Gülləli perforatorlar
Bu perforatorlar 1930-cu ildən başlayaraq istifadə edilir. Perforatorun iş prinsipi və quruluşu gülləni xatırladır. Güllənin hərəkət trayektoriyasının istiqaməti quyunun divarına nisbətən perpendikulyar olur. Gülləli perforatorun quruluşu aşağıdakı kimidir (şəkil 4.1).
Perforatorun quruluşundan görünür ki, kamorda ilkin qığılcım yaradılır. Bu qığılcım alışdırıcı maddə - barıta ötürülür, barıt alışır. Nəticədə çox böyük həcmdə qaz məhsulu alınır. Qaz məhsulu genişləndiyinə görə bütün məhsulun təsiri gülləyə verir. Güllə çox böyük sürətlə hərəkət edir. Hərəkət sürəti 600-900 m/san-yə yaxın olur. Güllə hərəkəti zamanı qarşısındakı kə- məri, sement həlqəsını və süxuru dələrək özünə məxsus kanal yaradır. Açılmış kanalın dərinliyə görə mövcud olan üsullardan ən effektlisi hesab edilir.
Şəkil.4.1. Gülləli perforatorun quruluşu. 1-kamor; 2-alışan maddə (barıt); 3- güllə; 4- güllənin hərəkət edəcəyi kanal -lülə və tıxac; 5- kəmər; 6-sement həlqəsi; 7-suxur və süxurda açılmış kanal.
Gülləli perforatorun iki çatışmayan cəhəti var:
perforatordan çıxan güllə kanalın sonunda ilişib qalır;
kanalın bütün həcmi boyu süxurda şliftləmə baş verir. Bu səbəblər də maye axımın miqdarını azaldır.
Gülləli perforatorların bütün üstünlüklərinə baxmayaraq çox az istifadə edilməsinin səbəblərindən biri də quyu diametrinin kiçilməsi nəticəsində, lülənin kiçilməsinin vacibliyidir. Bu da güllənin qaçış məsafəsini azaldır. Nəticədə güllə nə kəməri deşə bilir, nə də süxura daxil ola bilir. Bunun qarşısını almaq üçün son dövrlər şaquli əyri lüləli perforatorlar hazırlanır. Bu perforatorların üstünlüyü ondan ibarətdir ki, lüləni istənilən qədər uzatmaq olar. Ən uzun lülə 200 mm götürülür. Şaquli əyri lüləli perforatorların quruluşu aşağıdakı kimidir (şəkil 4.2).
Şəkil 4.2. Şaquli əyri lüləli gülləli perforatorların quruluşu 1-naqil; 2-partlayıcı maddə; 3- güllə; 5-əyrilülə.
Bu cür perforatoralr 2 lüləli, 4 və 8 lüləli ola bilər. Bunların kanal açma keyfiyyəti ən yüksəkdir. Temperatura və təzyiqə çox davamlıdır. Kiçik diametrli perforatorlar hazırlanaraq istənilən dərinlikdə istifadə edilə bilər. Lakin, bir ən böyük çatışmayan cəhəti mövcuddur. Bu ondan ibarətdir ki, kollektor layların qalınlıqları bir neçə sm-dən bir neçə 10 metrlərə qədər dəyişir. Çox böyük qalınlıqlı kollektor lay qarşısında süzgəc açmaq üçün belə perforatorlar bir neçə dəfə yığılaraq quyuya buraxılıb ki, bu da böyük maliyyə sərfi tələb edir.
Dostları ilə paylaş: |