LiKVİDLİk riskləRİNİN İdarə ediLMƏSİ SİyasəTİ



Yüklə 18,37 Kb.
tarix22.10.2017
ölçüsü18,37 Kb.
#9867
növüQaydalar




LIKVIDLIYIN IDARƏ EDİLMƏSİ SİYASƏTİ

1. Ümumi Müddəalar
1.1. Bu siyasət "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən hazırlanmış və Pakistan Milli Bankının Bakı Filialı (bundan sonra “Bank”) likvidlik riskini idarə olunması qaydalarını müəyyən edir.
1.2. Likvidlik - bankın öz öhdəliklərini (balansdankənar öhdəliklər, kreditin verilməsi haqqında razılaşmalar, kredit xətləri və s. daxil edilməklə) vaxtında yerinə yetirmək məqsədilə vaxtında və məqbul qiymətə kifayət qədər nağd və ya ona ekvivalent məbləğdə müxbir hesablarında qeyri-nağd vəsait əldə etmək qabiliyyətidir.
1.3. Likvidlik riski –bu risk aktivlərin və passivlərin arasında müddətlərdə və ölçülərdə fərqlərdən əmələ gələn,habelə likvid vəsaitlərin düzgün idarə edilməməsi nəticəsində qazanıla biləcək gəlirin əldə edilməməsi riski

Likvidlik risklərinin iki növü var:

1.Likvid çatışmamazlığı riski

2. Likvid artıqlıqı riski



2. Bankın likvid vəsaitlərinin idarə olunmasının mahiyyəti

2.1 Likvidlik bankın öz cari maliyyə öhdəliklərini təmin etmək qabiliyyətidir. Adekvat likvidlik müştərilərin kredit və ya pul tələbatlarının təmin edilməsidir. Vəsaitlər rəqib banklara nisbətən münasib qiymətdə olmalıdır. Aktivlərin ödəmə müddətləri (orta və uzunmüddətli aktivləri) münasib dərəcə ilə dəstəklənməlidir. Likvidlik balansda gözlənilən və gözlənilməyən dəyişmələri kompensasiya etmək və artım məqsədilə vəsait təmin etmək üçün bütün banklarda vacibdir.

Likvidlik riski ödəniş vaxtı çatdıqda bankın öz öhdəliklərini təmin edə bilməməsindən irəli gələn riskdir. Likvidlik riskinə maliyyə mənbələrində nəzərdə tutulmamış azalmalar və ya dəyişikliklərin idarə oluna bilməməsi də daxildir. Likvidlik riski həmçinin bankın bazar mühitindəki dəyişiklikləri müəyyənləşdirə bilməməsi və ya onları vaxtında nəzərə ala bilməməsindən irəli gəlir.

Likvidlik üzrə xərc bazarın vəziyyətindən və bankın balansında əks olunmuş həm faiz dərəcəsi riski, həm də kredit riskindən asılıdır. Əgər likvidliyə olan tələbat yüksək keyfiyyətli likvid aktivlərin əldə olunub saxlanması yolu ilə təmin olunursa, onda yüksək gəlirli uzunmüddətli aktivlərin saxlanılmamasından yaranır. Likvidliyə olan ehtiyac likvid aktivlərlə ödənilmədikdə, bank həddən artıq yüksək xərcə yol verərək pis bazar şəraitində əlavə vəsaitlər əldə etmək məcburiyyətində qala bilər.



Likvidliyə olan ehtiyac bankdan banka fərqlənir. Likvidlik vəsaitlər üzrə gözlənilən tələbatdan asılı olaraq adekvat və ya qeyri-adekvat ola bilər. Bankın likvidliyinin adekvatlığı aşağıdakı təhlil nəticəsində müəyyən edilir:

  • Bankın aktivlərinin cari və gözlənilən keyfiyyəti;

  • Hazırki və gələcək mənfəət yaratmaq imkanı;

  • Tarixən vəsaitlərə olan tələbat;

  • Cari likvidlik;

  • Gözlənilən gələcək maliyyələşmə tələbatları;

  • Maliyyələşmə tələbatlarını azaltmaq və ya əlavə vəsaitlər cəlb etmək üçün variantlar;

  • Vəsait mənbələri.

Likvidlik tələbatın ödənilməsi üçün vəsaitin təmin edilməsi məqsədilə bank aşağıdakılardan birini və ya onları birgə şəkildə yerinə yetirməlidir:

  • Likvid aktivləri satmaq;

  • Qısamüddətli borcları artırmaq (və/və yaxud, əlavə qısamüddətli depozit öhdəlikləri buraxmaq);

  • Qeyri-likvid aktivləri azaltmaq;

  • Müddətli olan öhdəlikləri artırmaq;

  • Kapital vəsaitlərini artırmaq.

3. Likvid vəsaitlərə olan tələbatın yaranma səbəbləri
3.1. Müştərilərin öz hesablarından pul vəsaitlərini çıxarması.
3.2. Müştərilər tərəfindən kredit alınmasına dair sifarişlərin daxil olması ( bu sifarişlər yeni kreditin əldə olunması, müddəti bitməkdə olan yeni ssuda müqavilələrinin yeniləşdirilməsi və ya mövcud kredit xətləri üzrə vəsaitlərin təqdim edilməsi ilə əlaqədar olur. Bu sifarişlərin icrasına bank razılıq verir).
3.3. Bankın digər banklardan və AMB dən ala biləcəyi borcların geri ödənilməsi.
3.4. Vergilərin ödənilməsi, əməliyyat xərcləri və bank səhmlərinə malik olan şəxslərə - səhmdarlara dividentlərin ödənilməsi.

4. Balansın aktivlər maddəsində olan likvid vəsait tələbatının ödənilməsi
4.1. Aktivlər maddəsində likvidliyə tələbat nağd vəsaitin, tez satıla bilən qiymətli kağızların, Milli Bankda və kommersiya banklarının müxbir hesablarında olan vəsaitin əldə olunması və saxlanması yolu ilə təmin olunmalıdır.

5. Balansın passivlər maddəsində olan likvid vəsait tələbatının ödənilməsi
5.1. Balansın passivlər maddəsində likvidliyə tələbat isə vəsaitlərin toplanması, yəni kommersiya banklarından, yaxud Milli Bankdan alınmış kreditlər hesabına, hüquqi və fiziki şəxslərdən depozitlərin qəbulu yolu ilə mümkündür. Bankımızda hal hazırda bəzi kommersiya Bankları ilə kredit xətləri mövcuddur. Yəni Bankımız davamlı olaraq bu kredit xətt müqavilələrini uzadır və likvidlik problemi ortaya çıxanda bu yola müraciət edir. Bununla yanaşı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Azərbaycan Milli Bankında olan məcburi ehtiyatlara da müraciət etmək imkanımız var.

6. Fors-major hallar
6.1. Fövqəladə hallarda bank kreditlər kimi bəzi qeyri-likvid vəsaiti satmalı, yaxud banklararası bazardan vəsait borc götürməli və ya Milli Bankın icazəsi ilə overdraftlardan istifadə etməlidir.

7. Likvidlik risklərinin idarə olunmasına nəzarət
7.1. Müşahidə şurası tərəfindən təsdiq edilmiş sənəddə likvidliyin idarə olunması üçün məsuliyyət xəzinədarlıq departamentinə həvalə olunub və bu prosesdə tətbiq edilən hesabat sistemləri müəyyən olunub.
7.2. Bank filialları üçün həm ayrıca vahid kimi xüsusi, həm də qrupun bir hissəsi kimi (istər vəsaitin alıcısı, istərsə də vəsaiti göndərən kimi) onun bankda rolu baxımından likvidliyin idarə olunması üçün ümumi sistem hazırlayıb.
7.3. Likvidlik risklərinin idarə edilməsinə nəzarət, idarə etmə orqanları tərəfindən təsdiq olunmuş müvafiq struktur bölməsi və Daxili Audit departamenti tərəfindən həyata keçirilir.

8. Yekun
8.1. Bu Siyasətdə da öz əksini tapmayan məsələlər Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun həll olunmalıdır.
8.2. Bu Siyasət imzalandığı gündən qüvvəyə minir.
Yüklə 18,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin