490) Mədəaltı vəzin xəstəlikləri zamanı hansı fermentin aktivliyi təyin edilir?
A) Saxarazanın
B) Maltazanın
C) Alfa-amilazanın
D) Fosforilazanın
E) Laktazanın
Sağlam insanın qanında fermentlərin miqdarı nisbi sabitliyə malikdir. Fermentlərin aktivliyinin artması və yaxud azalması patoloji proseslər haqqında xəbər verir. Buna görə müxtəlif xəstəliklər zamanı müvafiq fermentlərin aktivliyi artır. Mədəaltı vəzin xəstəlikləri zamanı -amilaza fermentin aktivliyi artır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.110
491) Fermentlərin aktivliyini təyin etdikdə hansı qandan istifadə edilir?
A) Uzun müddət saxlanılmış qan serumundan
B) Hemolizə uğramayan qandan
C) Qan laxtasından
D) Hemolizli qandan
E) Qan laxtası ilə qarışmış serumdan
İnsan və heyvan orqanizmlərinin bütün üzvlərində və toxumalarında fermentlər aşkar olunub. Fermentlərin ən yüksək aktivliyi skelet əzələlərində, ürək əzələsində və qaraciyərdə qeyd olunur. Eritrositlərdə fermentlərin aktivliyi qat-qat artıq olur, nəinki qan serumunda. Bununla əlaqədar olaraq fermentlərin aktivliyini təyin etdikdə hemolizə uğramamış qandan istifadə etmək lazımdır, çünki hemolizin hətta izləri nəticələrə yüksək təsir göstərə bilər.
Ədəbiyyat: Ф.И.Комаров, Б.Ф.Коровкин, В.В.Меньшиков. Биохимические исследования в клинике. «Медицина», 1981 стр.45
Dostları ilə paylaş: |