39
proqnozu hazırlanır. Daxili və xarici məlumatların təhlili nəticəsində yaranmış satış
həcminin proqnozu daha düzgün hesab olunur.
Satış həcminin proqnozu müəyyən edildikdən sonrakı addım bu satışdan pul
daxilolmalarının ölçüsünün müəyyən edilməsidir. Nağd hesablaşmada pullar realizə
anında
daxil olur, kreditlə satıldıqda-bir qədər gec olur. Nə qədər gec olması isə
vekselin ödənilməsi müddətindən, alıcının növündən, firmanın kredit və inkassa
siyasətindən asılıdır. Adətən, ödəniş hesabın təqdim edildiyi gündən 30 gün ərzində
yerinə yetirilməlidir. Bu ödənişin müəyyən hissəsi nağd,
digər hissəsi isə inkassa
vasitəsilə aparıla bilər.
İnkassa-vasitəçi bank əməliyyatı olub, pul vəsaitlərinin ödəyicidən alıcıya
,
bank
vasitəsi ilə
,
alıcının hesabına keçirilməsindən ibarətdir. Əmtəəni yola salan və ya
başqasına xidmət göstərən müştəri, banka-inkassaya ödənişdən ötrü ödəniş
tələbnaməsini ödəyici-müştəriyə göndərir. İnkassa əməliyyatının yerinə yetirilməsi
üçün bank müştərilərdən ödəniş alır.
Əgər müştərinin ödənişində ciddi dəyişikliklər olarsa,
firma inkassaya görə öz
proqnozunu dəyişməlidir. Əgər iqtisadiyyatda azalma gözlənilirsə bəzi alıcılar
ödənişləri gecikdirə bilərlər. Firma bu dəyişikliyi də nəzərə almalıdır. Belə ki,
iqtisadiyyatdakı tənəzzül və satış həcminin azalması inkassanın orta dövrünü artırır;
ümidsiz borclar üzrə itkilər çoxalır.
Pul daxilolmaları həm məhsul satışı, həm də aktivlərin realizəsi nəticəsində arta
bilər. Aktivlərin satışı əvvəlcədən planlaşdırdığına görə pul vəsaitlərinin büdcəsi tərtib
edildikdə onları nəzərə almaq mümkündür. Bundan başqa, pul vəsaitləri alınan faizlər
və dividentlər hesabına da arta bilər.
Pul vəsaitlərinin büdcəsi hazırlanarkən, inkassa proqnozları nə cür tərtib edilir:
tutaq ki, kreditlə satışdan daxilolmaların 90% bir aydan, 10%-i isə 2 aydan sonra
inkassa olunur. Əgər bir ay ərzində kreditlə satış dəyişilmirsə və ayda 30 gün varsa,
inkassanın orta dövrü 33 gün olacaqdır. Əgər inkassanın orta dövrü 30 gündürsə,
hesabat ayında olan daxilolmalar (kreditlə satışda) 1 aydan sonra inkassa olacaqdır.
Əgər inkassanın dövrü 45 gündürsə, hesabat ayındakı daxilolmanın yarısı sonrakı
ayda qalan yarısı isə ondan sonrakı ayda inkassa olunacaqdır.
Bu
qayda ilə, inkassanın gözlənilən dövrünün dəyişilməsinin inkassa həcminə
olan təsirini müəyyən etmək olar.
Sonrakı addım nağd ödənişlərin proqnozundan ibarətdir. Satış həcminin proqnozu
tərtib edildikdən sonra firmanın rəhbərliyi iki variantdan birini seçə bilər: ya istehsal ilə
realizə arasında qarşılıqlı əlaqəni saxlamalı, ya da istehsalı sabit səviyyədə saxlamalı.
40
Əgər istehsal realizə ilə uyğunlaşdırılırsa, ehtiyatların saxlanması xərcləri II varianta
nisbətən aşağı olur, lakin istehsal səviyyəsi sabit qaldığı halda ümumi istehsal xərcləri
çox olur. Əgər satış həcmi qeyri-sabitdirsə, müəyyən dövrdə istehsal olunan məhsulun
saxlanması problemi yaranır. Əgər istehsal satış həcmi proqnozuna uyğunlaşırsa, il
ərzində ehtiyatların həcminin eyni olmadığı halda ehtiyatların saxlanılması xərcləri
yüksək olur. Digər tərəfdən də, sabit istehsal daha səmərəlidir.
İstehsal planı tərtib edildikdən xammal və materiallara işçi qüvvəsinə və əlavə
əsas vəsaitlərin cəlb olunmasına olan tələbat qiymətləndirilir. Debitor borclarında
olduğu kimi əmtəənin satın alma vaxtı ilə real ödənişi arasında vaxt fərqi vardır. Bu
halda satın alma müxtəlif orta ödəniş dövrləri qədər yubandırıla bilər.
Fərz edək ki, əmək haqqı məhsul buraxılışı artdıqca yüksəlir. Lakin əmək haqqı
material ehtiyatlarının alınmasına görə daha sabitdir. Əgər istehsal həcmi çox az aşağı
düşdükcə fəhlələr adətən işdən çıxarılmır. İstehsal həcmi artdıqca, əmək haqqının az
artımı şəraitində, əmək daha səmərəli olur. Yalnız müəyyən vaxtdan sonra əlavə iş vaxtı
tələb olunur və ya yeni fəhlələr işə götürülür. Sair xərclərə, ümumi təsərrüfat, inzibati,
kommersiya, əmlak vergisi, faizlərin ödənməsi xərcləri, istehsal üçün elektrik enerjisi,
işıqlandırma, qızdırılma üçün ödəniş,
istismar xərcləri, ödəniş üzrə dolayı xərclər,
xammal və materialların alınması üzrə xərclər aid edilir. Qısa dövr üçün bu xərclər
düzgün proqnozlaşdırıla bilər.
Nağd xərclərdən başqa, kapital xərcləri, dividentlər, gəlir vergisi və başqa nağd
ödənişlər nəzərə alınmalıdır. Kapital məsrəfləri əvvəlcədən planlaşdırılır, odur ki, onları
qısamüddətli pul vəsaitləri büdcəsində nəzərə almaq asandır. Dividentlərin ödənilməsi
kompaniyaların çox hissəsi üçün dəyişilməzdir və müəyyən edilmiş vaxtda ödənilir.
Qalan ödənişlər ümumi nağd məsrəflərlə birləşdirilərək,
ümumi nağd ödənişlərin
proqnozunu əldə edirlər.
Pul vəsaitlərinin proqnozlaşdırılan daxilolmaları və çıxmaları müəyyən
edildikdən sonra, nağd daxilolmalar və ödənişlər planında birləşdiririk və hər ay üçün
pul vəsaitlərinin daxil olması və çıxmasının xalis kəmiyyətini alırıq.
Sonra pul vəsaitlərinin xalis dəyişilməsini ilin əvvəlində olan nağd vəsaitlərin başlanğıc
məbləğinə əlavə edirik.
Pul vəsaitlərinin çatışmazlığının başqa mənası da vardır. Firma kapital xərclərini
və ya aldığı əşyaların ödənişini saxlaya bilər.
Əslində smetanın tərtibinin əsas məqsədlərindən biri, tələbatın gözlənilən
maliyyələşməsinin həcmi və vaxtını müəyyən etmək olub ki, bunun əsasında daha
uyğun maliyyələşmə metodundan istifadədir. Uzunmüddətli investisiyanın yerinə
41
yetirilməsi
üçün həll, pul vəsaitlərinin daxil olması və hesablardakı vəziyyətin
proqnozlaşmasına və nağd vəsaitin vəziyyəti haqqındakı proqnoza əsaslanmalıdır.
Bundan başqa bu smeta maliyyə direktoruna qısamüddətli maliyyələşmənin
planlaşmasında və firmanın nağd vəsaitinin idarə edilməsində kömək edir. Onun
əsasında maliyyə direktoru pul vəsaitlərinin artığını qiymətli kağızlarını investisiyası
üçün planlaşdıra bilər.
Dostları ilə paylaş: