71) Rəng göstəricisi normada nə qədər olur?
A) 1,5
B) 0,6-0,8
C) 0,5-0,6
D) 0,4-0,5
E) 0,85-1,05
Normada rəng göstəricisi 0,85-1,05 arasında dəyişə bilər. Rəng göstəricisinin təyin edilməsi böyük əhəmiyyətə malikdir. O qan azlığının kliniki təsnifatında geniş surətdə işlədilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 87 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова.Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 142,143
72) Oksofil nədir?
A) Qələvi və turş boyalarla boyanma
B) Qələvi boyalarla boyanma
C) Turş boyalarla boyanma
D) Əsasi boyalarla boyanma
E) Neytral boyalarla boyanma
Boyaq qəbul etmə xüsusiyyətinə görə hüceyrələr fərqlənirlər. Turş boyağı qəbul edən, yəni turş boyaqla boyanan hüceyrələr oksofil adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 153
Dostları ilə paylaş: |