494) Hansı ferment güclü turş mühitdə yüksək aktivliyə malikdir?
A) Pepsin
B) Qastriksin
C) Amilaza
D) Tripsin
E) Ximotripsin
Hər bir ferment maksimal aktivliyini mühitin müəyyən pH dəyərində göstərir. Bu onunla əlaqədardır ki, ferment-substrat kompleksinin əmələ gəlməsində elektrostatik rabitələr iştirak edir. Bu rabitələr substratın və fermentin aktivlik mərkəzinin əks yüklənmiş funksional qrupları arasında onlar üçün optimal olan mühitdə yaranır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.103, 179
495) Qidanın əvəzolunmayan amillərinə hansılar aid deyil?
A) Su
B) Doymuş yağ turşuları
C) Mineral elementlər
D) Vitaminlərin çox hissəsi
E) Doymamış yağ turşuları
İnsanın istifadə etdiyi qidalı maddələr arasında elə maddələri qeyd etmək olar ki, onlar orqanizmdə sintez olunmurlar, lakin orqanizmin normal yaşaması və fəaliyyəti üçün çox vacibdirlər. Belə maddələr qidanın əvəzolunmayan amilləri adlanırlar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.115
496) Orqanizmdə maddələrin son məhsullara qədər parçalanması prosesinə nə deyilir?
A) Anabolizm
B) Katabolizm
C) Anevrizm
D) Astiqmatizm
E) Metabolizm
Orqanizmin ətraf mühitdən aldığı qidalı maddələr mədə-bağırsaq traktında həzm olunur, sorulur, sonra isə hüceyrələrdə oksigenin təsirindən son məhsullara kimi parçalanırlar (bu zaman enerji də ayrılır). Bu proses katabolizm adlanır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.114
497) Orqanizmdə son məhsullardan spesifik maddələrin sintez prosesinə nə deyilir?
A) Katabolizm
B) Astiqmatizm
C) Anevrizm
D) Anabolizm
E) Metabolizm
Parçalanma zamanı alınan son məhsullar və enerji orqanizm üçün spesifik olan maddələrin sintezinə sərf olunur. Bu prosesə anabolizm deyilir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.114
Dostları ilə paylaş: |