Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Valideynlər arasında aparılan psixoloji maarifləndirmə işinin məzmunu və formaları



Yüklə 147,85 Kb.
səhifə39/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   35   36   37   38   39   40   41   42   ...   117
2. Valideynlər arasında aparılan psixoloji maarifləndirmə işinin məzmunu və formaları.

Məktəb psixoloqunun valideynlərlə işi bir neçə istiqaməti əhatə edir. Uşaqların, şagirdlərin ailələri ilə sıx əməkdaşlıq və qarşılıqlı inam şəraitində işləmək üçün praktik psixoloq ilk növbədə, xeyirxah məsləhətçi rolunda çıxış etməli, ailənin daxili işlərinə fəal müdaxilə etmək cəhdlərindən uzaq olmalıdır. Psixoloq valideyn yığıncaqları və ailələrə getmək yolu ilə uşaqların aktual problemlərinin həll edilməsində valideynlərin yaxın həmkarı olmalı, maarifləndirmə və məsləhətvermə sahəsində görəcəyi işləri konkret olaraq irəlicədən planlaşdırmalıdır. Psixoloq uşaqların hüquqlarının müdafiəçisi olsa da, övlad-valideyn ünsiyyəti ilə bağlı yaranan problemlərin həllində ən fəal iştirak etməli, zəruri hallarda valideynlərə psixoloji dəstək verməlidir.

Məktəb psixoloqu özünü peşəkar fəaliyyətinin bütün istiqamətlərində valideynlərlə birgə fəaliyyətin zəruriliyini daim diqqət mərkəzində saxlanmalıdır. Bu zərurət ilk növbədə inkişafın sosial situasiyasının formalaşdırılmasında valideynlərin rolu ilə bağlı meydana çıxır. Uşağın lap kiçik yaşlarından əhatə olunduğu yaşlılarla ünsiyyəti onun normal inkişafının zəruri şərtidir. Bu ünsiyyət prosesində uşağı əhatə edən xarici sosial strukturların təsiri onun şəxsiyyətinin daxili strukturlarının formalaşmasında mühüm rol oynayır.

Ailə mühitinin mənəvi-psixoloji cəhətdən qeyri-sağlam olması, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin qeyri-adekvatlığı uşağın koqnitiv və sferası ilə yanaşı ünsiyyət sferasının formalaşmasına da mənfi təsir göstərir. Çox vaxt qeyri-sağlam təsirlər və həyat tərzi müxtəlif psixi pozğunluqların, normadan kənara çıxma hallarının və şəxsiyyətin disharmoniyasına (harmonik inkişafının pozulmasına), səbəb olur, aşağı özünüqiymətləndirmənin və aqressivliyin yaranma səbəbi kimi özünü göstərir. Valideynlərin uşaqlara qeyri-normal yaşanma tərzi bu onların şəxsiyyət keyfiyyətlərindəki əlverişsiz əlamətlər: prinsipiallıq, hədsiz tələbkarlıq, səbirsizlik, yüksək iddialılıq, eqosentrizm, tez-tez təkrarlanan nevrotik hallar, affektivlik (qışqırmaq, hədə, söyüş və s.) uşağı hər bir göstərişi sözsüz yerinə yetirməyə tə hrik etmə, uşaqlara qarşı inamsızlıq emosional kütlük və introvertlik kimi xüsusiyyətlər onlarla valideynlər arasında qarşılıqlı sevgi və etibarın itməsinə gətirib çıxarır. Ailədə uşaqlarla qarşılıqlı münasibətin tez-tez pozulması fonunda onlara güclü psixoloji xəsarət dəymiş olur, nevrotik reaksiyaların yaranmasının katalizatoruna çevrilirdi.

Psixoloji tədqiqatlar müəyyən etmişdir ki, ailədaxili münasibətlərin pozulmasının əsas səbəbləri aşağıdakılardır:


  • ailənin saxlanması və uşaqların sağlamlığının qorunmasında valideynlərin məsuliyyəti öz üzərinə götürmək istəməməsi;

  • uşaqlarda valideynlərdən birinin temperament xüsusiyyətləri və xarakter əlamətlərinin olmasının digər valideyn tərəfindən qəbul edilməməsi qarşılıqlı isti münasibətin olmaması;

  • şübhə arvadlıq münasibətlərində uzunmüddətli stresin nəticəsi olaraq valideynlərdən birində və ya hər 2-sində ümumi energetik potensialın zəifləməsi və sinir və proseslərinin gücdən düşməsi;

  • valideynlərin qeyri-ixtiyari olaraq keçmişdə baş vermiş günah, qorxu və inciklikləri tez tez xatırlaması;

  • dalğınlıq, depressiya və nevrozların nəticəsində sinir proseslərinin keçirilməsindəki çətinliklər;

  • valideynlərdən birinin nevrotik pozğunluğa düçar olması nəticəsində ailədə emosional əlaqələrin itirilməsi və tez tez baş verən münaqişələr.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin