Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004
Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov. Pedaqoji texnologiyalar. Bakı, 2006.
İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.
Çağalıq və körpəlik dövründə fiziki və psixi inkişafın xüsusiyyətləri.
Uşaqlarda sinir sisteminin inkişaf xüsusiyyətlərinin öyrənilməsi uşaq psixologiyası elmi üçün əhəmiyyətlidir.Beyin psixikanın maddi substratı olduğuna görə,uşaqlarda sinir psixi fəaliyətin inkişaf dinamikasını izləmək olduqca vacibdir. Körpənin həyatının ilk 10-14 günləri ərzində anadangəlmə qida refleksləri əsasında ilk şərti reflekslər formalaşır. Bu prosesdə şərti qıcıqlandırıcılar rolunda mürəkkəb taktil-proprioseptiv qıcıqlandırıcılar iştirak edir. 3-cü aydan etibarən görmə qıcıqlan dırıcılarının təsiri altında müsbət şərti reflekslər əmələ gəlir. Fizioloqlar yeni doğulmuş körpənin ilk şərtsiz refleksləri sırasında onun orqanizminin əsas sistemlərinin ( tənəffüs, qan dövranı ) işini təmin edən 1sıra reflekslərin adlarını çəkirlər. məs. iynə vurarkən körpədə dərinin sərtləşməsi, güclü işıq selinin təsiri ilə gözlərin yumulması kimi müdafiə refleksləri müşahidə olunur. 2aya qədər uşaqlarda müdafiə reflekslərinin sırasında qıcıqlanma refleksinin adını çəkmək olar. Bu qorxu zamanı ananın qucaqlama formasında formasında təzahür edir. Həyatın ilk günlərində uçaqda Robinzon refleksi adlanan ovuciçi refleks də müşahidə olunur. Psixoloqlar buna yapışma və ya “ meymun” refleksidə adlandırır. Babin refleksi adlandırılan ayaqaltı refleksdir ki, 2yaşadək müddət ərzində müşahidə olunur. Uşağın ayağının altını küt1şeylə qıcıqlandırdıqda onun ayaq barmaqları aralanır.
Uşağın orqanizmi ilə xarici mühit arasında ən sadə qarşııqlı təsir forması məhz anadangəlmə və ya ilk şərtsiz reflekslərdir. Bunlar mərkəzi sinir sisteminin (onurğa beyin və böyük yarımkürələrin qabıqaltı hissələri) ibtidai hissələrinin funk siyalarından ibarətdir. Məhz bu hissələr arasında daimi sinir əlaqələri mövcuddur. Bu vəya digər qıcıqların müvafiq reseptorlara təsiri ilə körpədə əmmə, sıxma, itələmə kimi reaksiyalar büruzə verir. Körpəlik dövründə ilk şərtsiz reflekslərdən bələdləşmə refleksinin xüsusi əhəməiyyəti vardır. Bu refleks uşağın bütün psixi inkişafı prosesində özünün idraki məzmunu ilə fərqlənir. Onun ilkin və elementar forması uşağın nəzərlərinin əlvan, parlaq əşyalara doğru yönəlməsində ifadə olunur. Fizioloqların “ Ataviristik ” reflekslər adlandırdıqları reflekslər müşahidə olunur. Bu əşyaların ağıza aparma formasında özünü göstərir.
Psixoloqlar uşağın emosional sferasında yaranan sintetik hərəkətləri “ Can lanma kompleksi ” adlandırırlar. Bu fenomen ilk dəfə N.M.Selivanov tərəfindən ötən əsrin 20-ci illərində kəşf olunmuşdur. O canlanma kompleksində 4 əsas komponenti qeydə almışdır;
1—Görmənin mərkəzləşməsi;
2—Təbəssüm;
3—Hərəki canlanma;
4—Vokalizasiya(qırıq-qırıq səs çıxarma)
Körpəlik dövrünün sonunda uşağın hərəki fəallığının artması zəminində ele mentar manipulyasiyadan əşyaların funksional,həqiqi xüsusiyyətlərinin müəy.edil məsinə yönəlmiş əşyavi fəaliyyətə keçid prosesi,onların ğqli inkişafının,əyani-əməli təfəkkürünün formalaşmasına geniş imkanlar açır.Uşaqların əşyalarla 1başa qarşılıqlı münasibəti əşyavi qavrayışın inkişafına təkan verir,onların şəxsi təcrübəsini zənginləşdirir.
Uşaqda hərəki fəallığın(motorika)inkişafı körpəlik dövrünün sonunda ayaq üstə yerimə,müstəqil yerdəyişmə formasında özünü göstərir.5—6aylıqdan başlaya raq hərəki vərdişlər sürətli 1tempdə inkişaf edir.Əllərin və ayaqların sensor cəhətdən əlaqələnmiş hərəkətləri sonradan uşağın idrak və intellektual qabiliyyətlə rinin formalaşmasında önəmli rol oynayır.Tutma,sıxma,əlləşdirmə kimi manipulya tiv hərəkətlər artıq 3-4aylıqda əli əşyalara tərəf uzatma,yapışma,dartma kimi hərə kətlərlə möhkəmlənmiş olur. 6aylıqda o,yaşlıların köməyi ilə, 8aylıqda isə sərbəst oturmaq imkanına sahib olur. 11aylıqda uşaq sərbəst ayaq üstə durmağa 12aylıqda yaşlıların əlindən tutmaqla yeriməyə, 13aylıqda isə sərbəst yeriməyə yiyələnmiş olur.
Bu yaşda uşaqlarda müəyyən psixoloji xüsusiyyətlər də özünü göstərir: duyğu, qavrayış, hafizə, nitq inkişaf edir. İdrak maraqları artır, uşaq hər şeyi öyrənməyə can atır, böyüklərə çoxlu suallar verir.
Məktəbəqədər yaşlı uşağın iradəsi zəif olur: onda yamsılama güclüdür, təsir altına tez düşür. Yaşlıların, xüsusən valideynlərin müsbət nümunəsi, sözü onun üçün böyük əhəmiyyət kəsb edir. Oyun, idman, əmək, rejim iradəni möhkəmlətməkdə, çətinlikləri aradan qaldırmaqda kömək göstərir.
3-6 yaşlı uşaqların hissi-emosional aləmi zəngin olur. Onlar şən oyunları, əyləncələri, nağıl və yumoru xoşlayırlar. Onların təsiri ilə uşaqlarda əxlaqi-estetik hisslər formalaşır.
Bu yaşda uşaqlarda xarakterin bünövrəsi qoyulur. Uşağı hədsiz dərəcədə əzizlədikdə, ona daim güzəştə getdikdə, yersiz (şıltaq) tələblərini ödədikdə onda eqoizm, şıltaqlıq, kobudluq, ərköyünlük, dəcəllik baş qaldıra bilər. Bunun qarşısını almaq üçün uşağa qarşı hörmət və tələbkarlığı uzlaşdırmaq lazımdır.
Uşaqlarda qabiliyyətlərin ilk əlamətləri özünü büruzə verir (musiqi duyumu, rəsm, rəqs və b.). Onları vaxtında aşkara çıxarmaq və inkişafı üçün qayğı göstərmək vacibdir.
3 yaşda uşaqlarla böyüklərin münasibətlərində müəyyən çətinliklər yaranır: uşaq müstəqilliyə can atır, hər şeyi özü sərbəst etmək istəyir ("Mən özüm"), valideynlər isə onun müstəqilliyini məhdudlaşdırır, çox şeyi qadağan edirlər. Uşaq tərslik edir, hər şeyi tərsinə etməyə çalışır. Bununla da o, böyüklərin tələblərinə öz neqativ münasibətini bildirir. Psixoloqlar bunu "3 yaşın böhranı" adlandırırlar. Valideynlər uşağa müəyyən sərbəstlik verməli, onu müxtəlif növ oyunlara cəlb etməli, onunla birlikdə oynamağa çalışmalıdırlar.
Məktəbəqədər yaşda əsas fəaliyyət növü oyundur. Uşaq oyunlarına rəhbərlik zamanı diqqət yetirmək lazımdır ki, oyun təkcə əylənmə vasitəsi olmasın; uşaq oyunda həyatı öyrənsin, tərbiyə olunsun və psixi cəhətdən inkişaf etsin.
4. Körpəlik dövründə psixoloji müayinənin keçirilməsinə verilən tələblər. İlkin ontogonezdə,məktəbəqədər yaş dövründə uşaqların psixi inkişafının diaqnostik göstericilirinin aşkara çıxarılması psixodiaqnostika təcrübəsində çox çətin , həm də olduqca əhəmiyyətli bir problemdir. Uşaqların psixodioqnastikası onların psixi vəziyyətinə ixtisaslı bxış və onların psixoloji müayinəsi deməkdir.
Uşaqlarda fərdi xüsusiyyətlərin psixoloji diaqnostikasını artıq körpəlik dövründən başlamaq lazımdır. Körpəlik və erkən uşaqlıq dövrü yalnız sensomotor,idrakı, nitq sahəsinin intensiv inkişafı ilə deyil ,həm də özünüqiymətləndirmə , xarakteristerin bəzi əlamətlərinin təşəkkülü ilə səciyyələnir. Bu yaş dövründə psixoloji müayinənin əsas məqsədi psixi inkişafın gedişinə nəzarətin və normadan kənara cıxma hallarının vaxtında aşkar edilməsi zərurəti ilə bağlıdır.
İnkişaf etmiş xarici ölkələrin bir çoxunda körpə və erkən yaşlı uşaqlarla psixoloji müayinənin keçirilməsi məqsədi ilə çoxsaylı metodikalardan istifadə olunur. Bunların sırasında Gezellin inkişaf cədvəlləri, Leşlinin inkişaf şkalası, Uşaqların inkişafının Beyen şkalası, R.Kettel tərəfindən işlənilmiş Uşağın inkişaf şkalası, C.Feqanın hazırladığı Körpənin intellekt testi mühüm yer tutur.
Uşaqlarla psixoloji müayinənin aparılmasında bir sıra çətinliklər özünü biruzə verir. Qeyd etmək lazımdır ki, kişik yaşlı uşaqlar eksperimentator ilə emosional kontaktlara heç də asan qoşulmur, verilmiş tapşırıqları təlimata uyğun icra etməkdə çətinlik çəkirlər. Ona görə də, uşaqla münasibətdə optimal kontakt yaratmaq, tapşırığın icrası üçün uşağın fəaliyyətini motivləşdirmək olduqca zəruri şərtdir. Bir yaşlı uşaqları psixoloji müayinəyə cəlb etmək üçün onıarın diqqətini əlvan, parlaq əşyalara yönəltmək lazımdır. Bir qədər böyük uşaqların müayinəsində isə onları müxtəlif tapşırıqlar daxil edilmiş ümumi sujetli oyuna cəlb etmək məqsədəuyğundur. Bu məqsədlə oyuna müxtəlif personajlar daxil edilir və guya onlar üçün “ev tikmək”, “körpü, qatar düzəltmək” lazım gəldiyi uşaqlara bildirilir.
1-2 yaşlı uşaqlar yad adamlardan qorxduqlarına və bu, tədqiqata mane olduğuna görə, onları ananın dizləri üzərində oturtmaq lazımdır. İki yaşından yuxarı uşaqlar isə eksperimental situasiya, eksperimentatorun onlara verdiyi oyuncaqlarla təcrübəyə çox asanlıqla qoşulurlar. Bu zaman ananın iştirakına ehtiyac qalmır.
Təcrübə adətən müvafiq yaş qrupuna aid olan ən asan tapşırıqlardan başlanır. Sonra uşağa tədricən çətinliyi artırılmış yaddasaxlamaya, tanımaya, diqqətə, həmçinin ümumiləşdirməyə və s. aid tapşırıqlar vermək olar.
Uşaqda dalğınlıq, yorğunluq halları yarandıqda işə vermək, uşağı əyləncəyə cəlb etmək və sonra eksermenti davam etdirmək mümkündür. Təcrübə zamanı uşaqla xoş rəftar edilməli, hər bir tapşırığa qarşı onda maraq yaradılmalı və darıxdırıcılığa yol verilməməlidir. Bu, uşağın sonrakı təcrübəlara cəlb edilməsi üçün çox zəruri amildir.
Psixodiaqnostika təcrübəsində uşaqların psixoloji müayinəsinə adətən 1,5-2 aylıqdan başlanılır. Bu dövrə qədər psixi həyatında əsasən müxtəlif şərtsiz reflekslər üstünlük təşkil edir. Aylar keçdikcə bu reflekslər uşağın davranış reaksiyaları sırasındn yox olur. Duran sinir sisteminin yetişməsi vəziyyətini əks etdirir.
Psixodiaqnostika təcrübəsində uşaqlarla psixoloji müayinənin keçirilməsinin bir sıra ümumi priyomları mövcuddur:
1. Psixoloji müayinə (diaqnostika) zamanı başlıca diqqət uşağın ana ilə əlaqəsinin xarakterinə yönəldilməlidir. Uşağın sağıam, gümrah və fəal olması çox zəruridir.
2. Əvvəlcə uşaqla kontakt yaradılır və onun xüsusiyyəti qeyd olunur. Bu, pis nəticə hesab olunur ki, 8 aylıqdan böyük uşaq yad adamlarla doğma, tanış adamlarla olduğu kimi kontakta qoşulur, onları fəqləndirə bilmir.
3. Hərəki sfernın vəziyyəti müəyyən edilir: başın vəziyyətinə və onun oturmuş halda və yeriş zamanı addımlama hərəkətlərinə nəzarət.
4. Sensor reaksiyaların inkişafına vəziyyəti. İzləmə və qeyd etmənin xarakterinin öyrənilməsi. Bunun üçün uşağın gözü qarşısında 30sm məsafədə 7-10sm ölçülü parlaq oyuncaq üfiqi və şaquli vəziyyətlərdə qoyulur. 2-4,5 aylıq uşaqlar üzərində bu təcrübə aparılarkən uşağın əşyanın duruş vəziyyətinin dəyişməsini izləmisinə xüsusi diqqət yetirilir. Bu təcrübə zamanı səsli oyuncaqdan da istifadə olunur ki, bu da uşağın səs mənbəyini izləməsinin xarakterini aşkara çıxarmağa xidmət edir.
Əşyalarla əməliyyətların inkişafı vəziyyətinin müəyyən edilməsi. bu məqsədlə dörd aylıqdan yuxarı uşaqlarla çax-çax tipli oyuncaq verilir, tutmanın xarakteri, sürəti və dəqiqliyi, tutma zamanı barmaqların hərəkəti, onun müddəti, manipulyasiyasının xarakteri müşahidə olunur və qiymətləndirilir.
Yaşlılarla qarşılıqlı əlaqə üsullarının təyin edilməsi. ana ilə uşaq arasında emosional və görmə əlaqələrinin məcmuyu aydınlaşdırılır, eyni əlaqələr tədqiqatçı ilə uşaq arasında yaradılır. Tədqiqatçı anaya uşağın ağlamasının nə ilə əlaqədar olduğunu, uşağın ananın gözlərinə baxmasını, oyuncaqlarla oynamasını, mimika və jestlərinin ifadəsini aydınlaşdırılır.
Müayinə zamanı emosional və nitq reaksiyalarının inkişaf vəziyyəti müəyyənləşdirilir, təbəssümün ifadəlilik xarakteri qeyd olunur, hansı stuasiyalarda onun daha çox təzahür etməsi aydınlaşdırılır. Tədqiqatçı uşağın ümumi əhvalı fonunda ağlama, çığırtı kimi emisional reaksiyalarını müşahidə edir, ağlamanın kəsilməsinə səbəb olan amilləri aşkara çıxarır. Bu zaman uşağın ona doğma olan yaşlılarla bağlılığı, emosional əlaqələrinin xarakteri və ya adamlarla ünsiyyət reaksiyalarının olub-olmaması vəya onun ehtiyatlı xarakterdə olması müəyyənləşdirilir. Səs reaksiyalarının təhlili mümkünlüyü, o cümlədən onların forması – “ulama”, kəkələmə, dil dolaşması və ilk hecaların olub-olmaması xüsusi olaraq qeyd olunur.
Psixodiaqnostika işində praktik uşaq psixoloqunun əlində diaqnostik meyarların-normativ diaqnostik gösrəricilərin olması olduqca zəruridir. Müəyyən edilimiş bu göstəricilərlə müayinə olunan uşağın psixi saşlamlıq dərəcəsini aydınlaşdırmaq, psixi pozğunluğunun səviyyələrini aşkara çıxarıb qiymətləndirmək mümkündür.
Psixodiaqnostika işində qeyd olunan bu amilin əhəmiyyətini nəzərə alaraq, həmin normativ göstəriciləri əks etdirməyi məqsədəuyşun heab edirik.
1.hərəki sfera: ilkin onyoqenezde hərəkətlərinin inkişafı başın vəziyyətinə (12 həftəlikdə), əllərin hərəkətinə (20 həftəlikdə), bədənin hərəkətinə (40-44 həftəlikdə), yerimə (13 aylıqda) nəzarət bacarığının qazanılması ilə müşayiət olunur. Psixoloji ədəbiyyatlarda bu normativ diaqnostik göetəricilərin formalaşması müddətləri aşağıdakı kimi qeyd olunur.
• 3 aylıqda – diffuz hərəki fəallıq, başın hərəkətina yaxşı nəzarət;
• 4 aylıqda – qarnı üstə yatmış vəziyyətdə əllərdən dayaq kimi istifadə etmə;
• 6 aylıqda – görmə-hərəki koordinasiyasının formalaşması (əşyaya tərəf dartınma və oyuncağı xeyli vaxt əldə saxlama);
• 8 aylıqda – müstəqil oturma, istınilən vəziyyətdən ixriyari səmtə çevrilmə;
• 9 aylıqda – hər hansı dayaqdan tutaraq ayağa qalxma;
• 10 aylıqda – qarnı üstə sürünmə, inamla və sərbəst oturma;
• 11 aylıqda – addım atma;
• 13 aylıqda – müstəqil yerimə.
II. Sensor sfera:
• 1 aylıqda – anaya zillənmiş baxış. Ana danışarkən ağızı açıb-yumma;
• 1,5 aylıqda – hərəkət edən adamı izləmə;
• 2 aylıqda – gözün reaksiyalarının inkişafı: nəzərləri cəmləmə, uyğunlaşma, fokusaalma;
• 3 aylıqda – başı səs gələn tərəfə çevirmə, əlləri müşahidə etmə, oyuncaqların hərətini izləmə;
• 4 aylıqda – yoxa çıxan obyekti duyma;
• 5 aylıqda – güzgüdəki əksinə baxıb gülümsəmə;
• 6 aylıqda - əlləri müşahidənin yox olması, yeni, parlaq oyuncaqlara maraq, başı səs gələn ixtiyari tərəfə çevirmə, eşidilən səsləri təqlid etmə;
• 7 aylıqda – başı səs gələn səmtə çevirçə, pozaya uyşunlaşma, müşahidə üçün əlverişli mövqe seçmə;
• 8 aylıqda- yad adamları fərqləndirmə, yarısı gizlədilmiş əşyaları tapma, atılmış dəsmalı götürmə, əşyanın yoxa çıxmasından təəccüblənmə, növbə ilə vaxtda iki oyuncağa baxma;
• 10 aylıqda – gözü qarşısında gizlədilmiş əşyanı tapma, yaşlı adamın cibinə əşya qoyulduqda görərkən onu çıxartma;
• 12 aylıqda – şəxsi adı ilə çağırıldıqda dönüb baxma, səs tonunu fərqləndirmə, kitabdakı şəkillərə maraq göstərmə.
Körpəlik dövründə uşaqlarda sensor (hissi) sferanın inkişaf səviyyəsini yoxlamaq, diaqnostikası təcrübələri aparmaq məqsədə uyğundur
Dostları ilə paylaş: |