Zaryadlar aşağıdakı quruluşda olurlar (şəkil 4.4).
Şəkil 4.4. Kumuyativ perforatorların mərmisinin quruluşu. 1-detonatr qaytanı keçən oyuq; 2- alışdırıcı; 3-pirepatron; 4- gövdə; 5- PM; 6- mis tərkibli örtük
Detonator qaytanından alınan detonasiya piropatrona ötürülür. O da öz növbəsində detonasiyaya məruz qalır. Detonasiya PM-yə ötürülür. PM-lərin partlaması detonasiyaya çevrilir və PM-lərin formasından asılı olaraq alınmış qazşəkilli məhsullar bir istiqamətə yönəlır (şəkil 4.5).
Şəkil. 4.5. Kumulyativ axının əmələgəlmə sxemi. а – detonasiyaya qədər kumulyativ mərmi; б
–kumulyativ axının yaranması; 1 - detonator; 2 – mərmi; 3 – kumulyativ çökəkliyin üzlənməsi; 4 – kumulyativ axın; 5 - pest; 6 – detonasiyadan yaranan
məhsulun uçma istiqamətləri; mərminin hissələri: I - aktiv, II və III – passiv.
Bunun toplanmasına metal tərkibli qıf köməklik edir. Nəticədə, zaryadın qarşısında (öndə) qıfın ərimiş və ya bükülmüş hissəsi, arxasınca isə yaranmış qaz axını quyu divarına doğru hərəkət edir. Bu hərəkət çox böyük sürətə malikdir. Kumulyativ perforatorların mərmiləri ya şüşədən, ya da ki, yüngül tez əriyən metallardan hazırlanır. Məqsəd ondan ibarətdir ki, zaryadlar partladıqdan sonra yığılmış kənar cisimləri quyuya su vurmaqla (yumaqla) yer səthinə qaldırmaq mümkün olsun. Kumulyativ perforatorlar gövdəli və gövdəsiz olur.
Dostları ilə paylaş: