752) Seroloji müayinə aparmaq üçün venadan nə qədər qan götürülür?
A) 0,5ml
B) 1ml
C) 2-3ml
D) 5ml
E) 0,3ml
Seroloji müayinə aparmaq üçün şprislə dirsək venasından, bəzən barmaqdan 2-3 ml qan götürülür, sonra onun zərdab hissəsi ayrılır. Bunun üçün qan yığılmış steril sınaq şüşəsinin ağzı tıxacla bağlanır, ya 370-li termostatda, ya da su hamamında 20-30 dəqiqə saxlanılır ki, qan laxtalansın.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
753) Bakterioloji müayinə üçün venadan nə qədər qan götürülür?
A) 2ml
B) 4ml
C) 5-10ml
D) 1ml
E) 3ml
Bakterioloji müayinə üçün qan dirsək venasından 5-10ml həcmində götürülməlidir. Bunun üçün steril şpislə qan götürüb içərisində steril şəkərli bulyon, 10%-li ödlü bulyon və ya Rappoport mühiti olan flakona tökürlər.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
754) Pambıq-tənzif tıxacların və tamponların sterilizasiyası hansı aparatda aparılır?
A) Aftoklavda 1 atm təzyiqdə 20 dəqiqə
B) Avtoklavda 0,5 atm təzyiqdə 15 dəqiqə
C) Su hamamında
D) Qızdırıcı şkafda
E) Termostatda
Sterilizasiya olunacaq ləvazimat əvvəlcə təmiz yuyulur, qurudulur. Pipetkalar 4-5sm enində uzun kağıza bükülür. Pipetkaların yuxarı ucuna pambıq tıxanır ki, material ağıza getməsin. Sınaq şüşələri və kolbaların ağzına pambıq-tənzif tıxaclar taxılır. Tıxaclar çox sıx və çox da boş olmamalıdır.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 76
Dostları ilə paylaş: |