BÖLMƏ 5. PUL VƏSAİTLƏRİNİN TƏHLİLİ VƏ MALİYYƏ PLANLAŞMASI
5.1. Pul axınları
Firmanın pul vəsaitlərinin hərəkəti fasiləsiz prosesdir. Pul fondlarının hər bir
istifadə istiqaməti üçün uyğun mənbə olmalıdır. Geniş mənada firmanın aktivləri pul
vəsaitlərinin xalis istifadəsini, passivlər və xüsusi kapital isə xalis mənbələri əks etdirir.
Tipik sənaye kompaniyası üçün pul vəsaitlərinin hərəkət dövrü şəkil 5.1-də
göstərilmişdir.
Fəaliyyətdə olan müəssisə üçün başlanğıc və son nöqtələr yoxdur. Son məhsul, sonda
pul vəsaitləri ilə ödənilən xammal, əsas vəsaitlər və əməyə sərf olunan xərclərin
məcmundan ibarətdir. Məhsul sonradan ya nağd, ya da kreditlə satılır. Kreditlə satış
debitor borclarının yaranmasına səbəb olur ki, bu da inkassaya qoyularaq nağd pula
çevrilir. Əgər məhsulun satış qiyməti müəyyən dövrdə olan xərclərdən (aktivlərin
köhnəlməsi də daxil olmaqla) çoxdursa mənfəət alınacaq, əks halda-zərər. Pul
vəsaitlərinin həcmi, istehsal qrafiki, satış həcmi, debitor xərclərinin inkassası,
əsaslı xərclər və maliyyələşdirmədən asılı olaraq vaxta görə dəyişilir. Digər tərəfdən də,
realizasiya, istehsal qrafiki və əsas debitorlara olan münasibət, ehtiyatlar və kommersiya
krediti üzrə borclardan asılı olaraq, xammal ehtiyatları, bitməmiş istehsal, hazır məhsul
35
ehtiyatları, debitor borcları və ödəmələri kommersiya kredit də vaxtdan asılı olaraq
dəyişilə bilər.
Şəkil 5.1. Kompaniya çərçivəsində pul vəsaitləri
Pul vəsaitlərinin mövcudluğu və istifadəsi haqqında hesabat, iki an arasında
vəsaitlərin həcminin xalis dəyişilməsini öyrənən metoddur. Bu anlar hansı dövrə aid
olmasından (rüblük, illik və ya beşillik) asılı olmayaraq, maliyyə hesabatının başlanğıc
və son günlərinə uyğun olur. Mənbələr və pul vəsaitlərinin istifadəsi üzrə hesabat,
müxtəlif vaxtlara görə maliyyə vəziyyətinin ümumi yox, xalis dəyişilməsini əks etdirir.
Müəyyən vaxt üçün firmanın pul vəsaitlərinin ümumi dəyişilməsinin təhlili daha
əlverişli olardı. Lakin, əldə olan məlumat, yəni balans və gəlir və xərclər haqqında
maliyyə məlumatı yalnız konkret vaxta görə olur. Təhlilin məqsədindən asılı olaraq pul
vəsaitlərini bir necə üsul ilə müəyyən etmək olar. Çox vaxt onları nağd vəsait kimi
xarakterizə etsələr də, analitiklər onları dövriyyə kapitalı (cari aktivlər minus cari
öhdəçiliklər) adlandırırlar.
Pul vəsaitlərinin mənbəyi və istifadəsi haqqındakı hesabat bir necə mərhələdə
hazırlanır:
1. Baxılan vaxt ərzində balansın yekunu üzrə dəyişikliklərin təsnifi, yəni onların pul
36
vəsaitlərinin həcminin artmasını əks etdirən dəyişikliklərin və azalmasını əks
etdirən dəyişikliklərin kəmiyyətinə bölünməsi;
2.
Mənfəət və zərərlər və mənfəətin bölüşdürülməsi haqqındakı hesabatlardan
götürülən amillərin, pul vəsaitlərinin həcminin artmasına kömək edən amillərə və
azalmasına kömək edən amillərə bölünməsi;
3.
Bu məlumatın pul vəsaitlərinin mənbələri və istifadəsi üzrə hesabat formasında
toplanması.
I mərhələdə bir balansı götürüb o biri ilə müqayisədə müxtəlif hesablar üzrə
dəyişiklikləri hesablayırıq.
Pul vəsaitləri həcminin artırılması mənbələri:
Aktivin istənilən maddəsinin (nağd pul və əsas vəsaitlərdən başqa) xalis
azalması;
Əsas vəsaitlərin ümumi azalması;
Öhdəçiliklərin istənilən maddəsinin xalis artması;
İmtiyazlı və adi səhmlərin satışından gəlir;
Təsərrüfat fəaliyyəti nəticəsində alınan pul vəsaitləri.
Adətən, mənfəət və zərərlər üzrə hesabatda təsərrüfat fəaliyyəti nəticəsində alınan
pul vəsaitləri göstərilmir. Onların kəmiyyətini müəyyən etməkdən ötrü vergilər
ödənildikdən sonra əldə edilən gəlirə amortizasiya məbləği də əlavə edilməlidir.
Əslində amortizasiya pul vəsaitlərinin mənbəyi deyildir, çünki pul vəsaitləri yalnız
təsərrüfat fəaliyyəti nəticəsində yaranır. Əgər, amortizasiya hesablanana qədər, əsas
fəaliyyətdə daima zərər alınırsa, köhnəlmənin silinməsi ölçüsündən asılı olmayaraq pul
vəsaitləri bərpa olunmur.
Pul vəsaitlərinin istifadəsinə aiddir:
1.
Aktivin istənilən maddəsinin mütləq artımı (əsas vəsaitlər və nağd puldan
başqa).
2.
Əsas vəsaitlərin ümumi artımı.
3.
Hər hansı öhdəçiliyin mütləq azalması.
4.
Səhmlərin alınması və ya ödənilməsi.
5.
Nağd ödənilən dividentlər.
İkiqat hesabatı aradan qaldırmaqdan ötrü əsas vəsaitlərin ümumi artımı belə
hesablanır:əsas vəsaitlərin ümumi artımı = NFA
1
+ DRP
1
- NFA
0
(5.1)
burada: NFA
1
- hesabat dövrünün axırına xalis əsas vəsaitlər; NFA
0
-
hesabat
dövrünün əvvəlinə xalis əsas vəsaitlər; . DRP
1
- hesablanan dövr üçün amortizasiya
ayırmaları.
37
Bir halda ki, amortizasiya, təsərrüfat fəaliyyəti nəticəsində alınan vəsaitin bir
hissəsidir, əsas vəsaitlərin xalis dəyişilməsi deyil, ümumi dəyişilməsini nəzərdə
tutulmalıdır.
Bütün mənbələr və onların istifadəsi hesablandıqdan sonra bu məlumatlar hesabat
formasına köçürülərək təhlil aparılır. Maliyyəçi-analitiklər də çox vaxt işçi kapitalının
mənbələri və istifadəsi haqqında hesabat tərtib edirlər. Bu əvvəlki hesabata oxşayır,
lakin fərq nəticəsində xalis dövriyyə kapitalını əldə edirik. Bank işçiləri çox vaxt bu
hesabatdan istifadə edirlər, çünki borcludan dövriyyə kapitalının müəyyən minimal
həcminin saxlanmasını tələb edirlər. Sairə kreditorlar və kompaniya rəhbərləri bu
məlumatı daxili nəzarət üçün istifadə edirlər.
Pul vəsaitlərinin və işçi kapitalının vəziyyəti haqqında hesabatların təhlili
firmanın maliyyə əməliyyatlarının mahiyyətini başa düşməyə imkan verir, eyni
zamanda maliyyə direktoru keçmiş fəaliyyətin nəticələrini, firmanın inkişaf planını
təhlil edərək onların likvidlik göstəricilərinə təsirini öyrənir. Belə təhlilin köməyi ilə pul
vəsaitlərinin qeyri-bərabər istifadəsini aşkar edib, uyğun həllər qəbul etmək olar.
Axırıncı bir necə il üzrə məlumatların təhlili, ehtiyatların başqa aktivlərə və satışın
həcminə görə sürətlə artmasını aşkar edə bilər. Əgər, firmada çoxlu bölmələr varsa pul
vəsaitlərinin mənbələri və istifadəsi üzrə hesabat bu bölmələr üzrə tərtib olunmalıdır.
Pul vəsaitlərinin mənbələri və istifadəsi üzrə hesabat məlumatları firmanın
maliyyə vəziyyətinin qiymətləndirilməsində də istifadə olunur bilər. Keçmiş dövrlər
üzrə əsas vəsait mənbələrinin təhlili, firmanın iqtisadi inkişafının xarici mənbələr
hesabına nə qədər maliyyələşməsini aydınlaşdıra bilər. Firmanın maliyyə vəziyyətini
qiymətləndirərək, ona lazım olan pul vəsaitlərinin məbləğində dividentlərin payı
müəyyən edilir. Belə hesabat, firmanın inkişaf sürətini və maliyyələşmə çətinliyini də
aşkar edir. Eyni zamanda kommersiya kreditinin cari aktivlər və realizə həcminə görə
daha sürətlə artması müəyyən edilə bilər. Bu hesabatın məlumatları qısa və
uzunmüddətli maliyyə qoyuluşlarının firmanın pul vəsaitlərinə tələbatı nöqteyi-
nəzərindən təhlilinə də imkan verir. Əgər bu tələbat əsas vəsaitlərə olan investisiya və
işçi kapitalının daima artırılması ilə əlaqədardırsa, onda maliyyələşmənin əsasən
qısamüddətli ssudalar hesabına aparılması düzgün deyildir.
Vəsaitlərin mənbələri və istifadəsi haqqındakı hesabatın təhlili firmanın orta və
uzunmüddətli maliyyə qoyuluşları planlaşdıqda çox əlverişlidir. Belə təhlil nəticəsində
firmanın vəsaitlərə olan tələbatı, bu tələbatın əmələgəlmə vaxtı və xarakteri haqqında
nəticəyə gəlmək çətindir. Bu məlumat və həmçinin kommersiya krediti üzrə
dəyişiklikləri və müxtəlif yığılmış ödənişlər üzrə məlumatı əldə edərək firma maliyyə
38
qoyuluşlarını daha səmərəli edə bilər. Bundan başqa, firmanın pul vəsaitlərinin
gözlənilən son vəziyyəti, başlanğıc qalığın hesabatda göstərilən dəyişikliklərə düzəliş
edərək müəyyənləşə bilər. Başqa sözlə, pul vəsaitlərinin vəziyyəti pul büdcəsi vasitəsilə
proqnozlaşdırıla bilər.
Dostları ilə paylaş: |