LogiSTİKA”fənni üzrə test tapşırıqları Müəllim Bayramov T. B. Düzgün cavablar “A” bəndindədir


İctimai istehsalın strukturuna görə nəqliyyat istehsal sferasına



Yüklə 0,51 Mb.
səhifə4/6
tarix08.06.2018
ölçüsü0,51 Mb.
#53038
1   2   3   4   5   6

250. İctimai istehsalın strukturuna görə nəqliyyat istehsal sferasına:

A) aid edilir;

B) qismən aid edilmir;

C) aid edilmir;

D) “itələmə” sistemində aid edilir;

E) “dartma” sistemində aid edilir.


251. İctimai istehsal strukturuna aiddir:

A) cavabların hamısı düzgündür.

B) qeyri-maddi istehsal;

C) maddi xidmətlər istehsalı;

D) nəqliyyat;

E) maddi istehsal;


252. Materialların ilkin mənbədən son təyinat yerlərinə nəqliyyatla daşınması zamanı çəkilən məsrəflər ümumi logistik xərclərin neçə %-ni təşkil edir:

A) 50%-ni;

B) 70%-ni;

C) 20%-ni;

D) 40%-ni;

E) 30%-ni.


253. Ötən əsrin 70-ci illərinə qədər dünya iqtisadiyyatında nəqliyyata xüsusi diqət yetirilməməsinin səbəbini göstərin:

A) NM-ləri arasında rəqabətin olmaması;

B) yükdaşıma tariflərinin olmaması;

C) nəqliyyat vasitələrinin az olması;

D) nəqliyyatın tənzimlənməsində dövlətin müdaxiləsinin olmaması;

D) yüklərin tez və vaxtında daşınmasına ehtiyyacın olmaması.


254. Nəqliyyat xidmətinin kommunikasiya strategiyasındakı yeni nailiyyətlərə aid edilir:

A) müştərilərin tələbatının öyrənilməsi;

B) yolda olan yüklərə nəzarət;

C) fəaliyyətin diversifikasiyası;

D) anbar əməliyyatlarının idarə edilməsi;

D) yükdaşımalara görə hesablaşma.


255. Nəqliyyat xidməti strategiyasında əlavə xidmətlərə aid edilir:

A) fəaliyyətin diversifikasiyası;

B) sənədləşdirmələrin kompüterlə aparılması;

C) yeni marşurutların reklam edilməsi;

D) yük axınlarının təşkili;

E) bütün dövrə üzrə ekspedisiya xidməti.


256. Yük vahidlərinin parametrlərinə aid olan variantı seçin:

A) yük vahidinin adı, nəqletmənin dəyəri;

B) yükləmə-boşaltma işləri;

C) nəqliyyat-ekspedisiya işləri;

D) anbarlaşdırma, dəstləşdirmə;

E) nəqliyyat texnikasının təmir işləri.


257. Nəqletmə proseslərinin idarə edilməsi əlaqələndirilməsi və optimallaşdırılmasında zəruri olan məlumatlar massivi belə adlanır:

A) İlkin məlumatlar;

B) marketinq;

C) təkrar məlumatlar;

D) tam məlumatlar;

E) köməkçi məlumatlar.


258. İlkin məlumatlara aid deyil:

A) yüklərin daşınması üzrə hesabatlar;

B) yüklərin catdırılması vaxtı;

C) yük vahidinin adı;

D) nəqletmənin çərtləri;

E) yüklərin kəmiyyəti və keyfiyyəti.


259. Nəqliyyat müəssisəsinin fəaliyyət göstərdiyi iqtisadi mühiti xarakterizə edən parametrlər haqqında məlumatlar belə adlanır:

A) ilkin məlumatlar.

B) media məlumatları;

C) təkrar məlumatlar;

D) xüsusi məlumatlar;

E) dövrü məlumatlar;


260. Material resurslarının nəql edilməsi prosesinin idarə edilməsində olan mərhələlərə aid deyil:

A) nəqliyyat vasitələrinə sürücülərin seçilməsi;

B) nəqliyyat növlərinin seçilməsi;

C) nəqletmə metodlarının seçilməsi;

D) nəqliyyat vasitələrinin seçilməsi;

E) nəqletmə üzrə logistik tərəfdaşların seçilməsi.


261. Logistik yük vahidlərinin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin təsnifat əlamətlərinə aid olmayan variantı seçin:

A) əlaqəsinə görə;

B) təyinatına görə;

C) növlərinə görə;

D) miqyasına görə;

E) əhatəsinə görə.


262. Nəqliyyat sektoru anlayışını izah edin:

(Cavab: Mülkiyyət və təşkilati formasından asılı olmayaraq nəqletmə prosesini həyata keçirən hüquqi və fiziki şəxslərin fəaliyyəti)


263. Turşu və turşubirləşmələrini daşıyan vaqonları göstərən variantı seçin:

A) xüsusi;

B) yarımvaqon;

C) bağlı;

D) sisterna;

E) platforma.


264. Nəqliyyat logistikanın predmetinə aid olan məsələləri əks etdirən variantı seçin:

A) cavabların hamısı düzgündür

B) hərəkət vasitələrinin seçilməsi;

C) nəqliyyat anbar işlərinin yerinə yetirilməsinin vahid texnoloji layihəsinin hazırlanması;

D) səmərəli daşıma marşurutlarının seçilməsi;

E) nəqliyyat növünün seçilməsi;


265. Ümumi istifadədə olmayan nəqliyyat sistemi anlayışını izah edin:

(Cavab: istehsaldaxili nəqliyyat vasitələrinə və nəqliyyat müəssisələrinə mənsub olmayan bütün növ nəqliyyat vasitələri)


266. Bir sistem kimi nəqliyyat neçə alt sistemdən ibarətdir:

A) 2;


B) 4;

C) 8;


D) 6;

E) 3.
267. Fiziki şəxslərin malik olduğu nəqliyyat vasitələrinə aid olan variantı seçin:

A) şəxsi nəqliyyat;

B) ictimai nəqliyyat;

C) ümumi istifadədə olmayan nəqliyyat;

D) ümumi istifadədə olan nəqliyyat;

E) c və d variantları düzgündür.
268. Magistral nəqliyyat sisteminə aid deyil:

A) metro;

B) avtomobil;

C) dəmir yolu;

D) hava;

E) dəniz və çay.


269. Yükdaşımaların həyata keçirilməsinə sərf edilən əmək məsrəflərinin həcminin müəyyənləşdirilməsinə təsir göstərmir:

A) nəqliyyat parkının ümumi sahəsi;

B) nəqliyyat vasitələrinin texniki səviyyəsi;

C) cavabların hamısı düzgündür.

D) spesifik istismar şərtləri;

E) NM-nin yerləşdiyi ərazi;


270. Vaqonun yükgötürmə qabiliyyəti nəyə əsasən hesablanır:

A) vaqonun tutumuna görə;

B) taranın kütləsinə görə;

C) vaqonun uzunluğuna görə;

D) taranın texniki əmsalına görə;

E) vaqonun damının faydalı sahəsinə görə.


271. Vaqonların texniki xarakteristikasına aid olmayan variantı seçin:

A) vaqonların sayı;

B) vaqonun uzunluğu;

C) yükgötürmə qabiliyyəti;

D) taranın kütləsi;

E) taranın texniki əmsalı.


272. Vaqonun tiplərini göstərin:

A) cavabların hamısı düzgündür.

B) səkiz oxlu metal vaqon;

C) iyirmi oxlu transporter;

D) cavabların hamısı səhvdir;

E) dörd oxlu metal vaqon;


273. Vaqon parkından istifadəni xarakterizə edir:

A) vaqonlarıntexniki yüklənmə norması;

B) vaqonların tutum əmsalı;

C) vaqonların sayı;

D) yüksək sixlığa malik yüklərin kütləsi;

E) aşağı sıxlığa malik yüklərin kütləsi.


274. Logistik yüklərin yığılması, daşınması, saxlanması və paylanması kimi funksiyaları yerinə yetirən kompleks belə adlanır:

A) universal;

B) terminal;

C) ixtisaslaşmış;

D) mərkəzi;

E) mövsümi.


275. Daxili informasiya axınları xidmət edir:

A) a, b və c variantları doğrudur.

B) strateji qərarların qəbul edilməsinə;

C) analitik qərarların qəbul edilməsinə;

D) a və b variantları doğrudur;

E) operativ qərarların qəbul edilməsinə;


276. Dəmir yollarında yüklərin qəbulu, yüklənməsi və verilməsi kimi əməliyyatların yerinə yetirildiyi sahə:

A) yük məntəqələri;

B) dəmir yol keçidləri;

C) dəmir yol vağzalları;

D) yük limanları;

E) yük anbarları.


277. Dəmir yolunun yük məntəqələrində mövcuddur:

A) cavabların hamısı doğrudur.

B) yük qurğuları;

C) texniki binalar;

D) xidməti binalar;

E) yol qurğuları;


278. Respublikamızda yük dövriyyəsinin həcminə görə dəmir yolu və boru kəməri nəqliyyatından sonrakı yeri tutan nəqliyyat növünü göstərin:

A) dəniz nəqliyyatı;

B) hava;

C) avtomobil;

D) intermodal;

E) cavabların heç biri düzgün deyil.


279. Xəzər dənizinin sahil hövzəsinin uzunluğu:

A) 7 min km;

B) 4 min km;

C) 10 min km;

D) 6 min km;

E) 3 min km.


280. Bir dənizin iki limanı arasında həyata keçirililən daşımalar belə adlanır:

A) kiçik kabotaj;

B) qarışıq daşımalar;

C) birbaşa daşımalar;

D) böyük sabotaj;

E) xarici daşımalar.


281. Müxtəlif dənizlərlə respublika limanları arasındakı daşımalar belə adlanır:

A) c və d variantları düzgündür.

B) qarışıq daşımalar;

C) böyük kabotaj;

D) birbaşa daşımalar;

E) portlararası daşımalar;


282. Dəniz nəqliyyatının üstünlüklərinə aid deyil:

A) liman təsərrüfatının yaradılması;

B) yolların buraxılış qabiliyyəti tükənməzdir;

C) istismar sürəti yüksəkdir;

D) yollardan istifadə əlavə istismar xərcləri tələb etmir;

E) c və d variantları düzgündür.


283. Hava nəqliyyatının əsas məqsədi:

A) sərnişinlərin daşınması;

B) cins heyvanların daşınması;

C) yüklərin daşınması;

D) qiymətli əşyaların daşınması;

E) b və d variantları düzgündür.


284. Garter reysləri hansı yüklərin daşınmasında istifadə olunur:

A) cavabların hamısı düzgündür.

B) neft yataqlarının emalı üçün böyük ölçülü və dəyərli avadanlıqların daşınmasında;

C) Afrika ölkələrində aclıqdan əziyyət çəkənlərə ərzaq məhsullarının daşınmasında;

D) kvota müddəti qurtaran məhsulların beynəlxalq səviyyədə daşınması üçün;

E) seleksiya məqsədi ilə iri buynuzlu mal-qaranın daşınmasında;


285. Hava nəqliyyatı ilə yükdaşımalar xsarakterinə görə bölünür:

A) b və e variantları düzgündür.

B) cədvəllər üzrə reyslər;

C) mövsümi reyslər;

D) qiymətli reyslər;

E) carter reysləri;


286. Beynəlxalq hava nəqliyyatı ilə yükdaşımalar üzrə lider ölkə:

A) Almaniya;

B) Yaponiya;

C) ABŞ;


D) Rusiya;

E) Fransa.


287. Avtomobil nəqliyyatından istifadəni iqtisadi baxımdan xarakterizə edən göstəricilərə aid edilmir:

A) qabarit ölçüləri;

B) maya dəyəri;

C) məhsuldarlıq;

D) enerji tutumu;

E) material tutumu.


288. Avtomobil istismarının texniki keyfiyyətlərinə aiddir:

A) d variantından başqa bütün variantlar düzgündür.

B) manevrliliyi;

C) möhkəm və dayanıqlığı;

D) material tutumu;

E) avtomobilin kütləsi;


289. Yüklərin istənilən şəraitdə daşınmasına qoyulan tələbləri müəyyənləşdirən göstəricilərin məcmusu:

A) yüklərin nəqliyyat xarakteristikası;

B) nəqletmənin etibarlılığı;

C) yüklərin təsnifatı;

D) nəqletmənin keyfiyyəti;

D) a və d variantları düzgündür.


290. Birinci qrup texniki-iqtisadi göstəricilərə aid deyil:

A) b və d variantları düzgündür.

B) yürüşlərin sayı;

C) yükdaşımaların orta məsafəsi;

D) yükdaşımaların ümumi həcmi;

E) texniki hazırlıq əmsalları;


291. Daşımaların ekspansiyası dedikdə nə başa düşülür:

A) daşımaların konkret növünün genişlənməsi;

B) daşımaların maya dəyərinin artması;

C) daşımaların azalması;

D) daşımaların artması;

E) a və b variantları düzgündür.


292. Sonradan göndərilməsi nəzərdə tutulan kiçik partiyalı yüklərin emalını həyata keçirən terminal belə adlanır:

A) universal terminal;

B) ixtisaslaşmış terminal;

C) paylama mərkəzləri;

D) mərkəzi terminal;

E) xüsusi təyinatlı terminal.


293. Tibbi ləvazimatlar, kağız, ərzaq və tez xarab olan məhsullar üçün nəqliyyat-logistik servis əməliyyatlarını həyata keçirən terminal belə adlanır:

A) xüsusi təyinatlı terminal;

B) paylama mərkəzləri;

C) universal terminal;

D) ixtisaslaşmış terminal;

E) terminal kompleksi.


294. Universal terminallarda yerinə yetirilən əsas əməliyyatlara aid olan variantı seçin:

A) bütün variantlar düzgündür.

B) müştərilərlə müqavilələrin bağlanması;

C) yüklərin yığılması, saxlanması, sortlaşdırılması, dəstləşdirilməsi, emalı və paylaşdırılması;

D) nəqliyyat-logistik xidmətə görə hesablaşmaların aparılması;

E) nəqliyyat-logistik servis bazarının marketinq tədqiqi;


295. Bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə onun nəqlətmə xərclərini ödəyir. Bu hansı daşımalara aiddir:

A) multimodal;

B)unimodal;

C) intermodal;

D)qarışıq;

E) kombinələşdirilmiş.


296. Hansı növ daşımalar zamanı yük sahibləri yüklərin hərəkəti boyu bir operatorla müqavilə bağlayır:

A) intermodal;

B) qarışıq;

C)terminal;

D) multimodal;

E)kombinələşdirilmiş.


297. “Qapıdan-qapıya” prinsipi üzrə fəaliyyət göstərən nəqliyyat növünə aid olan variantı seçin:

A) avtomobil nəqliyyatı;

B) su nəqliyyatı;

C) hava nəqliyyatı;

D) dəmir yolu nəqliyyatı;

E) boru-kəməri nəqliyyatı.


298. Mahiyyətinə görə ilkin qiymətin əmələ gəlməsini təmin edən ümumi iqtisadi amilləri göstərin:

A) tələb-təklif mexanizmi, inflyasiya;

B) tədavül xərcləri;

C) istehsal xərcləri;

D) tədavül xərclərin azlığı və ya çoxluğu;

E) cavabların heç biri düzgün deyil.


299. Material axınlarında tariflər nəyin əsasında müəyyən olunur:

A) tələb-təklif və mənfəət normasına əsasən;

B) xammal xərclərinə əsasən;

C) xərclərin əsasında;

D) tədavül xərclərinə əsasən;

E) b və d variantları düzgündür.


300. Tələbin qiymət elastikliyi vahidə bərabər olduqda material axınları bazarında qiymətin dəyişməsindən asılı olmayaraq məhsuldaşıyanların gəliri:

A) sabit qalır.

B) qismən azalır;

C) qismən artır;

D) artır;

E) azalır;


301. Yüklərin nəql edilməsinə çəkilən dəyişən məsrəflərə aid deyil:

A) istehsasl-texniki bazarının və müxtəlif növ nəqliyyat növlərinin infrastrukturunun saxlanması üzrə məsrəflər;

B) nəqliyyat vasitələrinin cari təmir məsrəfləri;

C) yanacaq və sürtgü materialları üzrə məsrəflər;

D) bilavasitə nəqletməni həyata keçirən heyətin əmək haqqı üzrə məsrəfləri;

E) nəqliyyat vasitələrinin amortizasiyası üzrə məsrəflər.


302. Xərclərin ödənilməsi məqsədini daşıyan tariflərin növlərini göstərin:

A) cavabların hamısı düzgündür.

B) texniki tarif;

C) ziyansız tarif;

D) məqsədli tariflər;

E) son hədd tarifləri;


303. Yük sahibləri, alıcılar və nəqliyyat-logistik vasitəçilər arasında hesablaşmaların aparılmasında istifadə olunan nəqliyyat tarifləri sistemi asılıdır:

A) c və e variantları düzgündür.

B) nəqliyyat xərclərindən;

C) daşımanın formasından;

D) ehtiyatların həcmindən;

E) nəqliyyatın növündən;


304. Bir və ya bir neçə logistik yük vahidlkərinin konkret məsafəyə müəyyən zaman keşiyində daşınmasında tətbiq edilən tarif:

A) fərdi tariflər;

B) yerli tariflər;

C) güzəştli tarif;

D) tonnajlı tariflər;

E) konteyner tarifləri.


305. Göndərmələrin mənşəyinə görə yük tariflərinə aid deyil:

A) fərdi tariflər;

B) vaqon tarifləri;

C) konteyner tarifləri;

D) tonnajlı tariflər;

E) az və kiçik yüklərin göndərilməsi tarifləri.


306. Quruluş formasına görə yük tariflərinə aiddir:

A) cədvəl və sxem tarifləri;

B) sisternalar üçün istifadə olunan tariflər;

C) bunkerlərə doldurulan yüklərə tətbiq edilən tariflər;

D) faktiki göndərilən kütləyə görə hesablanan tariflər;

E) a və b variantları düzgündür.


307. Daşınan yüklərin kəmiyyətcə uçotunu aparmaq mümkün olmadıqda tətbiq olunan tarif:

A) vaxtamuzd tarif;

B) şərti sxem üzrə tarif;

C) işəmuzd tarif;

D) fərdi tarif;

E) yerli tarif.


308. Daxili formasına görə çay nəqliyyatı tariflərini göstərin:

A) b və e variantları doğrudur.

B) diferensial tariflər;

C) müstəsna tariflər;

D) variantların heç biri düzgün düyil;

E) yekcins tariflər;


309. Dəniz nəqliyyatında tarif-məlumat kitabı neçə bölmədən ibarətdir:

A) 5;


B) 3;

C) 7;


D) 6;

E) 4.
310. Maye yüklərin daşınması üçün tarif dərəcəli tarif-məlumat kitabının neçənci bölməsində öz əksini tapmışdır:

A) 5;

B) 4;


C) 2;

D) 1;


E) 3.
311. Dəmir yolu nəqliyyatında xırda həcmdə yük daşımaq ifadəsinə uyğun olan variantı seçin:

A) b və c variantları doğrudur.

B) daşınan yük dörd təkərli vaqonun üçdə bir həcmini tutur;

C) daşınan yükün çəkisi 10 tondan artıq olmur;

D) daşınan yükün çəkisi 15 tondan artıq olmur;

E) 10 kq yükü daşımaq nəzərdə tutulur;


312. Əğər vaqonun surqucların qırılması ilə məhsulların catdırılması halları aşkar olunarsa:

A) b və d variantları doğrudur.

B) texniki akt tərtib olunur;

C) pokis dəvət olunur;

D) kommersiya aktı tərtib olunur;

E) izahat yazılır;


313. Nəqliyyat departamentlərində yüklərin daşınması üçün ayrılmış avtomobili rəsimləşdirmək üçün:

A) yol vəsiqəsi tərtib olunur;

B) sərəncam verilir;

C) əmr yazılır;

D) müqavilə imzalanır;

E) cavabların heç biri düzgün deyil.


314. Yükləri daşımaq üçün gəmiləri kirayəyə verən hüquqi və ya fiziki şəxs belə adlanır:

A) fraxta;

B) fraxt;

C) kommersant;

D) tacir;

E) vasitəçi.


315. Bir ölkənin milli hüquqlarının tərk edən beynəlxalq avtomobil nəqliyyatı ilə yükdaşımaların sərhəddə ciddi gömrük baxışı aparılmadan keçidini sadələşdirən sənəd:

A) Beynəlxalq Yol Daşımaları kitabçası;

B) Beynəlxalq Ticarət Palatasının tövsiyyələri;

C) Beynəlxalq Yük Konvensiyasının müqavilə aktları;

D) “İnkoterms–2000” məhsulgöndərmə şərtləri üzrə sənəd;

E) UN/EDİFAST standartları.


316. Yükləri daşımaq üçün gəmiləri kirayəyə götürən hüquqi və ya fiziki şəxs:

A) fraxt;

B) diler;

C) komissioner;

D) distribyutor;

E) a və b variantları doğrudur.


317. Logistik yük vahidlərinin su nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələr belə adlanır:

A) “FRAXT” müqavilələri;

B) lizinq müqaviləsi;

C) icarə müqaviləsi;

D) “Ticarət və iqtisadi əməkdaşlıq haqqında” müqavilə;

E) “Ticarət və dəniz nəqliyyatı haqqında” müqavilə.


318. Su nəqliyyatı ilə qurudan qəbul edilmiş yüklərin daşınmasında tətbiq edilən qaimənin növü:

A) QU-1;


B) QU-5;

C) QU-7;


D) QU-9;

E) QU-3.
319. Hava nəqliyyatında əsas daşıma sənədi olan yük qaiməsinə aid olmayan variantı seçin:

A) yük vərəqələri;

B) yük qaiməsi;

C) yükgöndərmənin qaiməsi;

D) yük qəbzi;

E) yük qəbzinin kəsiyi.
320. QU-5 qaimələri su nəqliyyatında hansı yüklərin daşınması zamanı tətbiq olunur:

A) gəmilərin yedəklənməsində.

B) neft məhsullarının daşınmasında;

C) universal konteynerlərdə yüklərin daşınmasında;

D) qarışıq daşımalarda;

E) quru yüklərin daşınmasında;


321. Logistikada “unitizasiya” ifadəsinin mahiyyəti:

A) çox da böyük olmayan yük partiyalarının birləşdirilməsi;

B) iri yük partiyalarının birləşdirilməsi;

C) kiçik yük partiyalarının daşınması;

D) iri yük partiyalarının xırda partiyalara bölünməsi;

E) iri yük partiyalarının daşınması.


322. Logistikada anbarlar hansı əlamətə görə təsnif olunur:

A) cavabların hamısı düzgündür.

B) məhsulların növlərinə görə;

C) mülkiyyət formasına görə;

D) logistik vasitəçilərə münasibətinə görə;

E) logistik aktivliyə münasibətinə görə;


323. Logistikada anbarların təsnifləşdirilməsi əlamətlərinə aid deyil:

A) saxlanılan materialın növünə və xarakterinə görə;

B) ixtisaslaşma səviyyəsinə görə;

C) funksional təyinatına görə;

D) mülkiyyət formasına görə;

E) məhsulların növlərinə görə.


324. Mərkəzləşdirilmiş anbarlar nəyə görə təsnif olunurlar:

A) fəaliyyət xarakterinə görə;

B) məkanca yerləşməsi və fəaliyyət miqyasına görə;

C) binanın quruluşuna görə;

D) saxlanılan materialın növünə görə;

E) odadavamlıq dərəcəsinə görə.


325. Bunker xarakterli anbarlar hansı əlamətlərə görə təsnif olunur:

A) binanın konstruksiyasına görə;

B) odadavamlıq dərəcəsinə görə;

C) fəaliyyət miqyasına görə;

D) saxlanılan materialın növünə görə;

E) b və d variantları düzgündür.


326. Atmosfer yağıntısından, geniş şüalarından və küləkdən qorunması zəruriyyət kəsb edən məhsulların saxlandığı anbarlara aiddir:

A) soyuq anbarlar;

B)qapalı anbarlar;

C)isidilən anbarlar;

D)yarımqapalı anbarlar;

E)variantların heç biri düzgün deyil.


327. Məhsulların yalnız atmosfer təsirlərindən qorunması üçün istifadə olunan anbvarlara aiddir:

A) yarımqapalı anbarlar;

B) açıq anbarlar;

C) qapalı anbarlar;

D) soyuq anbarlar;

E) isidilən anbarlar.


328. Anbar qapılarının minimum hündürlüyü:

A) 2,14 m;

B) 1,84 m;

C) 1,54 m;

D) 2,44 m;

E) 1,94 m.


329. Anbar qapılarının minimum eni:

A) 2,1 m;

B) 1,81 m;

C) 1,71 m;

D) 2,51 m;

E) 1,91m.


330. Anbarların zirzəmisində pəncərələrin ölçüləri:

A) 0,9 x 1,2 m;

B) 1,2 x 1,2 m;

C) 0,5 x 1,2 m;

D) 0,6 x 1,2 m;

E) 0,7 x 1,2 m.


331. Anbar binasının operativ hissəsində yerləşir:

A) b və e variantları doğrudur.

B) qablaşdırma sexi;

C) nəzarət şöbəsi;

D) mühasibat şöbəsi;

E) məhsullar saxlanılan kameralar;


332. Operativ köməkçi binalarda yerləşir:

A) tara təmir emalatxanaları;

B) ventilyasiya kameraları;

C) anbar müdirinin otağı;

D) işçilərin soyunub-geyinmə otağı;

E) sürücülərin otağı.


333. Köməkçi-texniki binalarda yerləşir:

A) yanğın söndürmə işçiləri üçün ayrılmış otaq;

B) karantin kamerası;

C) məhsulların keyfiyyətini təhlil edən laboratoriyalar;

D) istirahət otağı;

E) qarderob və bufet.


334. Məhsulların saxlanmasını təmin edən avadanlıqlara aid edilir:

A) mal altlıqları, çənlər, döşənəklər, qəfəslər, asqılar;

B) mühərrikli mexanizmlər, əl arabaları, mühərrikli mexanizmlər;

C) konveyerlər, elevatorlar, kranlar;

D) avtomobil tərəziləri, vedrə, balta, bel, linq;

E) a və b variantları doğrudur.


335. Anbarda bərk tarada saxlanılan məhsulların divardan və taradan normativ üzrə uzaqlığı:

A) 0,5 m;

B) 0,3 m;

C) 2 m;


D) 0,2 m;

E) 1,5 m.


336. Anbarda yumşaq tarada saxlanılan məhsulların normativ üzrə divardan və taradan uzaqlığı:

A) 1 m;


B) 3 m;

C) 2 m;


D) 1,5 m;

E) 2,5 m.


337. Açıq meydançalarda saxlanılan məhsullara aiddir:

A) inşaat materialları, kərpic, borular, taxta materialları;

B) qənd, çay, quru meyvə, meyvə-tərəvəz konservləri;

C) meyvə-tərəvəz, xırdavat, foto və radio materialları;

D) süd məhsulları, kolbasa, parça, tikili məmulatlar;

E) a və b variantları doğrudur.


338. Məhsullar anbarlara hansı üsullarla yığılır:

A) c və e variantları düzgündür.

B) döşənək;

C) qəfəsə;

D) cavabların heç biri düzgün deyil;

E) ştabel;


339. Anbarlarda saxlanılan ərzaq məhsulları üçün (tez xarab olan məhsullardan başqa) havanın temperaturu necə dərəcədə olmalıdır:

A) 6-10 dərəcə;

B) 8-16 dərəcə;

C) 10-15 dərəcə;

D) 0-4 dərəcə;

E) 4-7 dərəcə.


340. Məhsulların anbarlardan buraxılışını rəsmiləşdirən mühasibat sənədlərinə aiddir:

A) b və d variantları doğrudur.

B) hesab-faktura;

C) idarə rəhbərinin əmri;

D) əmtəə -nəqliyyat qaiməsi;

E) baş mühasibin imzası olan qəbz;


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin