651) Brüselyozda müayinə ücün hansı material götürülür?
A) Qusuntu kütləsi
B) İrin
C) Qan
D) Bəlğəm
E) Onurğa beyni mayesi
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 202
652) Göyöskürək törədicisi hansı cinsə daxildir?
A) Klostridiya
B) Korinebakteriya
C) Şigella
D) Bordetella
E) Mikobakteriya
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 261
653) Göyöskürək törədicisinin morfoloji quruluşu necədir?
A) Oval formalı kiçik çöplərdir
B) Xırda, kokabənzərdir
C) Təbil çubuğuna oxşardır
D) Sancaqşəkillidir
E) Ucları kəsilmişdir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”.Bakı.1995. Səh. 261
654) Göyöskürək zamanı infeksiya mənbəyi nədir?
A) Birələr
B) Xəstə adam
C) Ağcaqanadlar
D) İri buynuzlu mal
E) Gəmiricilər
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 262
Dostları ilə paylaş: |