3. Şəxsiyyətin sosiallaşmasının psixoloji mexanizmləri
Şəxsiyyətin formlaşması mexanizmi və prosesi psixologiyada «sosializasiya» anlayışı vasitəsilə açıqlanır. Sosializasiya-prosesdir, onun vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: simvolları, mənaları, sərvətləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında (sosializasiyanın gedişində) sosial keyfiyyətlərin, əməllərin, bacarıqların formalaşması baş verir, bunların sayəsində insan sosial qarşılıqlı əlaqə və qarşılıqlı təsirin səlahiyyətli iştirakçısı olur. Başqa sözlə sosializasiya sosial «Mən» in inkişafı prosesidir.
Psixologiyada və pedaqogikada uşaq tiplərinin təsviri, əsasən, XIX yüzilliyə təsadüf edir. XX yüzilliyin də öz uşaq tipləri olub, Məmməd Tağı Sidqinin əsrin əvvəllərində psixoloji əlamətlərlə təsvir etdiyi müxtəlif uşaq tipləri hələ kifayət qədər öyrənilməsə də, Azərbaycan psixoloji-pedaqoji fıkrinin fərəhli hadisəsidir. Müasir dövrün də öz uşaq tipləri var. Onlar, hələ tipoloji baxımdan sistemli şəkildə təsnif olunmamış həmin tiplər XX yüzilliyin ağıl ölçüəri ilə mənalandırılır.
Akselerant uşaqlar təkcə öz bilik səviyyəsi ilə seçilmirlər. Onlarm ağıl səviyyəsi, intellekt səviyyəsi yüksəkdir. Akselerant uşaqlarm müxtəlif hadisələri təhlil edərkən əsaslandıqları məntiqi ölçülərə, verdikləri köklü suallara diqqət yetirsəniz, bu cəhəti dərhal görərsiniz. Onların məntiqi ölçüləri çox güclüdür: yaşları artdıqca hər şeydə daha çox dəlil-sübuta arxalanırlar. Mübahisə etməyi, öz fikirlərini və qənaətlərini əsaslandırmağı xoşlayırlar. Akselerant uşaqlar, necə deyərlər, yerin altını da bilirlər, üstünü də. Böyüklər üçün yazılmış kitabları oxuyurlar. VII- XI sinif şagirdlərinin böyük əksəriyyəti (60-70 faizi) özlərinin elm və texnika üzrə idrak maraqlarmı müəllimlərdən aldıqları informasiyalar vasitəsilə deyil, elmi-kütləvi ədəbiyyat, radio və televiziya hesabma təmin edirlər. Onlar təkcə şəxsi məsələlərlə deyil, həm də siyasi, sosial və dini məsələlərlə yaxmdan maraqlanırlar. Yaşlarına uyuşmayan ağıllı baxışları ilə ətrafdakı adamları heyrətləndirirlər. Adam içində özlərini müdrik aparırlar. Oturanda da, duranda da həddindən artıq təmkinli görünürlər. Ağıllı mühakimələri ilə diqqəti cəlb edirlər. Müəllimə ağıllı suallar verirlər və onların çox vaxt cavabından razı qalmırlar. Elmi-kütləvi ədəbiyyat oxuyurlar.
Ağır şəraitdə, məsələn, amansız və qəddar ögey ananm, hətta xalasmın və ya əmisinin himayəsində yaşayan, əslində isə qulluqçuluq edən, səhərdən axşamacan ev təmizləyən, uşaq saxlayan, qab-qacaq yuyan bəzi yetim uşaqlarm əlverişli şəraitdə psixi inkişafmm ləngiməsini təsadüfı saymaq olarmı? Səhərdən axşamacan ancaq ailənin təsərrüfat həyatı ilə yaşayan, uşaqların təhsilini dəyərləndirməyən ata-ananm təhriki ilə bağda-bostanda işləyən, alverə qurşanan uşaqlarm bir çoxu birtərəfli inkişaf edir.
Bu faktlan, şübhəsiz ki, xətti (mexaniki.) determinizm ölçüləri ilə təhlil etmək də düzgün olmazdı. Eyni ailədə böyüyən iki uşaq təsəvvür edək: ailənin intellektual səviyyəsi çox aşağıdır, ananm və atanm verbal inkişaf səviyyəsi də qə- dərincə deyil. Ancaq uşaqların biri, tutaq ki, öz şəraitindən razıdır, yeyir-yatır, qarm tox olanda yadma heç nə düşmür. O, biri qardaşsa kosmosla maraqlanır, texniki dərnəklərə gedir, konstruktor olmaq istəyən uşaqlarla dostluq edir... Qardaşların ağıl dünyası öz-özünə haçalanır: biri akselerant məziyyətləri ilə seçiləndə, o biri reterdant ölçülərinə yaxınlaşır. Uşağm öz mühitindən, öz imkanlarmdan necə istifadə etməsi, bir şəxsiyyət kim aktivliyi və s. onun psixi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir.
İnfantil uşaqlarm psixoloji portretini də bu boyalarla təsvir etmək düzgün olardı. Psixologiyada infantil anlamının özünəməxsus evristik mənası var. Əgər yeniyetməlik və ya böyük məktəbli yaşmda şagird özünün müəyyən psixi key- fıyyətlərinə görə öz həmyaşıdlarma bənzəmirsə, daha çox, tutaq ki, kiçik məktəblini xatırladırsa, bu zaman onlara infantil yeniyetmələr və ya bö- yük məktəblilər deyirlər. İnfantil latın sözüdür, infantilis - körpəyə, uşağa məxsus deməkdir.
Dostları ilə paylaş: |