Kurs: II fənn: Məktəbəqədər pedaqogika


Mövzu: IX 3 yaşından 6 yaşınadək olan uşaqların tərbiyəsinin



Yüklə 76,12 Kb.
səhifə24/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
Mövzu: IX 3 yaşından 6 yaşınadək olan uşaqların tərbiyəsinin

xüsusiyyətləri

Plan:


  1. 3-6 yaş dövründə uşaqların xarakterik xüsusiyyətləri

  2. Məktəbəhazırlıq qrupunun yaş xüsusiyyətləri və həmin qrupda aparılan işin məzmunu

  1. Məktəbəqədər yaşlı uşaqların bağça dövrü 4 qrupa bölünür.

  1. III yaş dövrü- kiçik qrup;

  2. IV yaş dövrü- orta qrup;

  3. V yaş dövrü- böyük qrup;

  4. VI yaş dövrü- məktəbə hazırlıq dövrü.

Hər qrupa daxil olan uşaqların özünəməxsus yaş xüsusiyyətləri olduğu kimi, hər bir uşağı başqalarından ayıran fərdi xüsusiyyətləri də vardır. Bu yaş insan şəxsiyyətinin inkişafında və təşəkkülündə çox mühüm bir dövrü əhatə edir. Bağça yaşlarında uşaq orqanizminin daha da möhkəmlənməsinə, inkişafına, həmçinin onun zehni, əxlaqi, fiziki və estetik tərbiyəsinə ciddi diqqət verilir. Uşaq bağçasında uşaq tərbiyəsini həyata keçirmək üçün aşağıda qeyd olunan məsələlərə ciddi əməl edilməlidir:

  1. Uşaqların sağlamlığı qayğısına qalınmalı, bağçada bütün şərait və rejim gigiyenik səhiyyə tələblərinə müvafiq surətdə təşkil olunmalı, oyunlar keçirilməli, fiziki təmrinlər yerinə yetirilməlidir.

  2. əyləncəli oyunlar və məşğələlər, bədii söz, musiqi, nəğmə, təbiətə ekskursiyalar və gəzintilər, ətraf həyatla tanışlıq vasitəsilə uşaqlar zehni və bədii cəhətdən tərbiyə edilməlidirlər;

  3. oyun prosesində və əmək tapşırıqlarının icrasında gücləri çatan qədər iştirak etməklə uşaqlara mütəşəkkillik, özünü kollektivdə aparmağı, birlikdə oynamağı bacarmağı öyrətmək lazımdır;

  4. uşaqların başa düşəcəyi maraqlı misallarla onlarda müstəqil Azərbaycan dövlətinə, xalqımıza, Vətənimizə dərin məhəbbət, düşmənlərimizə isə kəskin nifrət hissi tərbiyə olunmalıdır.

Uşaq bağçası bu vəzifələri yerinə yetirməklə uşaqları məktəbə hazırlayır.

  1. 6 yaşlı uşağın fiziki inkişafında böyük dəyişikliklər əmələ gəlir. Onun skeletində kalsium duzları artsa da, hələ sümüyün tərkibində elastiklik çox olur. Bu dövrdə uşaqlarda raxit xəstəliyi sümüyün normal inkişafına mane ola bilər. çox vaxt bu, təbii işığın az olmasından və rütubətdən baş verir.

Bu dövrdə uşağın boyu və çəkisi surətlə artır (çəkisi 14 kq-dan 22 kq-a qədər, boyu isə 92 sm-dən 116 sm-ə qədər). Uşağın fiziki qüvvəsinin artması ona bir sıra yüngül məişət işlərində iştirak etməyə imkan verir. Kiçik yaşlı uşağın orqanizmində maddələr mübadiləsi çox güclü getdiyindən güclü qida tələb edir. Yaşlı adamın orqanizmi orta fiziki işdə 1 kq çəkiyə 40-45 kilo kalori enerji tələb edirsə, məktəb yaşına çatmamış uşaq üçün 1 kq çəkiyə 80-85 kilo kalori lazımdır.

Bağça yaşı dövrünün axırında uşağın xarıcı üzvlərinin inkişafı anatomik-fiziki cəhətdən tamamlanmamış olur. Lakin görmənin, eşitmənin, lamisənin inkişafı üçün daha artıq sensor hiss üzvlərinə hələ diqqətli qayğı tələb olunur. 6 yaşlı uşaqlar görmə, eşitmə, lamisə duyğuları və qavrayışların inkişafı nəticəsində, əşyaları rənginə, formasına, iriliyinə görə ayırd edir, onlarda kələkötürlülük və hamarlıq kimi keyfiyyətləri müqayisə etmək bacarığı yaranır.

O hər şeyi öyrənməyə can atır və nitqində tez-tez “nə üçün?” sualı mühüm yer tutur. Təfəkkürlə paralel uşaqda nitq də inkişaf edir. Uşaq danışmağı ətrafındakı adamlardan öyrənir. Bu yaşda uşaqlarda böyük söz ehtiyyatı toplanır. 6 yaşında uşaq artıq bütöv cümlələrlə sərbəst danışır və rabitəli nitq qurmağa başlayır.

Bağça yaşlı uşağın yaddaşı hələ ixtiyari deyildir. O uzun müddət ixtiyari olaraq müəyyən bir fikri öyrənə bilmir, lakin nitqi, asanlıqla başa düşülən fikirləri, nağılları çətinlik çəkmədən yadda saxlaya bilir. Məktəbəqədər yaşlı uşaqlarda diqqət də əsasən qeyri ixtiyari xarakter daşıyır. O çox davamsız və asanlıqla yayılır. 3-6 yaşlı uşaqların təxəyyülü çox canlı və parlaq olur. Təxəyyül əsasən uşağın oyunlarında təzahür edir ki, bu yaşda uşağın da əsas fəaliyyəti elə oyunlardan ibarət olur.

Məktəbə hazırlıq qrupunun uşaqlarında inad göstərmək, qorxuya qalib gəlmək, başqalarına xoş gəlmək üçün şəxsi istəyindən keçmək (məsələn, ana xəstə yatarkən şüurlu şəkildə oyundan əl çəkmək) kimi iradi keyfiyyətləri inkişaf etməyə başlayır. Beləliklə, uşaqlarda xarakterin əmələ gəlməsi üçün bu yaşda bünövrə qoyulmağa başlayır.


Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin