Aqressiv uşaqlarla psixokorreksiya işinin xüsusiyyətləri.
Uşaqlarda müşahidə olunan davranış pozğunluqları sırasında aqressivlik, coşqunluq, hiperaktivlik, utancaqlıq və qorxaqlıq kimi simptomlar mühüm təsirə malikdir.
Aqressiv davranış, məktəbəqədər yeniyetmə yaşlı uşaqların davranışında müşahidə olunan ən geniş yayılmış davranış qüsurlarından biridir. Belə davranışın əsas motivini istəyə daha tez və səmərəli üsulla çatmaq niyyəti edir.
Aqressiya və aqressivlik nəzəri planda kifayət qədər dərindən öyrənilmiş bir hadisədir. Məktəbəqədər müəssisələrdə və məktəblərdə işləyən praktik psixoloq üçün belə davranışını, 3 əsas cəhətini bilmək zəruridir:
aqressiya (aqressivlik) nədir;
onun təzahürünün mümkün səbəbləri hansılardır;
onu necə korreksiya etmək olar.
Aqressiya cəmiyyətdə insanların mövcudluğu və birgə yaşayışın təmin edən norma və qaydalara zidd, motivləşmiş, destruktiv davranışdır. Onun əsasında canlı və cansız obyektlərə hücum etməklə ziyan vurmaq adamlara fiziki və mənəvi xəsarəti yetirmək, onlarda psixoloji diskomfortun yaranmasına səbəbkar olmaq durur.
Aqressivlik, aqressiyaya hazırlıqla müşayət olunan psixoloji vəziyyətdir. Uşaq və yeniyetmələrdə belə davranışın yaranması bir sıra amillərlə bağlıdır:
uşağın ailədə tərbiyə üslubu (hiper və ya hipo);
uşağa zorakılıq səhnələrinin nümayiş etdirilməsi və ya buna şəraitin yaradılması;
Ailədəki qeyri -sabit sosial -iqtisadi vəziyyəti;
insanın özünün sinir sistemi tipindən asılı olan fərdi xüsusiyyətləri, (davranışda impulsivlik, fəal ləngimənin aşağı səviyyədə olması);
ailənin sosial mədəni statusunu aşağı olması və s.
Aqressiv uşaqlarla psixokorreksiya işinin qarşısında aşağıdakı vəzifələr durur:
başqa adamın vəziyyətini anlamaq bacarığının inkişaf etdirilməsi;
öz emosiyalarını sosial cəhətdən qəbul edilən həddə idarə etmək və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi;
gərginliyi zəiflədilməsi üsullarının öyrədilməsi;
ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi.
Dostları ilə paylaş: |