412) Ağır metallarla zəhərlənmələr zamanı müalicə zülalın hansı xassəsinə əsaslanır?
A) Denaturasiya
B) Hidrofillik
C) Amfoterlik
D) Kolloidlik
E) Şişginlik
Zülal molekulunda dərin molekuldaxili dəyişikliklər baş verdikdə o öz nativ (təbii) xassələrini itirərək çöküntüyə düşür. Bu prosesə denaturasiya deyilir. Zülalların denaturasiyası mədədə proteolitik fermentlərin təsirindən baş verir. Ağır metallarla zəhərləndikdə zülalların denaturasiya prosesindən müalicə zamanı istifadə olunur. Bu zaman xəstəyə per os süd və ya çiy yumurta verilir ki, metallar onların tərkibindəki zülallar üzərində adsorbsiya olsunlar və mədənin və bağırsağın selikli qişasının zülallarına təsir göstərməsinlər.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.42
413) “Süni böyrək” apparatının (cihazının) fəaliyyətinin əsasında hansı proses durur?
A) Dönməz çökmə
B) Dönər çökmə
C) Denaturasiya
D) Dializ
E) Adsorbsiya
Zülallar kolloid hissəciklər olduqlarına görə bioloji membranların heç birindən keçə bilmirlər, çünki membranların məsamələri zülal hissəciklərdən kiçikdir. Zülal məhsullarının bu xassəsindən tibbdə və kimyada zülal preparatlarının digər qarışıqlardan təmizlənməsi üçün geniş istifadə olunur. Belə prosesə dializ deyilir və bu proses “süni böyrək” apparatının fəaliyyətinin əsasında durur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.43
Dostları ilə paylaş: |