Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?



Yüklə 409,91 Kb.
səhifə466/594
tarix01.01.2022
ölçüsü409,91 Kb.
#103335
1   ...   462   463   464   465   466   467   468   469   ...   594
755) Mikrob koloniyası nədir?
A) Bir mikrob hüceyrəsindən inkişaf edən mikrob populyasiyasıdır

B) Qidalı mühit səthində eyni növlü mikrobun bir yerə yığılmış formasıdır (populyasiyası)

C) Qidalı mühitdə becərilən mikroorqanizmlərdir

D) Qidalı mühitdə hər hansı bir növə mənsub mikrobun yığılmasıdır

E) Bir neçə mənbədən alınmış eyni növlü mikrob kulturasıdır

Qidalı mühit səthində eyni növlü mikrobun bir yerə yığılmış forması (populyasiyası) mikrob koloniyası adlanır. Koloniyalar ölçüsünə görə 4 cür olur: Böyük (diametri 4-5mm), orta (2-4mm), kiçik (1-2mm) və cırtdan (diametri 1mm-dən kiçik). Koloniyanın forması – dairəvi, yarpaqşəkilli, girintili-çıxıntılı, nəlbəkişəkilli ola bilər. Səthinin xarakteri – hamar, qırışıq, quru, nəm, parlaq və s. olur. Hamar formalar “S” formalı, qırışıqlar “R” formalı koloniyalar adlanır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 81
756) Bakterioloji müayinə üçün götürülən müayinə materialı götürülən andan laboratoriyaya hansı müddətdə çatdırılmalıdır?
A) 1 saat

B) 5 saat

C) 2 saat

D) 4 saat

E) 3 saat

Müayinə materilarının seçilməsi, hansı orqanın zədələnməsindən, törədicinin bioloji xüsusiyyətlərindən asılıdır. Müayinə materialı steril alətlə götürülür, steril qablara yığılır. Hər bir qaba yalnız bir xəstənin hər hansı bir materialı götürülməli, üstündə günün tarixi, materialın adı və xəstənin familiyası qeyd olunmalıdır. Materialın düzgün yığılması və çatdırılması mikrobioloji müayinənin effektliyini təmin edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25

Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   462   463   464   465   466   467   468   469   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin