Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Hiperaktiv uşaqlarla aparılan psixokorreksiya işinin məzmunu



Yüklə 147,85 Kb.
səhifə75/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   71   72   73   74   75   76   77   78   ...   117
Hiperaktiv uşaqlarla aparılan psixokorreksiya işinin məzmunu.

Hiperaktivlik (hiperativliklə diqqətin çatışmazlıq sindromu) impulsivliyi və dalğınlığı dağ almağı normal olmayan uşaqlar üçün səciyyəvi olmayan təzahürlərdən biridir. Belə uşaqlar bir qayda olaraq hər hansı bir obyekt üzərində bir diqqətlərini az və ya çox müddət cəmləşdirməyi bacarmır, qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmir, onun icrasında ehtiyatsızlığa yol verirlər. Onların iş üzərində məhsuldar fəaliyyəti olduqca aşağı olur, tez tez dalğınlığa qapılırlar. Hiperaktiv uşaqların əqli fəaliyyəti dövrü olması ilə səciyyələnir: onlar 5-15 dəqiqə məhsuldar işləyir, bundan sonra onların beyni 3-7dəqiqə istirahə edir, sonrakı iş üçün zəruri olan enerjinitoplayır. Belə uşaqları dalğınlıq diqqətin pozulması, səbəbsiz baş verir.

Uşaqlar hiperaktivliyi doğuran mümkün səbəblərə aşağıdakıları aid edilir:



  1. Perenatal patologiya (toksikozlar, anada xroniki xəstəliklərin kəskinləşməsi, infeksion xəstəliklər, qarın sahəsində xəsarətlər, böyük dozada alkoqol və nikotin qəbulu, rezus-faktorun immunoloji uyğunsuzluğu, hamiləlikdən azad olma cəhdləri və s.)

  2. Doğuşun kəskin keçməsi (doğuşun vaxtından əvvəl və ya gec olması, doğuşun stimullaşdırılması (inyeksiyalar), dölün düzgün olmayan vəziyyəti, daxili qanaxma);

  3. Psixososial (ailədə tərbiyə üslubu).

Hiperaktiv uşaqlar yaşlıların tələblərinə məhəl qoymur, onlara müavinət göstərirlər. Belə uşaqlarla korreksiya işinin təşkilində onların aşağıdakı bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində olmalıdır:

  • diqqətin konsentrasiyasının inkişaf etdirilməsi;

  • başlanmış işin sona çatdırılması bacarıqlarının inkişaf etdirilməsi;

  • Öz hərəkətlərinə nəzarət etmək bacarıqlarının formalaşdırılması;

  • əzələ gərginliyinin aradan qaldırılması;

  • emosional gərginliyi nəzarətdə saxlamaq və tənzim etmək bacarıqlarının inkişaf etdirilməsi;

  • Yaşlılar və həmyaşıdlarla qarşılıqlı münasibətlərin repertuarının genişləndirilməsi.


  1. Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin