M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə105/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   101   102   103   104   105   106   107   108   ...   154
felsefe

Məhəbbət, nigah, ailə problemlərinə də toxunmaq vacibdir. Ailə sosial varlıq zəncirində əsaslı halqadır, axı hər bir millət və dövlət ayrı-ayrı ailələrdən yaran­mışdır:ailə dövlətin birinci bazisidir. Ailə ər-arvadı və onların varislərini birləşdirən cəmiyyətin ilkin özə­yidir. Ailədə ayrıca şəxsiyyət özünün bəzi xususiyyətləri ilə üzv kimi hansısa tama daxil olur. Ailənin həyatı cinsi və əməyin yaş bölgüsü ilə, ev təsərrüfatını aparmaqla, məişətdə adamların bir birinə köməyi ilə, ər-arvadın şəhvani həyatı, nəslin artırılması, deməli, xalqın təkrar istehsalı, yeni nəslin tərbiyəsi, eyni zamanda əxlaqı, hüquqi və psixologi münasibətlərdə bağlıdır. Ailə şəxsiyyətin fərdi təşəkkülünün mühüm alətidir: məhz burada uşaq ilk dəfə ictimai həyata qoşulur, onun dəyərlərini, davranış normalarını, təfəkkür tərzini, dilini mənimsəyir. Başqa cür desək, ailə-tərbiyə, həyat təcrübəsinin ötürülməsi, məişət müdrikliyi məktəbidir. Kişi və qadının yetkin nigah əlaqəsi birləşən cütlüyün bölgüsünü nəzərdə tutur, yəni onların elə əlaqəsi nəzərdə tutulur ki, onlar bir-birini inkar yox, tələb edirlər, hər biri digərində öz şəxsi həyatının tamamlığını tapır. Yalnız belə olduqda ər-arvadın həqiqi birgə yaşayışından danışmaq olar. Şəxsiyyətlərarası uyğunlaşma problemi - çox incə və olduqca mürəkkəb problemdir. Ünsiyyətə girən adamlar (kommunikasiya, birgə əmək fəaliyyəti, təhsil, oyun vaxtı və ya səxsi münasibətlər prosesində) uyğun gəlirlər və ya az uyğunlaşırlar, bəzən isə heç uyğun gəlmirlər. Şəxsiyyətlərarası uyğunlaşma - partnyorların ünsiyyət, birgə fəaliyyət və ya nigahdakı həyat vaxtı qarşılıqlı qəbul olunmaqlarıdır: bu vaxt dəyər meyllərinin, sosial və əxlaqi mövqelərinin, zövqlərinin, temperamentlərinin, xarakterlərinin, emosional və intellektual səviyyələrinin və əhval-ruhiyyələrinin, dünyagörüşlərinin əməyə olan münasibətlərinin və s. uyğunluğu nəzərdə tutulur. Kişi və qadın arasındakı münasibətdə, dostluq və məhəbbətdə bir sıra şəxsi keyfiyyətlər, məsələn, şəhvani qarşılıqlı zövq almağın mümkünlüyü-mühüm rol oynayır. Cinsi qarşılıqlı təminatın, onların bir- birinə uyğun gəlməsinin psixoloji incəliyi hər şeydən əvvəl qadının özünü kişiyə tam təhvil vermək istəyindən, kişiyə maksimum zövq verməyindən, öz növbəsində kişinin qadın üçün buzları əritməsindən və ya hər birinin eqoistcəsinə maksimum özlərinin zövq almağa can atması, partniyorun qayğısına qalmaması ilə bağlıdır (yeri gəlmişkən qarşılıqlı məhəbbətin gücü məhz şəhvani zövqlə bağlıdır). Şəxsiyyətlərarası uyğunluğun meyarı partnyorların nəticədən, qarşılıqlı fəaliyyət prosesindən qane olmasındandır, qarşılıqlı anlaşma yarat­maq üçün xüssi şərait yaratmağa və daimi olaraq münasibətləri aydınlaşdırmağa can atmaq lazım deyildir. Şəxsiyyətlərarası uyğunlaşma vaxtı adətən qarşılıqlı simpatiya, hörmət, gələcək əlaqələrin yaxşı olacağına əminlik yaranır;yəni münasibət etibarlı hesab olunur. Kişilər adətən fəal, qadınlar isə səbrli olurlar. Qadınlarda intuisiya güclü olur - təbiət bunu qadınlara bəxş etmişdir; onların təbiətlərinə mürəkkəb və xüsusi incə məsuliyyət düşür. Nigah - kişi və qadın arasındakı münasibətlərin hüquqi cəhətdən qanuniləşdirilməsidir. Hegel yazırdı ki, “nigah adlanan müxtəlif cinsdən olan iki şəxs arasındakı əlaqə sadəcə olaraq heyvani əlaqə deyildir, bu sadəcə vətəndaş nigahıda deyildir, o ilk növbədə qarşılıqlı məhəbbət və inam əsasında yaranır, ər-arvadı bir tam halına salan mənəvi əlaqə ittifaqıdır”.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin