövzu: VI İctimai məktəbəqədər tərbiyənin inkişaf tarixi. Müxtəlif ölkələrdə məktəbəqədər tərbiyənin inkişafı.

Plan:


  1. Məktəbəqədər tərbiyə ocaqlarının yaranması və inkişaf tarixi

  2. Dünya klassik pedaqoqlarının məktəbəqədər tərbiyə haqqında fikirləri

  3. XIX-XX əsrlərdə məktəbəqədər tərbiyə üzrə görkəmli metodist və pedaqoqlar, onların nəzəriyyələri.

  1. Cəmiyyətin inkişafı və təkmilləşməsi ilə əlaqədar uşaqların məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəsinə böyük ehtiyac duyulmuş və bu haqda ilk fikri utopik sosialistlər söyləmişlər. XIX əsrin II yarısından başlayaraq qadının cəmiyyətdə fəal mövqeyi istehsalatdakı və ailə münasibətlərindəki rolu məktəbəqədər tərbiyə müəssisələrinin təşkilini zəruri etmişdir. Hər tərəfli inkişaf etmiş adamların hazırlanmasında məktəbəqədər tərbiyə ocaqlarının açılması haqda elmi və obyektiv müddəalar bu dövrdə irəli sürülmüşdür. Məktəbəqədər tərbiyənin elementləri hələ bəşəriyyətin başlanğıc mərhələsi olan ibtidai icma quruluşu dövrünə təsadüf olunur. İbtidai icma cəmiyyətində uşaqları həyata hazırlamaq üçün əmək və ovçuluğu əks etdirən primitiv ounlardan istifadə ediblər. Mənəvi tərbiyənin güclü vasitələrindən biri folklor (nağıllar, atalar sözəri) nümunələri əsasında olubdur.

Qədim Yunanıstanda meydana gələn pedaqoji nəzəriyyələrdə məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsindən də bəhs edilir. Qədim yunan filosofu Platon (e.ə. 427-437-ci illər) uşaq tərbiyəsində oyuna yüksək əhəmiyyət vermişdir. Aristotel (e.ə. 384-322-ci illər) məktəbəqədər tərbiyəni şəxsiyyətin inkişafında mühüm mərhələ hesab edirdi. O, 5 yaşından sonra uşağı nağıl və oyunla məktəbə hazırlamağı mümkün hesab edirdi. Məktəbəqədər yaşlı uşaqlar üçün pedaqoji əsərlər yazan Mark Kolsi Kvintilionun (42-118) “Orator tərbiyəsi haqqında” əsəri uşaqların məktəbəqədər dövrdəki tərbiyəsində mühüm rol oynamışdır. Bu əsər bir çox problemi, o cümlədən məktəbəqədər tərbiyəni əhatə edir. Kvintilion uşağı məktəbəqədər dövrdə stematik tərbiyə etməyi irəli sürür.

  1. Pedaqogika elminin əsasını qoyan Yan Amons Komenski (1592-1670) məktəbəqədər yaş dövrünə xüssusi əhəmiyyət vermişdir. O, qeyd etmişdir ki, bu dövrdə uşağın psixi inkişafı surətlənir. Buna görə uşaq ailədə- ana məktəbində uşaq tərbiyə etməyə qabil olan bacarıqlı anadan tərbiyə almalıdır. Komenskinin “Ana qucağı məktəbi” əsəri dünyada məktəbəqədər tərbiyə üçün ilk proqram və metodik vəsait olmuşdur. O, bu dövrdə uşaqların fiziki inkişafının qayğısına qalmağı təkidlə tələb etmişdir.

Komenski məktəbəqədər tərbiyəyə gələcəkdə məktəbə hazırlıq kimi baxmışdır. O, hələ ana qucağında uşaqlara ilkin bilik, müəyyən elementar xarakter daşıyan anlayışlar verməyi irəli sürür. Onun “Ana qucağı məktəbi” 3 əsr bundan əvvəl yazılsa da, məktəbəqədər tərbiyə haqqında nəzəriyyələrin yaranmasında mühüm rol oynamışdır.

Məktəbəqədər yaşlı uşaqların tərbiyəsi üçün böyük İsveç pedaqoqu İohan Pestolotsi (1746-1827) zəngin pedaqoji irs qoyub getmişdir. Pestolotsiyə görə hər bir uşaqda inkişaf üçün zəmin olan təbii imkan var. Təbiətəmüvafiqlik nəzəriyyəsinə uyğun olaraq hər bir uşağın yaşı və fərdi xüsusiyyətləri tərbiyə prosesində nəzərə alınmalıdır. Pestolotsi ilk dəfə olaraq təlim-tərbiyə prosesini uşağın psixi inkişafının qanunlarına uyğun qurmağı irəli sürmüşdür.

Robert Ouen (1771-1858) görkəmli utopik sosialistlərdən biridir. O, fəhlə balaları üçün uşaq bağçası açmağın ilk təşəbbüsçüsü olmuşdur. O, Nyu-Lenarkda (Şotlandiya) kağız fabrikinin müdiri və sonralar həmin fabrikin sahibkarı olarkən fəhlələrin həyatını yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirmiş,iş sistemini aşağı endirmiş, kiçik yaşlı uşaqların işə cəlb olunmasını qadağan etmiş, əmək haqqlarını artırmışdır.

Qərbi Avropada alman pedaqoqu Fridrix Frebelin (1782-1852) məktəbəqədər tərbiyə haqqında nəzəriyyəsi məşhur olmuşdur. O, məktəbəqədər dövrdə oyuna böyük əhəmiyyət vermiş, fiziki və əqli inkişafda onun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Frebel Blankenburq şəhərində “Gəncliyin və uşaqların instinktik fəaliyyətini inkişaf etdirən müəssisə” adlı tərbiyə müəssisəsi açır və 1840-cı ildə onu uşaq bağçası adlandırır. Beləliklə, bütün dünyada qəbul edilmiş uşaq bağçası anlayışını ilk dəfə Frebel işlətmişdir. Frebel diplomatik oyunları sistemə salmış və onların həyata keçirilməsi üçün metodika hazırlamışdır.



  1. XIX əsrin sonu XX əsrin əvvəllərində İtaliyada ictimai məktəbəqədər tərbiyə sahəsində yeni ideaları ilə həkim, psixiatr və pedaqoq Montessori Mariya (1870-1952) xüsusilə fərqlənirdi. O, nəzəriyyələrini ilk dəfə 1907-ci ildə Romada “Ucuz mənzillər cəmiyyəti” yanında 3 yaşdan 7 yaşa qədər uşaqlar üçün açdığı “Uşaq evi” müəssisəsində praktik olaraq həyata keçirmişdir. Montessori əsas pedaqoji ideyalarını 1912-ci ildə nəşr olunan “Uşaq evlərində tətbiq olunan elmi pedaqogikanın metodları” adlı əsərində şərh etmişdir.

Rusiyada isə ilk uşaq bağçası XIX əsrin 60-cı illərində yaranmışdır. O, az miqdarda olsa da pullu idi. Bu tərbiyə ocaqları Frebel nəzəriyyəsi əsasında qurulmuşdur. Ümumiyyətlə Rusiyada uşaq bağçalarının inkişafı ləng getmişdir. 1917-ci ilə kimi Rusiyada cəmi 280 uşaq bağçası olmuşdur ki, onun 250-si pullu idi.

XIX əsrin 60-cı illərində ictimai- pedaqoji hərəkatın görkəmli nümayəndəsi olan Semyonovna Simonoviç (1840-1933) əri ilə İsveçrədə uşaq bağşalarının işi ilə tanış olduqdan sonra 1866-cı ildə Peterburqda ziyalı ailəsi uşaqları üçün pullu uşaq bağçası açır və “Uşaq bağçası” jurnalının nəşrinə başlayır. Ona görə uşaqlar 3 yaşa kimi evdə anasının yanında tərbiyə almalı, 3 yaşdan 8 yaşa kimi isə uşaq bağçalarında tərbiyə almalıdırlar.

Yelizaveta İvanova Tixeyeva (1867-1943) məktəbəqədər tərbiyə ilə 1907-ci ildən məşğul olmuşdur. O, özünün “Ana dili və onun inkişaf etdirilməsi yolları”, “Müasir uşaq bağçaları, onun əhəmiyyəti və təchizi”, “Romada uşaq evləri, onların nəzəriyyəsi və praktikası” və s. əsərlərində uşaq bağçası nəzəriyyələrinə münasibət bildirmiş, Montessori nəzəriyyəsini tənqid etmişdir. Azad tərbiyə nəzəriyyəsinin əksinə olaraq Tixeyeva proqram üzrə məşğələlərə üstünlük vermiş, özünəməxsus plan hazırlamış və təlim-tərbiyə üçün yeni metodlar işləmişdir.


Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin